. Love.az

Vikipediya Heftenin Secilmis Meqalesi Sentyabr 2021 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Heftenin Secilmis Meqalesi Sentyabr 2021

Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


Bu gün 16 may 2025, Cümə (İlin 20. həftəsi); bu an saat 23:33 (UTC)
(yenilə)


Keşi təmizlə

Fəal məzmun:

  • Seçilmiş məqalələr
  • Seçilmiş siyahılar
  • Seçilmiş portallar

Seçilmiş məqalə alətləri:

  • Həftənin seçilmiş məqaləsi
  • Həftənin yaxşı məqaləsi
  • Həftənin seçilmiş siyahısı
  • Seçilmiş məqalə şərtləri
  • Laboratoriya
  • Seçilmiş siyahı namizədləri
  • Seçilmiş məqalə namizədləri
Həmçinin bax
  • Vikipediya:Yaxşı məqalələr

36. Həftə
Yer — Günəşə yaxınlığına görə Günəş sistemindəki üçüncü planet və həyat aşkar olunan yeganə göy cismi. Radiometrik tanışlıq və digər dəlillərə görə Yer 4,5 milyard il əvvəl yaranmışdır. Yerin cazibə qüvvəsi kainatdakı digər cisimlərə, xüsusən də Yerin yeganə təbii peyki olan Aya və Günəşə qarşılıqlı təsir göstərir. Yer 365 256 gün ərzində Günəş ətrafında öz orbiti boyu hərəkət edir. Bu müddət ərzində Yer öz oxu ətrafında 365 256 dəfə fırlanır.

Yerin fırlanma oxunun sabit müstəviyə əyilməsinə görə Yerdə fəsillər yaranır. Yer ilə Ay arasındakı qravitasiya qarşılıqlı əlaqəsi qabarma və çəkilmələrə səbəb olur. Yer Günəş sistemindəki ən sıx planetdir və dörd daxili planetin (Günəşdən olan uzaqlığa görə daxili planetlər — Merkuri, Venera, Yer, Mars) ən böyüyü və ən ağırıdır.

(Davamı...)

Arxiv – Digər seçilmiş məqalələr...


bax – müzakirə et – redaktə et – tarixçə


37. Həftə
Əlimərdan bəy Topçubaşov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri, Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci xarici işlər və portfelsiz naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, Ümumrusiya Müəssislər Məclisinin üzvü, Bakı Müsəlman İctimai Təşkilatları Şurası İcraiyyə Komiyəsinin sədri, Nicat Cəmiyyətinin sədri, Rusiya imperiyası I Dövlət Dumasında Müsəlman fraksiyasının sədri, Rusiya imperiyası I Dövlət Dumasının üzvü, İttifaqi-Müslimin Partiyasının sədri, Bakı Şəhər İdarəsinin rəisi, Bakı Şəhər Dumasının üzvü, Kaspi qəzetinin baş redaktoru.

Əlimərdan bəy Topçubaşov 1896-cı ildən sonra Bakı Şəhər Dumasının üzvü seçilmiş və oradakı fəaliyyəti ilə Bakıda tanınmağa başlamışdır. I Dövlət Dumasına üzv seçilməsi, Ümumrusiya Müsəlmanlar Qurultaylarında iştirak etməsi onu daha məşhurlaşdırmışdır. 1917-ci ildən etibarən Azərbaycanın azadlığı uğrunda fəaliyyət göstərməyə başlayan Əlimərdan bəy, İctimai Təşkilatların Şurasının sədri seçilmişdir.

(Davamı...)

Arxiv – Digər seçilmiş məqalələr...


bax – müzakirə et – redaktə et – tarixçə


38. Həftə
Avqustun 5 günü — Gürcüstan və ABŞ-ın birgə istehsalı olan 2008-ci ilin avqust ayında baş vermiş Rusiya-Gürcüstan müharibəsi haqqında çəkilmiş bədii film. Gürcüstanda film "Haqq yolunda mübarizə" adı altında nümayiş etdirilmişdi və demək olar ki bütün KİV-də geniş şəkildə ictimaiyyətə təqdim olunmuşdu.

Gürcüstanın Diaspora işləri üzrə naziri Mirza Davitayanın bildirdiyinə görə, "qısa zaman içərisində heç bir filmə tamaşaçılar tərəfindən belə geniş maraq hələ olmamışdı". Gürcüstanın Diaspora işləri üzrə Dövlət Naziri Mirza Davitayanın bildirdiyinə görə, "qısa zaman içərisində heç bir filmə izləyicilər tərəfindən belə geniş maraq hələ olmamışdı". Onun sözlərinə görə, Google axtarış sisteminin verdiyi statistik məlumatlar onu göstərir ki, film, hələ Gürcüstan premyerasına 1 həftə qalmış artıq 134 min nəfəri maraqlandırmışdı. Filmə maraq əsasən Gürcüstan və Rusiya əhalisi göstərmişdi. Bundan başqa Gürcüstanda filmə maraq elə yüksək idi ki, hətta 2009-cu ildə vizyona girmiş "Avatar" filminin reytinqini də ötmüşdü.

(Davamı...)

Arxiv – Digər seçilmiş məqalələr...


bax – müzakirə et – redaktə et – tarixçə


39. Həftə
Sikstin kapellası freskalarının restavrasiyası — XX əsrin əsas incəsənət restavrasiyalarından biridir.

Sikstin kapellası Roma papası IV Sikstin sifarişi ilə, Vatikan ərazisində, Müqəddəs Pyotr bazilikasından şimalda inşa etdirilmiş və 1481-ci ildə tamamlanmışdır. Bazilikanın divarları XV əsr İtaliya incəsənətinin ən görkəmli nümayəndələri olan, Girlandayo, Perucino, Botiçelli kimi müxtəlif intibah rəssamlarının əsərləri ilə bəzədilmişdir. Roma papası II Yulinin hakimiyyəti dövründə bazilikanın bəzədilməsi işləri davam etmiş, kapellanın tavanı Mikelancelo tərəfindən 1508-1512-ci illərdə bəzədilmişdir. Sonra Roma papası VII Klementin hakimiyyəti dövründə Mikelancelo bazilikanın divarında intibah incəsənətinin şah əsərlərindən biri hesab edilən "Böyük məhkəmə" əsərini işləmiş və 1541-ci ildə tamamlamışdır. Divarların aşağı hissəsini örtmüş xalıların təsviri Roma papası X Leonun hakimiyyəti dövründə Rafaelin təsvirləri əsasında hazırlanmışdır və 1515-1516-cı illərdə tamamlanmış bu işlər hazırda Rafael cizgiləri adı ilə tanınır.

(Davamı...)

Arxiv – Digər seçilmiş məqalələr...


bax – müzakirə et – redaktə et – tarixçə


Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Həftənin_seçilmiş_məqaləsi/sentyabr_2021&oldid=6132996"
LOVE.AZ