. Love.az

Vikipediya Heftenin Secilmis Siyahisi 46 Hefte 2019 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Heftenin Secilmis Siyahisi 46 Hefte 2019
İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı — İsveç Kral Elmləri Akademiyası tərəfindən hər il iqtisadi elmlər sahəsində araşdırma aparan tədqiqatçılara verilir.

İlk mükafatın qalibləri 1969-cu ildə Raqnar Friş və Yan Tinberqen olmuşdur. Hər bir laureat medal, diplom və miqdarı hər il dəyişən pul mükafatı alır. 1969-cu ildə Tinberqen və Frişə 375,000 İsveç kronu verilmişdi(bu pul 2007-ci ildə 2,871,041 İsveç kronudur). Mükafat Stokholmda Alfred Nobelin vəfatının ildönümü olan dekabrın 10-da illik mərasimdə təqdim olunur

2018-ci ildəki mükafatla birlikdə 50 İqtisadiyyat üzrə Nobel mükafatı 81 şəxsə verildi. 2007-ci ilə qədər 9 mükafatla ən çox mükafatın əldə edildiyi sahə makroiqtisadiyyatdır. 2018-in oktyabrından etibarən ən çox laureata sahib universitet 32 laureatla Çikaqo Universiteti olmuşdu.

Arxiv – Digər seçilmiş siyahılar...
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Həftənin_seçilmiş_siyahısı/46._Həftə_2019&oldid=4928971"
LOVE.AZ