. Love.az

Vikipediya Heftenin Secilmis Siyahisi 51 Hefte 2023 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Heftenin Secilmis Siyahisi 51 Hefte 2023
Qurban Qurbanovun milli komandada vurduğu qolların siyahısı — Qurban Qurbanov hücumçu mövqeyində oynamış keçmiş Azərbaycan futbolçusudur. O, hazırda Ağdamın "Qarabağ" klubunun (2008-ci ildən) baş məşqçisidir.

Qurbanov Azərbaycan milli futbol komandasının ən məhsuldar oyunçusudur. Keçmiş hücumçu 1992-2005-ci illərdə çıxış etdiyi Azərbaycan millisində 68 oyunda 14 qol vurub. Qurbanov artıq 12 ildir futbolçu karyerasını bitirsə də, hələ də millisinin ən məhsuldar oyunçusu olaraq qalmaqdadır.

Qurbanov 1992-ci il sentyabrın 17-də Gürcüstanla səfərdə keçirilən yoxlama oyununda Azərbaycan milli futbol komandasının heyətində debüt edib. O, matçın 46-cı dəqiqəsində Mahmud Qurbanovu əvəzləyib. Qurbanov millinin heyətində sonuncu oyununa 7 sentyabr 2005-ci ildə DÇ-2006-nın seçmə mərhələsi çərçivəsində Bakıda Avstriya ilə keçirilən qarşılaşmada çıxıb.

Arxiv – Digər seçilmiş siyahılar...
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Həftənin_seçilmiş_siyahısı/51._Həftə_2023&oldid=7365392"
LOVE.AZ