. Love.az

Vikipediya Heftenin Secilmis Siyahisi 7 Hefte 2025 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Heftenin Secilmis Siyahisi 7 Hefte 2025
İstanbuldakı sinaqoqların siyahısı — Bizans imperiyası dövründə şəhərə ilk gələn yəhudilərin dini ehtiyacları üçün qurulan ibadət yerləri. Tarixi sənədlərdəki qeydlərə əsasən, İstanbulda ilk sinaqoq e.ə.318-ci ildə misgərliklə məşğul olan yəhudilərin yaşadığı Halkopratiya məhəlləsində tikilmişdir. Bu sinaqoq II Feodosi dövründə kilsəyə çevrilsə də, hər dövrdə şəhərin müxtəlif yerlərində yerləşən sinaqoqlar fəaliyyətini davam etdirmişdir. 1453-cü ildə İstanbulun türklər tərəfindən fəthindən sonra yəhudilər İstanbulda yaşamağa davam etdilər. Osmanlı imperiyası 1492-ci ildə İspaniyadan sürgün edilən yəhudilərə sığınacaq verdiyi üçün; Osmanlı torpaqlarında yəhudilərin sayı xeyli artdı. Türkiyədə cümhuriyyət elan edildikdən sonra ölkənin hər yerindən xeyli sayda yəhudi İstanbula gələrək burada məskunlaşdı.

Hazırda Türkiyədə 20 minə yaxın yəhudi olduğu düşünülür. Onların təxminən 18 mini İstanbulda yaşayır. İstanbuldakı yəhudilərin əksəriyyəti ispanəsilli Səfərad yəhudiləri, 500-ə yaxını isə Aşkenazi yəhudiləridir.

(Davamı...)

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Həftənin_seçilmiş_siyahısı/7._Həftə_2025&oldid=8033240"
LOVE.AZ