. Love.az

Vikipediya Heftenin Secilmis Siyahisi Avqust 2017 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Heftenin Secilmis Siyahisi Avqust 2017

Həftənin seçilmiş siyahısı arxivi

2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


Bu gün 16 may 2025, Cümə (İlin 20. həftəsi); bu an saat 15:33 (UTC)
(yenilə)
Keşi təmizlə

Fəal məzmun:

  • Seçilmiş məqalələr
  • Seçilmiş siyahılar
  • Seçilmiş portallar

Seçilmiş məqalə alətləri:

  • Həftənin seçilmiş məqaləsi
  • Həftənin yaxşı məqaləsi
  • Həftənin seçilmiş siyahısı
  • Seçilmiş məqalə şərtləri
  • Laboratoriya
  • Seçilmiş siyahı namizədləri
  • Seçilmiş məqalə namizədləri
Həmçinin bax
  • Vikipediya:Yaxşı məqalələr

31. Həftə
İngiltərə milli futbol komandasının het-triklərinin siyahısı — İngiltərə milli futbol komandası tarixində bir futbol oyununda üç və ya daha çox qol vuran futbolçuları özündə birləşdirir. Beynəlxalq futbolun başlanğıcı olan 1872-ci ildən bu günümüzə qədər 57 İngiltərə kişi milli komanda futbolçusu het-trik etmişdir. İngiltərə üçün het-trik edən ilk futbolçular Hovard Voqton və Artur Alfred Broundur.

Aston Villa FK klubunun futbolçuları olan bu ikili 1882-ci ildə İrlandiya ilə oynanılan dostluq oyununda üçdən çox qol vurmuşlar. Dörd futbolçu — Voqton, Stiv Blumer, Villi Holl və Malkolm Makdonald bir oyunda beş qol vurma nailiyyəti göstərmişlər. Cimmi Qreyvs 6 dəfə het-trik edərək bu sahədə ən uğurlu futbolçudur. Beş futbolçu — Albert Allen, Frank Bredşou, Volter Gilliat, Con Veytx və Con Yates sadəcə bir dəfə milli komandada oynamalarına baxmayaraq, het-trik edən futbolçulardır.

Arxiv – Digər seçilmiş siyahılar...


bax – müzakirə et – redaktə et – tarixçə


32. Həftə
Böyük Moğol İmperiyası hökmdarlarının siyahısı — Böyük Moğol İmperiyasını idarə etmiş hökmdarların ümumi siyahısı. Böyük Moğol İmperiyasının əsası 1526-cı ildə qoyulmuşdur. Dövlətin ilk hökmdarı Babur şahıdır. Sonuncu hökmdar isə II Bahadır Şah olmuşdur. Böyük Moğol İmperiyası mövcud olduğu 332 il ərzində 19 hökmdar tərəfindən idarə edilmişdir. Böyük Moğol İmperiyasının əsası Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) tərəfindən qoyulmuşdur. Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi.
Arxiv – Digər seçilmiş siyahılar...


bax – müzakirə et – redaktə et – tarixçə


33. Həftə
Odri Hepbern ekranda və səhnədə — 1948-1993-cü illərdə olduqca geniş kino, televiziya və səhnə fəaliyyəti olmuş tanınmış Britaniya aktrisasıdır. O, müxtəlif rəylərdə bütün zamanların ən gözəl qadınlarından biri hesab edilir. Aktrisa Amerika Film İnstitutunun AFI-nin kinoda yüzilliyin 100 ulduzu siyahısında Amerika kinosu tarixində ən böyük ekran əfsanəsi kimi üçüncü yerdə qərarlaşmışdır. Hepbern, eyni zamanda, həm də kino və stil ikonası kimi xatırlanır. Aktrisanın kinoda debüt işi 1948-ci ildə çəkilmiş "Yeddi dərs ərzində hollandlar" filmində uçuş üzrə stüardessa rolu oldu. O zamanlar Hepbern Britaniya səhnəsində göstərilən "Böyük düyməli ayaqqabılar" müziklində (1948) və "Tartar sousu" tamaşasında (1949) xorda çıxış etmişdi.
Arxiv – Digər seçilmiş siyahılar...


bax – müzakirə et – redaktə et – tarixçə


34. Həftə
On iki imam — İslamın on iki imamçı şiə və ələvi qollarında Məhəmmədin dini və siyasi xəlifələridirlər. On iki imamçıların dini nəzəriyyələrinə görə, on iki imam təkcə cəmiyyəti ədalətlə idarə edən şəxslər yox, həmçinin şəriəti (İslam hüquq sisteminin) və Quranın ezoterik (sirli, yalnız seçilmiş şəxslərə məxsus) mənalarını qoruyan və təfsir (izah) edən nümunəvi insan fərdləridir. Məhəmmədin və imamların sözləri və əməlləri cəmiyyət üçün bələdçi və nümunə rolunu oynayır. Bu səbəbdən də onlar səhv və günahlardan uzaq olmalıdırlar (dini terminologiyada İsmət və ya məsumluq adlanır) və Məhəmmədin əli ilə ilahi hökmlə, və ya nəsslə təyin edilməlidirlər.

İslamın on iki imamçı şiə qolunun inancına görə əql – ilahi müdriklik (hikmət) Peyğəmbərlərin və imamların ruhlarının mənbəyi olmaqla, onlara Hikmət adlanan ezoterik bilik aşılayır və onların iztirabları, onların tərəfdarlarına ilahi bəxşiş vasitələridir.

Arxiv – Digər seçilmiş siyahılar...


bax – müzakirə et – redaktə et – tarixçə


35. Həftə
Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı — Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısıdır. Siyahıda ən qədim abidələr Qafqaz Albaniyası dövrünə aid Qax rayonu ərazisindəki Ləkit məbədi və Şabran rayonu ərazisindəki Çıraqqaladır. Siyahıdakı abidələrdən on ikisi UNESCO-nun Ümumdünya irsi siyahısına, on altısı isə ehtiyat (namizəd) siyahısına salınmış abidələrdir. Siyahıda qeyd edilmiş abidələrin doqquzu mədəniyyət, memarlıq və tarix qoruqlarıdır.
Arxiv – Digər seçilmiş siyahılar...


bax – müzakirə et – redaktə et – tarixçə

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Həftənin_seçilmiş_siyahısı/avqust_2017&oldid=3986880"
LOVE.AZ