. Love.az

Vikipediya Heftenin Secilmis Siyahisi Dekabr 2018 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Heftenin Secilmis Siyahisi Dekabr 2018

Həftənin seçilmiş siyahısı arxivi

2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


Bu gün 16 may 2025, Cümə (İlin 20. həftəsi); bu an saat 15:36 (UTC)
(yenilə)
Keşi təmizlə

Fəal məzmun:

  • Seçilmiş məqalələr
  • Seçilmiş siyahılar
  • Seçilmiş portallar

Seçilmiş məqalə alətləri:

  • Həftənin seçilmiş məqaləsi
  • Həftənin yaxşı məqaləsi
  • Həftənin seçilmiş siyahısı
  • Seçilmiş məqalə şərtləri
  • Laboratoriya
  • Seçilmiş siyahı namizədləri
  • Seçilmiş məqalə namizədləri
Həmçinin bax
  • Vikipediya:Yaxşı məqalələr

49. Həftə
Odri Hepbern ekranda və səhnədə — 1948-1993-cü illərdə olduqca geniş kino, televiziya və səhnə fəaliyyəti olmuş tanınmış Britaniya aktrisasıdır. O, müxtəlif rəylərdə bütün zamanların ən gözəl qadınlarından biri hesab edilir. Aktrisa Amerika Film İnstitutunun AFI-nin kinoda yüzilliyin 100 ulduzu siyahısında Amerika kinosu tarixində ən böyük ekran əfsanəsi kimi üçüncü yerdə qərarlaşmışdır. Hepbern, eyni zamanda, həm də kino və stil ikonası kimi xatırlanır. Aktrisanın kinoda debüt işi 1948-ci ildə çəkilmiş "Yeddi dərs ərzində hollandlar" filmində uçuş üzrə stüardessa rolu oldu. O zamanlar Hepbern Britaniya səhnəsində göstərilən "Böyük düyməli ayaqqabılar" müziklində (1948) və "Tartar sousu" tamaşasında (1949) xorda çıxış etmişdi.
Arxiv – Digər seçilmiş siyahılar...


bax – müzakirə et – redaktə et – tarixçə


50. Həftə
Asiya ölkələrinin siyahısı — Asiya qitəsində yerləşən 56 dövlət və əraziyə verilən ümumi ad. Asiya təxminən 44.391.000 km² sahəsi ilə dünya torpaqlarının 30 %-ni əhatə edir. 4,10 milyard əhalisi ilə dünya əhalisinin beşdə üçünə ev sahibliyi edir. Asiya qitəsi Avrasiyanın bir hissəsi olub Süveyş kanalı və Ural dağlarının şərqində yerləşərək Avropanın şərqdə qalan hissəsini əhatə edir. Şərqdə Sakit okean və Berinq boğazı, cənubda Hind okeanı və şimalda Şimal Buzlu okeanı ilə əhatə olunub.

Asiya qitəsində 61 dövlət və ərazi yerləşir. 48 dövlət BMT üzvüdür, 7 dövlət BMT tərəfindən tanınmır, 2 ərazi Çin Xalq Respublikasının özəl idarə bölgəsidir, 4 ərazi isə Böyük Britaniya ilə Avstraliyadan asılıdır.

Asiyanın ən böyük dövləti Rusiyadır və sahəsi 17.075.200 km²-dir. Çin Xalq Respublikası sahəcə qitənin ikinci ən böyük ölkəsi olsa da əhalisinin sayına görə həm qitədə, həm də dünyada birincidir. (sahəsi 9.596.960 km², əhalisi 1.338.612.968 nəfər). Qitədə ərazi 1 milyon km²-dən çox olan 9 dövlət var (Rusiya, Çin, Hindistan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, İndoneziya, İran, Monqolustan və Misir). Əhalisi 100 milyondan çox olan cəmi 7 dövlət vardır (Çin, Hindistan, Pakistan, Rusiya, İndoneziya, Banqladeş, Yaponiya)

Arxiv – Digər seçilmiş siyahılar...


bax – müzakirə et – redaktə et – tarixçə


51. Həftə
Qurban Qurbanovun milli komandada vurduğu qolların siyahısı — Qurban Qurbanov hücumçu mövqeyində oynamış keçmiş Azərbaycan futbolçusudur. O, hazırda Ağdamın "Qarabağ" klubunun (2008-ci ildən) baş məşqçisidir.

Qurbanov Azərbaycan milli futbol komandasının ən məhsuldar oyunçusudur. Keçmiş hücumçu 1992-2005-ci illərdə çıxış etdiyi Azərbaycan millisində 68 oyunda 14 qol vurub. Qurbanov artıq 12 ildir futbolçu karyerasını bitirsə də, hələ də millisinin ən məhsuldar oyunçusu olaraq qalmaqdadır.

Qurbanov 1992-ci il sentyabrın 17-də Gürcüstanla səfərdə keçirilən yoxlama oyununda Azərbaycan milli futbol komandasının heyətində debüt edib. O, matçın 46-cı dəqiqəsində Mahmud Qurbanovu əvəzləyib. Qurbanov millinin heyətində sonuncu oyununa 7 sentyabr 2005-ci ildə DÇ-2006-nın seçmə mərhələsi çərçivəsində Bakıda Avstriya ilə keçirilən qarşılaşmada çıxıb.

Arxiv – Digər seçilmiş siyahılar...


bax – müzakirə et – redaktə et – tarixçə


52. Həftə
Kventin Tarantinonun filmoqrafiyası — ABŞ kinorejissoru, prodüser, ssenarist və aktyor kimi fəaliyyət göstərir və 2015-ci ilin göstəricilərinə əsasən, 11 film çəkmiş və onların hər birinin ssenari müəllifi olmuşdur. Öz karyerasını 1980-ci illərin sonlarında başlayan Tarantino ağ-qara filmi olan "Ən yaxşı dostumun doğum günü" filmində həm rejissor, həm ssenari müəllifi, həm də aktyor kimi iştirak edir. Bu film rəsmi olaraq, heç vaxt təqdim edilməmiş və həvəskar şəkildə çəkilmiş müstəqil qısametrajlı bədii film idi.

1988-ci ildə "Qızıl qızlar" sitkom serialında məşhur müğənni Elvis Preslinin obrazını canlandırmış, ardınca isə "Eddi Presli" filmində (1992) epizodik rolda çıxış etmişdir. Rəsmi müstəqil film istehsalçısı kimi bir-birini tanımayan beş nəfərin qiymətli daş-qaş oğurluğu naminə yığışıb birgə fəaliyyət göstərməsindən bəhs edən "Quduz köpəklər" (1992) kriminal triller filmini çəkmiş, eyni zamanda bu layihənin ssenari müəllifi və rol ifaçısı olmuşdur.

"Quduz köpəklər"in təsir qüvvəsi böyük olduğuna görə, "Empire" kino jurnalı bu filmi "Bütün zamanların ən böyük müstəqil filmi" elan edib. Tarantinonun Toni Skottun "Əsl sevgi" (1993) filminə yazdığı ssenari Ən yaxşı ssenariyə görə Saturn mükafatına namizəd olub. 1994-cü ildə Kventin Tarantino neonuar janrında "Kriminal qiraət" qara komediya filminin həm ssenaristi, həm də rejissoru kimi çıxış edir. Bu film onun yaradıcılığında tənqidi və kommersiya baxımından ən böyük uğur qazanan iş olur.

Arxiv – Digər seçilmiş siyahılar...


bax – müzakirə et – redaktə et – tarixçə


Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Həftənin_seçilmiş_siyahısı/dekabr_2018&oldid=4538597"
LOVE.AZ