. Love.az

Vikipediya Heftenin Yaxsi Meqalesi 20 Hefte 2025 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Heftenin Yaxsi Meqalesi 20 Hefte 2025
Pietas — qədim Roma əxlaqının əsaslarından biri. Bu, ilk növbədə dindarlıq, tanrılara, ölkəyə, ata-anaya və əcdadlara ehtiramla yanaşma kimi bir sıra cəhətləri əhatə edən bir fəzilət anlayışı idi. Qədim Roma cəmiyyətində bu fəzilətin klassik nümunələsi Eney idi. O, həyatını riskə atmış və yaşlı atası Anxisi yunanlar tərəfindən yandırılan Troyadan xilas etmişdir. Başqa bir prinsipial nümunə ana südü ilə həbsxanada valideynlərini aclıqdan xilas edən romalı qadın hesab olunurdu.

Oktavian Avqustun hakimiyyətə gəlməsi ilə pietasa xüsusi münasibət imperator kultunun bir hissəsi olmuşdur. Bu, demək olar ki, hökmdarın əsas fəziləti kimi təqdim olunurdu. Pietasın təbliğ olunması təkcə mənəvi deyil, həm də iqtisadi əhəmiyyət kəsb edirdi. Cəmiyyətin qədim inkişaf səviyyəsində ailənin atasının və ya ağasının böyük gücünə pietasa daxil olan əxlaq normaları kömək etmişdi və bu, iqtisadiyyatın ən səmərəli formada idarə olunmasını təmin etmişdi.

(Davamı...)

Arxiv – Digər yaxşı məqalələr...
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Həftənin_yaxşı_məqaləsi/20._Həftə_2025&oldid=8081276"
LOVE.AZ