![]() Onun təşəbbüsü ilə 1941-ci ildə Təbrizdə Azərbaycan Cəmiyyəti yaradılıb. Azərbaycan Milli Hökuməti dövründə Ali Məhkəmənin və müsadirə komissiyasının və Azərbaycan Milli Hökumətinin Konstitusiyasının yazılması ilə bağlı yaradılmış komissiyanın üzvü olub. Azərbaycan Milli Hökumətinin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin və Milli Məclisin rəsmi orqanı olan "Azad Millət" qəzetinin redaktoru olub. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra mühacirət edib. Bakıya gəldikdən sonra Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin redaktoru, Bakı Dövlət Universitetində Şərqşünaslıq fakültəsinin Ərəb dili kafedrasının müdiri olub. |