. Love.az

Vikipediya Heftenin Yaxsi Meqalesi 25 Hefte 2025 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Heftenin Yaxsi Meqalesi 25 Hefte 2025
Çərkəz Həsən bəy — çərkəzəsilli Osmanlı hərbi xadimi, Sultan Əbdüləzizin qaynı.

Hüseyn Avni Paşanı Əbdüləzizi öldürməkdə günahlandırıb, 15 iyun 1876-cı ildə hökumət iclasına basqın edib, iki vəzir (Müdafiə naziri Hüseyn Avni Paşa və Xarici İşlər naziri Rəşid Paşa), iki əsgər və bir xidmətçini öldürərək, bir vəziri (Kayseri Dəniz Qüvvələri naziri Əhmət Paşanı) yaralamışdı. 17 iyun 1876-cı il səhər saatlarında isə edam edilib.

O, 1850-ci ildə çərkəz aristokratiyasının nümayəndəsi İsmayıl bəyin ailəsində dünyaya gəlib. Ailənin Çərkəz Həsəndən başqa, sonradan Sultan Əbdüləzizin həyat yoldaşı olan və Nəsrin adını alan Neşərək Qadınəfəndi adlı böyük bir qızı da var idi. Qızı Sultanın hərəminə, Həsən isə əsgərliyə getdikdən sonra İsmayıl bəy qalan ailə üzvləri ilə birlikdə Silivridə yaşamağa davam edib.

(Davamı...)

Arxiv – Digər yaxşı məqalələr...
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Həftənin_yaxşı_məqaləsi/25._Həftə_2025&oldid=8114179"
LOVE.AZ