![]() Frensis Turston babasının qardaşı olan Braun Universitetinin dilşünaslıq üzrə professoru Corc Encellin 1926-cı ildə müəmmalı ölümündən sonra onun qeydlərini tapır. Qeydlər arasında "insanabənzər oktapod və əjdaha qarışığı" bir məxluqu təsvir edən barelyef də var idi. Bu barelyef rod-aylendli həvəskar heykəltəraş Uilkoks tərəfindən 1925-ci ilin mart ayında hazırlanmışdı. Heykəltəraş bu barelyefi yuxu vəziyyətində ikən hazırlanmışdı. Bu vaxtlarda Uilkoks "nəhəng bloklardan və havada uçan monolitlərdən təşkil olunmuş böyük siklop şəhərlər"dən ibarət əsrarəngiz qarabasmalar görürdü. Encell bütün dünyada kütləvi bir isteriyanın baş verdiyini öyrənir. Şəhər əhalisinin digər üzvləri də eynən bu cür qarabasmalar görürdü. Onlar əsasən rəssamlar, yazıçılar, heykəltəraşlar, memarlar və digər incəhissli ruha malik olan insanlar idi. |