![]() | Səhifənin qısa məzmunu: ləri əlaqəsiz bloklar və təhlükəsizlik divarları tərəfindən pozulan yaxşı redaktorlar digər şəkildə bloklanmış IP ünvanında redaktə etmə imkanı verən IPBAO icazəsini tələb edə bilər. Hüquq etibarlı istifadəçilərə verilir və narahatçılıq yarandıqda yaxud artıq ehtiyac qalmadıqda qaldırıla bilər. IP ünvanınızın blokdan azad edilməsini tələb etmək üçün vəziyyətə görə bu seçimlərdən birini edin: Vikipediya:İnzibatçılara müraciət səhifəsinə müraciət edin, inzibatçılardan birinə müraciət edin. Əgər bloklar səbəbilə bunların ikisi də mümkün olmazsa, ya müzakirə səhifənizdə {{bloku aç}} şablonundan istifadə edin (hansı ki, orası hər zaman açıq olacaq) ya da inzibatçılardan biri ilə e-poçt vasitəsilə əlaqə qurun və durumu izah edin. E-poçtu belə göndərə bilərsiniz: buraya daxil olun və bu siyahıdan gördüyünüz bir inzibatçının adını daxil edərək ona yazın. Yaxud info-az ![]() |
![]() | Bu qayda rəsmi olaraq qəbul edilməmişdir. Qayda hal-hazırda hazırlanma mərhələsindədir. |
Normalda IP ünvanlarının və ya diapazonlarının uzunmüddətli blokları daxil olmuş redaktorlara təsir göstərməz. Lakin pozulmanın qarşısını almaq üçün avtoblok və/və ya sərt bloklar tətbiq etməklə həm anonim, həm də daxil olmuş istifadəçiləri bloklamağa ehtiyac yarana bilər.
İnzibatçılar və botlar həmişə belə bloklardan azaddırlar (Tor blokları istisna olmaqla[a]). Digər redaktorlar keçərli səbəb göstərdikləri hallarda, bu blokdan azad olmaq üçün IP ünvan blokundan azad olma hüququnu tələb edə bilərlər.
IPBAO hüququ istifadəçinin normalda bir səhvi olmadığı hallarda bloklanacaq və ya artıq bloklanmış bir IP ünvanı vasitəsilə kəsintisiz redaktələr etməsinə imkan verir. Həmçinin ehtiyac duyduğunda və istifadəçinin bu hüququ sui-istifadə etməyəcəyinə inanıldığında anonim proksilər vasitəsilə redaktələr etməsinə icazə vermək üçün də istifadə oluna bilər.
Bu hüquq verilmiş redaktorlar proksilər vasitəsilə ixtiyarsız redaktələr, hesabdan sui-istifadə halları və ya digər davranışlar da daxil bu siyasətin pozulmasının hüququn ondan geri alına biləcəyinin fərqində olmalıdır.
Əgər başqasının IP ünvanı ilə etdiyi redaktələrə görə sizin də ünvanınız blokdadırsa, deməli həmin istifadəçi ilə dinamik IP ünvanını paylaşırsınız. Lütfən IPBAO üçün müraciət etməzdən öncə modeminizi söndürüb yandırın və təkrar redaktə edib-edə bilmədiyinizi yoxlayın. Problem davam edərsə, müraciət edin.
Təcrübəli istifadəçilər üçün icazə adətən 12 aylıq intervallarla verilir, müddəti dolduqdan sonra hələ də ehtiyacları yaranarsa, hüquq müddəti yenidən uzadıla bilər. Təcrübəsi az olan, amma bu siyasətə cavab verən istifadəçilər üçün daha qısa müddətlik bu hüquq verilə bilər.
Hal-hazırda bu hüquqa sahib 0 istifadəçi var.
IPBAO bayrağının verilə biləcəyi üç əsas hal var:
Əgər siz sizə aid olmayan redaktələrə görə bloklanmısızsa,[b] hesabınızın yox, IP ünvanınızın bloklandığını diqqətdə saxlayın (hansı ki, həmin ünvanı paylaşdığınız başqa biri etibarlı səbəblərə görə artıq bloklanıb). Bu halda siz onunla eyni ünvanını/dinamik IP-ni paylaşırsınız deməkdir. Yəni modemi yenidən başladaraq ünvanınız dəyişməklə asanlıqla blokdan çıxa bilərsiniz. Öncə bir müddət bunu yoxlayın və gözləyin. Nəticə vermədiyi az hallarda IPBAO müraciətinizi edin.
Açıq proksi istifadəsi ilə bağlı əlavə təminatlara görə bunlar fərqli şəkildə baxılır.
Sərt IP ünvanı diapazonu blokları müvəqqəti hesablar və bir IP ünvan diapazonunda kuklalar tərəfindən davamlı pozuntuların qarşısını almaq üçün tətbiq olunur. Bu bloklardan təsirlənən etibarlı istifadəçilər təqdirən IPBAO hüququna şamil edilə bilər ki, bu da onun IP ünvan diapazonu bloku üzərindən fasiləsiz redaktələr etməyə imkan verir.
Bu icazənin verilməsi şərtləri bunlardır:
Əlavə olaraq, xoşniyyətli redaktorların sabit IP ünvanı diapazonu blokundan təsirlənməsini önləmə məqsədilə bir inzibatçı tərəfindən də müraciət etməksizin bu hüquq verilə bilər.
Açıq proksilər və VPN xidmətləri də daxil olmaqla anonim bir proksi vasitəsilə redaktə etmək asanca pis niyyətlə istifadə oluna bilər. Bu vəziyyətdə bu icazə sadəcə etibarlı olan istifadəçilərə verilir. Məqbul bir şəkildə IPBAO tələbində olacaq redaktorlara nümunə kimi ensiklopediyaya töhfə verə biləcəklərini göstərən və etibarlı olan, qeyri-dağıdıcı töhfə keçmişi mövcud olmayan istifadəçilər daxildir.
Lakin bir çox istifadəçinin internet brauzerində konfiqurasiya edilmiş parametrlər səbəbi ilə fərqində olmadan açıq proksi üzərindən daxil olduğu məlumdur. IPBAO üçün müraciət etmədən öncə (vaxt ala bilər və verilməsi qarant edilməz) brauzerinizin internet bağlantısı üstünlüklərini yoxlamalı və onu proxy girişi olmayan kimi dəyişdirməlisiniz. Bura Apple iCloud Private Relay kimi istəyə bağlı xidmətlər daxildir.
Təftişçi yaxud xüsusi təftişçilərdən qaçınmanın ümumiyyətlə yetərli bir səbəb kimi qəbul edilmədiyini unutmayın. təftişçilərlə bağlı narahatlıqlar Arbitraj Komitəsi (hansı ki, hazırda fəaliyyət göstərmir) və ya ombudsman komissiyası ilə danışılmalıdır.
Azərbaycanca Vikipediyada lokal IP blokundan azad olma hüququna malik istifadəçilər qlobal olaraq bloklanmış hər hansı bir IP ünvanından belə, redaktə edə bilər. Qlobal IP blokundan azad olma hüququ əgər lokal vikidə o ünvan blokdadırsa, istifadəçinin redaktə etməsinə icazə verməz. Əgər redaktorlar əsasən Azərbaycanca Vikipediyanı redaktə etməyi planlaşdırırlarsa və digər layihələrdə təcrübəyə malik deyillərsə, qlobal bloklar vasitəsilə redaktə etmək üçün lokal IP blokundan azad olunması məqsədəuyğun ola bilər.
Əksinə, qlobal IP blokundan azad olan redaktorlara bu siyasət əsasında başqa cür uyğun gəlməyəcəksə, lokal icazə vermək həmişə uyğun deyil.
IP blokundan azad olma hüququ buna ehtiyac duyan və bunu pis niyyətlərlə istifadə etməyəcəyinə güvənilən istifadəçilərə verilən imtiyazdır. Hüququn qaldırılmasına səbəb ola biləcək tipik səbəblər:
Hər hansı blokda olduğu kimi (hüququn qaldırılması effektiv bir şəkildə ola bilər) neytral inzibatçı hüququ silə bilər və ya cəmiyyət tərəfindən qəbul edilən məsələlərin müzakirəsini tələb edə bilər. Potensial sui-istifadəyə görə cəmiyyət tərəfindən təsdiqlənən sui-istifadə ilə bağlı inandırıcı narahatlıqlar bəzən aradan qaldırılması üçün kifayət ola bilər. Ancaq hər vəziyyətdə tətbiqi profilaktik olmalıdır, cəzalandırıcı yox.
İnzibatçılar istifadəçiləri IPBAO bayrağının qarşıdan gələn müntəzəm silinməsi barədə xəbərdar etməli və onlara müzakirə etmə imkanı verməlidir.
IP blokundan azad olma
hüququna malik olan redaktorlar Xüsusi:İstifadəçiSiyahısı altında istifadəçi qrupu kimi görünür və nəzərdən keçirilə bilər. (Redaktor inzibatçıdırsa, onlar adətən bu siyahıda görünməyəcəklər.) Verilmə və ya çıxarılması səbəbləri müvafiq istifadəçi hüquqları jurnalında göstərilməkdədir.torunblocked
hüququ tələb edir. Bu hüquq inzibatçı və bot istifadəçi qruplarına daxil deyil. Bütün istifadəçilər, həmçinin IP blokundan azad olanlar yenə də onlara tətbiq edilmiş hər hansısa kuki bloklarından təsirlənirlər; IP blokundan azad olma hüququ bu blok seçiminə təsir etmir. Sözügedən gedən hüquq üçün bura nəzər yetirin.
Vikipediya qaydaları və təlimatları | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
Məzmun |
| ||||||||
Davranış | |||||||||
Silmə |
| ||||||||
Qaydaların tətbiqi |
| ||||||||
lər |
| ||||||||
Mübahisələr |
| ||||||||
Layihə məzmunları |
| ||||||||
Səsvermə |
| ||||||||
VMF; |
| ||||||||
Vikipediya hesabları və idarəetmə | |
---|---|
Anonim istifadəçi | |
Qeydiyyatlı istifadəçilər | |
Hesab təhlükəsizliyi | |
Blok, qadağa, sanksiya, qlobal hərəkətlər | |
Hesablarla əlaqəli | |
İstifadəçi qrupları və qlobal istifadəçi qrupları | |
Üstün istifadəçi qrupları | |
Komitələr və s. | |
İdarəetmə |
Ümumi qruplar |
|
---|---|
İnzibati qruplar |
|
Digər qruplar |
|