. Love.az

Vikipediya Kutlevi Mesaj Gondericiler - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Kutlevi Mesaj Gondericiler
Bu, məlumat səhifəsidir.
Bu, Vikipediyanın siyasətlərindən və qaydalarından biri deyil, əksinə, Vikipediyanın normalarının, adətlərinin, texniki xüsusiyyətlərinin və ya təcrübələrinin bəzi aspektlərini təsvir etmək niyyətindədir.
Qısa keçid yönləndirmə
  • VP:KMGVP:KMG

Kütləvi mesaj göndərici etiketinə sahib olan istifadəçilər ('massmessage-sender' istifadəçi qrupu), eyni anda birdən çox istifadəçiyə mesaj göndərməsinə icazə verilən və öz hesabından kütləvi mesaj göndərici səlahiyyətini ala bilən istifadəçilərdir. Mövzu ilə bağlı texniki detalları və məlumatları m:MassMessage və mw:Help:Extension:MassMessage səhifələrindən əldə etmək olar.

Azərbaycanca Vikipediyada hal-hazırda 12 inzibatçı və 0 kütləvi mesaj göndərici (cəmi: 12) mövcuddur. massmessage-sender istifadəçi qrupunda olan istifadəçilər Special:MassMessage səhifəsindən istifadə edərək mesaj göndərə bilirlər.

Mündəricat

  • 1 İstifadəçi təlimatı
  • 2 Məzmun
  • 3 Səlahiyyət üçün müraciət
  • 4 İstifadəçi şablonu
  • 5 Həmçinin bax

İstifadəçi təlimatı

redaktə

Toplu mesajlar yalnız mesajın diqqətini cəlb etməsini istəyən istifadəçi qruplarına göndərilməlidir. İstifadəçilərə və inzibatçılara sadəcə bu hallarda bu hüquqdan istifadə və kütləvi mesaj göndərmə haqqı verilir.

  • Hər hansı bir səhifənin status alması üçün keçirilən səsvermələrdə.
  • Qaydaların qəbulu üçün keçirilən səsvermələrdə.
  • Mübahisəli müzakirələr zamanı konsensusa ehtiyac duyulduqda.
  • Bir mövzudakı Mövzulu ay, VikiMarafon, VikiLayihə və digər layihə iştirakçılarına layihə haqqındakı hadisələr haqqında məlumat verildikdə.
  • Arbitraj komitəsində seçkilər keçirildikdə.
  • Müzakirələr və səsvermələr zamanı.
  • İnzibatçı, bürokrat və digər statuslar üçün təşkil olunan seçkilərdə.

Bu hallar xaricində ehtiyac olmadıqca bu statusdan istifadə edilməməlidir.

Məzmun

redaktə

Yuxarıda göstərilən nümunə hallarından başqa daha az fərdiləşdirilmiş ünsiyyət üsullarına üstünlük verilməlidir. Vikipediyadakı əsas əlaqə səhifələri əsasən məqalələrin müzakirə səhifələridir, bununla yanaşı Kənd meydanı eləcə də digər müzakirə səhifələridir. Bununla belə müəyyən bir mövzu ilə maraqlanan redaktorlar və ya istifadəçilər, maraqlandıqları mövzu ilə əlaqəli səhifələri izləmə siyahılarında tuta bilərlər.

Səlahiyyət üçün müraciət

redaktə

Kütləvi mesaj göndərən qrupuna daxil olmaq istəyirsinizsə bir inzibatçıya mesaj göndərə bilərsiniz. İnzibatçıların özlərini və ya digər inzibatçıları bu qrupa daxil etməsinə ehtiyac yoxdur, çünki kütləvi mesaj göndərmə səlahiyyətləri inzibatçılıq alətləri paketinin bir hissəsi kimi onlara avtomatik verilir.

Ümumiyyətlə, bu istifadəçi hüququ yalnız müntəzəm olaraq kütləvi mesaj göndərməyi planlaşdıran və ya buna ehtiyacı olanlara verilir və tamamilə qeyri-aktiv istifadəçilərdən alınır.

İstifadəçi şablonu

redaktə

Kütləvi mesaj göndərici hüququ olan istifadəçilər, öz istifadəçi səhifəsində aşağıdakı istifadəçi şablonunu istifadə edə bilərlər.

İstifadəsi Görüntü
{{Kütləvi mesaj göndərici}}
 
Bu istifadəçi Azərbaycan dilində olan Vikipediyada kütləvi mesaj göndəricidir. (yoxla)

Həmçinin bax

redaktə
  • MediaWiki.org'da MassMessage plaqini üçün yazılan istifadəçi təlimatı
  • İstifadəçi:MediaWiki message delivery, plaginlə göndərilən kütləvi mesajları istifadəçilərə çatdıran istifadəçi hesabı
  • Kömək səhifəsi
 
İstifadəçi qrupları
Ümumi qruplar
  • Avtopatrullar(129)
  • Fayl addəyişdiriciləri(20)
  • Patrullar(12)
  • Rolbakerlər(22)
  • Səhifə addəyişdiriciləri(46)
  • Təcrübəli istifadəçilər(334)
  • Tədbir təşkilatçıları(2)
  • Yoxlayıcılar(2)
  • Yükləyicilər(17)
İnzibati qruplar
  • Bürokratlar(3)
  • İnzibatçılar(12)
  • İnterfeys inzibatçıları(3)
Digər qruplar
  • AWB(28)
  • Botlar(16)
  • IP blokundan azad olanlar(0)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Kütləvi_mesaj_göndəricilər&oldid=7854365"
LOVE.AZ