. Love.az

Vikipediya Kend Meydani - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Kend Meydani
Qısayol: VP:KM
Mövzu əlavə et
Arxiv
Kənd meydanı
Bu səhifə Vikipediyanın təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin müzakirə olunması üçün nəzərdə tutulub. Bu səhifədə yalnız Vikipediyanın təkmilləşdirilməsi istiqamətində məsələlər müzakirə olunur və elanlar qeyd olunur.

Vikipediyadan istifadə ilə bağlı suallarınızı Vikipediya:Yardım masası səhifəsində qeyd edin.

Lütfən, digər mövzularda müraciətləriniz üçün aşağıda qeyd edilmiş müvafiq səhifələrə müraciət edin.
  • İcma portalı
  • İnzibatçılara müraciət
  • Tez-tez soruşulan suallar
  • Texniki müraciətlər
  • Transliterasiya
  • Addəyişmə müraciətləri
  • Yükləmə müraciətləri
  • Kateqoriya müzakirələri
  • Şablon müzakirələri
  • İcma qərarı olan mövzular
  • Şikayətlər
⛭
Vikipediyanın müzakirə və müraciət səhifələri
Ümumi
  • İnzibatçılar
    • müraciət
  • Bürokratlar
    • müraciət
  • İnterfeys inzibatçıları
    • müraciət
  • Vikipediya:Botlar
    • istəklər
  • Vikipediya:Auto Wiki Browser
    • istəklər
  • Addəyişmə müraciətləri
  • Bərpa üçün namizəd səhifələr
  • İstifadəçi adı dəyişdirmək
  • İstifadəçi hüquqları üçün müraciətlər
  • Silinməyə namizəd səhifələr
    • fayllar
  • Kateqoriya müzakirələri
  • Vikipediya:Şablon müzakirələri
    • istəklər
  • Kənd meydanı
    • transliterasiya
  • Yükləmə müraciətləri
  • Yardım masası
İstifadəçi davranışları
  • Təftişçilərə müraciət
  • Şikayət
    • inzibatçı
  • Bloklama tələbləri
  • Mühafizə tələbləri
  • Versiya gizləmə tələbləri
Digər müraciətlər
  • Məqalə namizədləri
    • qiymətləndirmə
  • Tərcümə istəkləri
  • Məqalə istəkləri


Mündəricat

  • 1 "Yoxlayıcı" istifadəçi qrupunun adının dəyişdirilməsi ilə bağlı
  • 2 Registration for the Wikimedia CEE Meeting 2025 is open
  • 3 Vikimedia Hakaton 2025 İstanbul konfransındakı təcrübələrim
  • 4 Bələdiyyələr üçün ayrıca məqalələr yaradılması
  • 5 Qaydalarla bağlı 3 dəyişiklik
  • 6 Vikibahar qiymətləndirmə
  • 7 Qanunların təsbit edilməsində yol verilmiş silsilə yanlışlıq
  • 8 Statistika kodlarının əhəmiyyəti
  • 9 Call for Candidates for the Universal Code of Conduct Coordinating Committee (U4C)

"Yoxlayıcı" istifadəçi qrupunun adının dəyişdirilməsi ilə bağlı

redaktə
Son rəy: 1 gün öncə3 şərhMüzakirədə 2 nəfər

Salam, dostlar. Təklif edirəm ki, "yoxlayıcı" istifadəçi qrupununun adını dəyişdirək, daha doğrusu dəqiqləşdirək.

Belə ki, "yoxlayıcı" adı ümumi olmaqla yanaşı qarışıqlıqlar da yaradır, çünki bu ad həm də "təftişçilərə" istinad edir. Ona görə də bunu "məzmun üzrə yoxlayıcı" ya da "seçilmiş məzmun üzrə yoxlayıcı" kimi adlarla əvəz etməyimizi təklif edirəm.

Hörmətlə, Qədir (müzakirə) 23:43, 28 aprel 2025 (UTC)Cavabla

@ChanisCaucasi, @Bikar, @Мурад 97, @Əkrəm, @White Demon, @Nemoralis, @Yousiphh, salam. Uzun müddət fikir gəlmədiyini nəzərə alaraq sizi müzakirəyə dəvət edirəm. Zəhmət olmasa, bu mövzuda fikirlərinizi qeyd edəsiniz. Hörmətlə, Qədir (müzakirə) 22:18, 14 may 2025 (UTC)Cavabla
Əmin deyiləm, amma məncə, "resenziyaçı" daha uyğun söz olardı. --Мурад 97 (müzakirə) 12:59, 15 may 2025 (UTC)Cavabla

Registration for the Wikimedia CEE Meeting 2025 is open

redaktə
Son rəy: 2 gün öncə1 şərhMüzakirədə 1 nəfər

Dear all,              

The Organising Committee of the Wikimedia CEE Meeting 2025 is delighted to announce the opening of the registration for this year's conference.

Affiliation and community delegates can register for the meeting until June 15th. All other self-funded participants can register until July 31st.

The registration and scholarship application form which runs on Pretix, a free, open-sourced third-party platform that helps organize and manage events, can be found here.

Details on how to select delegates and the selection process can be found on the registration page.

Please keep in mind that the official language of the conference is English and interpreting services will not be available.

Your swift replies will be appreciated, as they will help us conduct an efficient booking process.

Best regards,

On behalf of

Wikimedia CEE Meeting 2025 Organising Team

--MARKELLOS (müzakirə) 16:49, 13 may 2025 (UTC)Cavabla

Vikimedia Hakaton 2025 İstanbul konfransındakı təcrübələrim

redaktə
Son rəy: 1 gün öncə8 şərhMüzakirədə 8 nəfər
 

Salam hamıya. Bəzilərinizin bildiyini qədərilə mən 1-5 may 2025-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən Wikimedia Hackathon 2025 tədbirində iştirak etmişəm. Bu konfransdakı təcrübələrimi və bəzi yenilikləri sizinlə bölüşmək istəyirəm.

Hər konfransda olduğu kimi ilk gün səyahət, otelə yerləşmə və digər iştirakçılarla sosiallaşma günü sayılırdı. Bu gün (1 may) ərzində xeyli türk vikipediyaçı ilə tanış oldum, ancaq onlayndan, istifadəçi adlarından tanıdığım şəxsləri realda da görmək şansım oldu. Təbii ki, sadəcə türk vikipediyaçılar yox digər xarici ölkələrdən olan vikipediyaçılar ilə də tanış oldum. İstifadəçi adımdan məni tanıyan xeyli vikipediyaçı oldu. Xeyli mədəniyyət mübadiləsi etdik :)

İkinci günü artıq konfransın açılma mərasimi keçirildi. Mərasimdə xeyli şəxs hakaton zamanı üzərində işləyəcəyi layihələrdən bəhs etməyə başladı. Buradan canlı yayıma baxa bilərsiniz. Bu gün ərzində xeyli Fond əməkdaşı və digər könüllü developerlər ilə müzakirələrim oldu və Azərbaycanca Vikipediya üçün nələr edə biləcəyimə göz gəzdirdim. Aşağıda bunları sadalayacam:

LinguaLibre layihəsi
 
SignIt extension for işarət dili.

Bu layihədən bir çox vikipediyaçının xəbəri yoxdur çünki cəmi 9 azərbaycanlı töhfə verib. Qısaca desək bu layihə sözlərin deyilişini Vikianbara yükləməyi asanlaşdırır. Saytda sözlərin siyahısını seçirsiniz, mikrofonunuz açılır, səsiniz yazılır və həmin səs faylını Commonsa yükləyirsiniz. Konfransda layihənin yaradıcısı @Yug (hi! :D) ilə SignIt barədə danışdıq. Bu layihə də səsyazma ilə eyni sayıla bilər. Sadəcə buradakı tək fərq səs yox işarət dili üçün videoların çəkilmə imkanının yaradılmasıdır. Bu layihə xüsusilə Azərbaycan işarət dili üçün videoların artırılmasına çox töhfə verə bilər. Bizdə Nar şirkətinin dəstəyi ilə yaradılmış jestdili.az layihəsi var. Bu layihə zamanı xeyli sayda işarət (jest) dili videosu çəkilib. Düşünürəm ki, onlarla əlaqəyə keçib videolarını azad lisenziya altında yayımlamaları üçün təşviq edə bilərik. Daha sonra isə həmin videoları Vikianbara yükləyə bilərik. Xüsusilə bu yaxınlarda qanunvericiliyə işarət dili anlayışının əlavə edilməsi bu prosesi sürətləndirə bilər.

Keçid tövsiyələri funksiyasında istifadəçilərə fərdi blok qoymaq
 

Bu problem bizdə uzun zamandır var idi, kənd meydanında da müzakirə olunmuşdu. (@Atakhanli və @Bikarın diqqətinə) Ona görə də bunu Growth komandasının developerlərindən biri olan Martin Urbanecə bildirmişdim. O isə bunla bağlı fərqli yanaşma üzrə iş getdiyini bildirmişdi. Bu fərqli yanaşma ondan ibarətdir ki, təyin olunan redaktə sayı keçiləndən sonra bu funksiya həmin istifadəçi üçün əlçatan olmayacaq. Yəni bu funksiya onsuz da yeni istifadəçilər üçündür, ona görə də müəyyən redaktə sayını keçənlərin bu alətdən istifadə etməsi doğru deyil (onsuz çoxsu redaktə sayını artırmaq üçün istifadə edir). Bunla bağlı sonradan aparılmış müzakirəni buradan oxuya bilərsiniz.

Viki Abidələri Sevir saytı

Konfransda təqdim olunan layihələrdən biri də Viki Abidələri Sevir layihəsi çərçivəsində hazırlanmış xəritə veb-saytı (app.wikilovesmonuments.it) idi. Bu saytın məqsədi hər bir ölkənin abidələrinin interaktiv xəritəsini yaratmaqdır. Hal-hazırda sadəcə İtaliya və İrlandiya abidələri əlavə olunub. Saytın developerlərin biri olan Ferdi mənə bildirdi ki, sizin abidələrin koordinatları ilə birgə siyahısı (və ya databazası) olsa Azərbaycanı da bu sayta əlavə edə bilərik. Bu barədə icmanın köməyinə ehtiyacım olacaq. Hal-hazırda Vikidatada elə Coordinate Me 2025 müsabiqəsi keçirilir, bu müsabiqə çərçivəsində bacardığımız qədər abidəyə koordinat əlavə edək.

Paulina

Digər bir alət isə Paulina (paulina.toolforge.org) idi. Bu alət sayəsində istənilən ölkədə ictimai mülkiyyətə daxil olmuş müəllifləri və əsərləri tapmaq mümkündür. Sayt azərbaycan dilinə tam tərcümə olunub, sadəcə Azərbaycanla bağlı datalar biraz kasaddır, bunun da səbəbi Vikidatadakı passivliyimizdir.

 
Wikimedia Turkey komandası (araya mən də sızmışam :D)
 
Kollektiv şəkil

Son olaraq onu deyə bilərəm ki, hakaton mənim üçün əla təcrübə idi. İllərdir virtual olaraq tanıdığım şəxslərlə realda görüşüb müzakirə aparmaq əla hiss idi. Ümid edirəm yenidən iştirak etmək şansı əldə edərəm. Hə, bir də, Azərbaycandan (və demək olar ki, Qafqazdan) iştirakçı olaraq sadəcə mən var idim. Ümid edirəm bir gün, daha böyük heyətlə (məsələn @Toghrul R və @Əkrəm ilə birlikdə) iştirak etmək şansı əldə edərik. Məsələn Hindistanlılar səhv etmirəmsə 15 nəfərə yaxın idilər. Cənubi Amerikalılar da bir o qədər. Oxuduğunuz üçün təşəkkürlər. Kollektiv çəkilən şəkilləri isə yuxarı yerləşdirirəm. Nemoralis (müzakirə) 20:37, 13 may 2025 (UTC)Cavabla

👍🏻 — Bikar müzakirə 20:45, 13 may 2025 (UTC)Cavabla
salam, @Nemoralis! təcrübələrinizi və təəssüratlarınızı bölüşdüyünüz üçün minnətdaram! ümidvaram, növbəti hakatonlarda azərbaycandilli icmanı bir yerdə təmsil edərik ^^ əkrəm. 23:27, 13 may 2025 (UTC)Cavabla
icma olaraq bu cür beynəlxalq tədbirlərdə təmsil olunmağımız vacibdir və görünən o ki, siz bu işi uğurla yerinə yetirmisiniz 👍🏻 fəaliyyətinizdə uğurlar arzulayıram! Atakhanli (müzakirə) 05:46, 14 may 2025 (UTC)Cavabla
Ətraflı və dəyərli məlumatlar üçün təşəkkür edirəm. Sousou no Frieren 07:09, 14 may 2025 (UTC)Cavabla
Çox maraqlı idi təşəkkürlər. Haqqında danışılan layihələrə də töhfə verməyə hazıram.--Rəcəb Yaxşı (müzakirə) 08:44, 14 may 2025 (UTC)Cavabla
Çox maraqla oxudum. Təşəkkürlər və uğurlar! Hörmətlə, Qədir (müzakirə) 23:22, 14 may 2025 (UTC)Cavabla
👍 Fəaliyyətinizdə uğurlar arzulayıram. Səsiniz hər zaman yüksəklərdən gəlsin. Hörmətlə, Vikotals (müzakirə) 03:30, 15 may 2025 (UTC)Cavabla

Bələdiyyələr üçün ayrıca məqalələr yaradılması

redaktə
Son rəy: 2 gün öncə3 şərhMüzakirədə 2 nəfər

Azərbaycan Respublikası Konstitusiyasının (https://e-qanun.az/framework/897) 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə əsasən “inzibati ərazi bölgüsü” müəyyən edilir. Həmin maddənin II hissəsinə əsasən isə I hissənin 3-cü bəndi üzrə Milli Məclis 63 səs çoxluğu ilə qanunlar qəbul edir. Bələdiyyələrin əraziləri və torpaqları müəyyən edilən zaman Konstitusiyanın eyni bəndinə istinad edilir. Məsələn, bu mövzuda ən sonuncu qəbul olunmuş 18 oktyabr 2024-cü il tarixli 51-VIIQD nömrəli Qanunun giriş hissəsində yazılıb: “Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq”. Deməli, Azərbaycan Respublikasında kənd, qəsəbə və şəhərlər necə yaradılırsa və onların əraziləri necə müəyyən olunursa, bələdiyyələrin də əraziləri eyni hüquqi əsaslarla və eyni proseduralar tətbiq olunmaqla müəyyən olunur. Lakin bələdiyyələr, kəndlərdən fərqli olaraq, bundan da artıq dövlət və qeyri-dövlət qurumları ilə razılaşdırılmalı olduğuna görə, prosedur daha mürəkkəb şəkildə icra olunur, bu da, hüququn ümumi prinsipləri baxımından, sənədin mötəbərliyini artırır. 2025-ci ildə bələdiyyələrin səlahiyyətləri bir qədər də artırılıb və ilin sonuna qədər yerli nümayəndəliklərin əsas səlahiyyətləri də bələdiyyələrə ötürüləcək. Bu baxımdan, bələdiyyələrin əhəmiyyəti inzibati ərazi vahidi kimi kənd və qəsəbələrin yerli idarəsindən daha önəmlidir. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan “İnzibati ərazi bölgüsü təsnifatı”nda (Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunur) kəndlərə, qəsəbələrə və şəhərlərə verilən statistika kodların verilməsi ilə eyni metodologiya üzrə bələdiyyələrə də eyni siyahılarda kodlar verilir. Bu kodlar siyahı üzrə növbəti rəqəmlərlə ifadə olunur və beləliklə, Dövlət Statistika Komitəsi də, Milli Məclis kimi, bələdiyyələrlə digər inzibati ərazi vahidləri arasında fərq qoymur. Vikinin başqa dillərdə olan versiyalarında ayrı-ayrı ölkələrin bələdiyyələri barədə ayrıca məqalələrə rast gəlmək olar. Həmin ölkələrin bəzilərindəki bələdiyyə orqanlarının səlahiyyətləri Azərbaycandakı bələdiyyə orqanlarının səlahiyyətlərindən prinsipcə (qanun üzərində) fərqlənmir. Vikidə isə sırf Azərbaycanla bağlı hər kənd, qəsəbə və şəhər  üçün ayrıca məqalə olduğu təqdirdə, hər bələdiyyə üçün məqalələr mövcud deyil. Bir bələdiyyələr adətən bir neçə inzibati ərazi vahidini əhatə edir. Bələdiyyənin həyatında baş verən tarixi hadisələr kəndlərin həyatında baş verən tarixi hadisələrə təsir etməklə yanaşı, ümumi məsələləri də var ki, onları kəndin, qəsəbənin və ya şəhərin tarixi hesab edə bilmərik. Bunlar daha ümumi (bələdiyyələrə daxil olan bütün kəndlərə təsir edən) dəyişiklikləri özündə ehtiva edir. Bundan başqa, sırf bələdiyyəyə aid məsələlər var ki, yalnız bələdiyyəyə aid məqalədə əks olunmalıdır. Onları vikipediyanın başqa məqalələrində əks etdirmək olmaz. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, vikipediyada hər bələdiyyə üçün ayrıca məqalə yaradılması təklif olunur. Lawyer.F (müzakirə) 14:51, 14 may 2025 (UTC)Cavabla

Azərbaycan bələdiyyələri haqqında illər öncə mən səhifələr yaratmışdım. Sonrala müzakirələr aparıldı və o səhifələr silinib ümumi rayon siyahılarına yönləndirildi. Əslində mən həmin səhifələrin bərpa olunması lazım bilirəm. Vikipediya:Silinməyə namizəd səhifələr/Arxiv/2021 Mart#Kateqoriya:Azərbaycan bələdiyyələri Araz Yaquboglu (müzakirə) 15:14, 14 may 2025 (UTC)Cavabla
Təşəkkür edirəm, istinad etdiyiniz yazı 4 il öncə yazılıb. 2025-ci ildə yeni islahat aparılaraq, bələdiyyələrin əraziləri və səlahiyyətləri genişlənib, rəqəmsal idarəçilik baxımından qanunlar sərtləşdirilib. İslahatlar getdikcə dərinləşir və bələdiyyələrə rəqəmsal idarəçiliyin tərkib hissəsi kimi baxlır. Artıq, sosial şəbəkələrdə belə bələdiyyə hesabları yaradılır, bələdiyyə saytlarının yaradılması üçün tədbirlər görülür. 2025-ci ildən bütün bələdiyyələr istisnasız olaraq "Bələdiyyələrlə iş" elektron informasiya sisteminə qoşulub, elektron fəaliyyətlərinin əksəriyyəini həmin resursun qapalı hissəsi vasitəsi ilə həyata keçirirlər (yeni qanunvericilik məcbur edir). Bələdiyyələr üzrə daha səhih məlumatlar da həmin sistemin açıq hissəsində dayim güncəllənir (https://belediyye.gov.az/) Bu sistemdə xəritədəki rayonlara keçid etməklə hər bir bələdiyyə üzrə məlumatları görə bilirsiniz. Yaxın gələcəkdə bələdiyyələrin mühüm qərarlarını da İnternet resurslarında görə biləcəyik. Onda viki məqalələrini də zənginləşdirmək daha rahat olacaq. Lawyer.F (müzakirə) 15:45, 14 may 2025 (UTC)Cavabla

Qaydalarla bağlı 3 dəyişiklik

redaktə
Son rəy: 1 gün öncə2 şərhMüzakirədə 2 nəfər

Salam. Qaydalarla bağlı aşkarladığım 3 problem var. Bunları bura qeyd edirəm, əgər fikir birliyi olarsa müvafiq düzəlişləri edək:

1. Vikipediya:İnzibatçıların fəaliyyəti qaydasındakı "İnzibatçıların əsas vəzifələri" bəndinin "lərdən 25-i məqalələrin adlarının dəqiqləşdirilməsinə, şablon və kateqoriyaların yaradılmasına, faylların yüklənməsinə aid olmalıdır." cümləsi çıxarılsın. Səbəb: İnzibatçı olan istifadəçi bunlarla maraqlanmaya bilər və çox dəxlisizdir. Çox məntiqsiz bir şərtdir və mütləq belə bir tələb olmamalıdır.

2. Turkmen tərəfindən edilən bu əlavə. Vikipediya:Səsvermə qaydasından köçürülüb, amma düzgün olmadığını düşünürəm. Çünki inzibatçı namizədiyi üçün VP:İBSQ keçərlidir, VP:Səsvermə yox. Turkmen də "əlaqəsiz" olduğunu qeyd edib, amma illərdir tətbiq olunan qaydaya da əlavəsi doğru deyildi. Bu barədə daha əvvəl də müzakirə açmışdım. "Minimum bir dəfə başqa bir səsvermədə iştirak etmiş olmalıdır." qalmaqla (bürokratlar üçün olan başlığa da əlavə olunaraq) digər birinci bəndi çıxarmağı təklif edirəm. Azərbaycanca Vikipediyadakı bloklardan sonrakı namizədliklərdə və davam edən namizədliklərdəki destruktiv hallarla bağlı onsuz da icma namizəd ilə bağlı öz qərarını verəcək, digər layihələrin isə bura elə də dəxli yoxdur.

3. Vikipediya:İnzibati namizədliklər və səsvermələr səhifəsi formalaşdığına görə və adından da gördünüyü kimi, orada inzibatçı namizədliyi və digər inzibati namizədliklər olacaq. Statusun alınması bu halda KM-də olacaq. Vikipediya:İnzibatçıların və bürokratların seçilməsi qaydaları qaydasına da bu barədə əlavələr edə bilərik. Ümumiyyətlə, 7 nəfər və səsvermə ilə bunun təşkili mənə görə çox lazımsızdır, amma indilik mövcud sistemə toxunmayağam. Əlavə olaraq, təklif edirəm, statusun alınması ilə bağlı müzakirələr izləmə siyahısına əlavə olunmasın, çünki bu səsvermədən daha çox müzakirədir və onsuz da KM-i izləyənlər bu müzakirələrdən xəbərsiz qalmayacaqlar (həmçinin daha əvvəlki petisiya səsverməsində də iştirak etmiş olacaqlar).

Burada danışaq həll edək dedim. Səsvermə falan çox bürokratik olur. Fikirləriniz vacibdir, ümid edirəm ki, müzakirə maraq görəcək. Hörmətlə, Qədir (müzakirə) 01:01, 15 may 2025 (UTC)Cavabla

Salam. Birinci də qeyd etdiyiniz fikirlə razıyam. Çıxarılmalıdır. Ehtiyac yoxdur bu şərt çox məntiqsiz şərtlərdən biri sayılır. Hörmətlə, Vikotals (müzakirə) 03:54, 15 may 2025 (UTC)Cavabla

Vikibahar qiymətləndirmə

redaktə
Son rəy: 1 gün öncə3 şərhMüzakirədə 2 nəfər

Salam. "Vikibahar 2025" layihəsində məqalələrin qiymətləndirilməsi barədə sadəcə "Tələblərə cavab verən hər bir məqaləyə görə jüri üzvlərinin peşəkar mülahizəsinə əsasən 1–5 xal verilir" yazılıb. Belə bir şey var ki, layihə çərçivəsində 4 seçilmiş məqalə namizədi və 6 yaxşı məqalə namizədi tərtib etmişdəm, onlardan bəziləri status alıb artıq. Əlavə olaraq, Aleksandr Xinşteyn məqaləsi statuslu məqalə olmasa da, olduqca uzundur. Mənə maraqlıdır, bunun qiymətləndirmədə təsiri olacaqmı? Təsəvvür edin, X istifadəçi gəlir "Google Translate" ilə 50 məqalə yaradır, Y istifadəçi isə 5 statuslu məqalə təqdim edir, amma X daha çox xal alır. Məncə, bal sistemini beynəlxalq "Ukrayna Mədəniyyət Ayı" layihəsindəki kimi baytlara və status olub-olmamasına əsasən müəyyən etmək lazım idi. --► Hörmətlə: ChanisCaucasi 11:08, 15 may 2025 (UTC)Cavabla

Sözügedən layihədə, məsələn, mənim 41 məqalə ilə 2 min xalım var, digər istifadəçi isə 160 məqalə ilə 3 min xala malikdir --► Hörmətlə: ChanisCaucasi 11:13, 15 may 2025 (UTC)Cavabla
Ukrayna Mədəniyyət Ayında sistem çox yaxşıdır, həm də öz xalını özün hesablayırsan. Jürilərə az yük düşür. Sousou no Frieren 11:21, 15 may 2025 (UTC)Cavabla

Qanunların təsbit edilməsində yol verilmiş silsilə yanlışlıq

redaktə
Son rəy: 21 saat öncə2 şərhMüzakirədə 2 nəfər

Hörmətli müzakirə iştirakçıları, vikipediyanın Azərbaycanca hissəsində "saylı Qərarı" və ya "saylı Qanunu" kimi axtarış veriləndə belə bir mənzərə üzə çıxır ki, bir çox hallarda Azərbaycan Respublikasının Qanunu əvəzinə Milli Məclisin qərarı yazılıb. Bu qüsurun kökü inzibati ərazi qanunvericiliyinə yanaşmanın dəyişməsindən irəli gəlibı. Belə ki, 1995-ci ilə qədər köhnə Konstitusiya qüvvədə olduğu dövrdə inzibati ərazi vahidələri Milli Məclisin (Ali Sovetin) qərarları ilə dəyişdirilirdi. Yeni (qüvvədə olan, 1995) Konstitusiyada isə müəyyən olundu ki, inzibati ərazi vahidləri Azərbaycan Respublikasının qanunu ilə dəyişdirilə bilər (maddə 95, hissə I bənd 3 və hissə II). Ona görə 1995-ci ilə qədərki sənədlər Milli Məclisin qərarlarıdırsa, 1995-dən sonrakı sənədlər Qanunlar formaısnda qəbul eidlib. Əgər normativ hüquqi aktın nömrəsindəki indeks "Q", "QD", "KQ" və ya "KQD" ilə müəyyən olunubsa, bunlar Milli Məclisi qərarı OLA BİLMƏZ. Bu sənədlərin adları "Qanun"dur. Vikipesiya məqalələrinə qoyulmuş, Ədliyyə Nazirliyi tərəfindən aparılan Hüquqi Aktlaırn Dövlət Reyestrinin elektron versiyasına (e-qanun.az) keçidlərlə də bunları yoxlamaq olur. Misal üçün, Zümürxan məqaləsində yazılıb "Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 344-IIIQ saylı Qərarı". Məclisin belə qərarı ola BİLMƏZ. 1995-ci ildən sonrakı Məclis qərarlarının indeksi yoxdur. Baxırıq istinada: https://e-qanun.az/framework/13261 yazılıb: "Azərbaycan Respublikasının Qanunu". Bu cür sənədlərin hamısı Qanunlardır. Ona görə, sözügedən məqalədəki "Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 344-IIIQ saylı Qərarı ilə" sözləri "Azərbaycan  Respublikasının Bərdə rayonunun bəzi ərazi vahidlərinin adlarının dəqiqləşdirilməsi haqqında" 22 may 2007-ci il tarixli 344-IIIQ nömrəli Qanunla" sözləri ilə əvəz edilməlidir.

Qeyd olunan qüsurun aradan qaldırılması üçün imkanlarınız daxilində tədbir görməyiniz xahiş olunur. Lawyer.F (müzakirə) 15:40, 15 may 2025 (UTC)Cavabla

AWB ilə etmək olar --► Hörmətlə: ChanisCaucasi 18:49, 15 may 2025 (UTC)Cavabla

Statistika kodlarının əhəmiyyəti

redaktə
Son rəy: 1 gün öncə1 şərhMüzakirədə 1 nəfər

Hörməti müzakirə iştirakçıları, Azərbaycan Respublikası Qanunvericiliyinə görə:

Hər bir inzibati ərazi vahidinin/bölgəsinin statistika kodu var. Lakin viki məqalələrində bu kodlar çox nadir məqalələrdə qeyd edilib. Halbuki, həmin ərazi vahidi üzrə bütün rəsmi məlumatlar məhz sözügedən kodlar altında formalaşır. Dövlət kartotekaları, elektron reyestrləri, uçotu, qeydiyyatı, hamısında bu rəqəmlərdən istifadə olunur. Bundan başqa, hər bir kəndin daxil olduğu inzibati ərazi dairəsinin ayrıca statistika kodu mövcuddur ki, bu kod dövlət informasiya ehtiyatlarında və sistemlərində viki kateqoriyaları kimi işləyir. Amma onlar müvafiq kəndin, qəsəbənin, rayonun və ya şəhərin məqaləsində əks olunmayıb. Rəqəmsal idarə\etmə dərinləşdikdə, bu kodların təcrübi (praktik) əhəmiyyətini və tətbiqini tək dövlət qurumları deyil, eləcə də özül sektor və sadə vətəndaşlar hissə edirlər. Misal üçün, kommunal xidmətlər üzrə abunə kodlarının tərkib hissəsində statistika kodlaşmasından istifadə olunur.

Qeyd olunanları nəzərə alaraq, hər bir inzibati ərazi vahidinə dair məqalələrdə statistika kodlarının qeyd olunması təklif edilir. Lawyer.F (müzakirə) 15:48, 15 may 2025 (UTC)Cavabla

Call for Candidates for the Universal Code of Conduct Coordinating Committee (U4C)

redaktə
Son rəy: 10 saat öncə2 şərhMüzakirədə 2 nəfər

The results of voting on the Universal Code of Conduct Enforcement Guidelines and Universal Code of Conduct Coordinating Committee (U4C) Charter is available on Meta-wiki.

You may now submit your candidacy to serve on the U4C through 29 May 2025 at 12:00 UTC. Information about eligibility, process, and the timeline are on Meta-wiki. Voting on candidates will open on 1 June 2025 and run for two weeks, closing on 15 June 2025 at 12:00 UTC.

If you have any questions, you can ask on the discussion page for the election. -- in cooperation with the U4C,

Keegan (WMF) (müzakirə) 22:06, 15 may 2025 (UTC)Cavabla

İs there any prerequisites for candidates? Lawyer.F (müzakirə) 05:58, 16 may 2025 (UTC)Cavabla
Mövzu əlavə et
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Kənd_meydanı&oldid=8136027"
LOVE.AZ