![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Salam, artiq bir nece zamandı ki Port Baku Mall'da yerlesen "Emporium" ucun wikipedia sehifesi yaratmaga calisiram, lakin 2 defe silinib. 2ci defe sehvlerimi duzeldib dahada ensiklopedik tonla yazmisdim ve her bir cumle ucun istinadlar elave etmişdim. Istinadlarin etibarli oldugundan eminem ve sehifenin esassız silindiyini dusunurem. Kommersiyal oldugundan da razi deyilem cunki Port Baku Towers ve Bakidaki bir cox ticaret merkezlerinin wikipediyasi var. Zehmet olmasa bu movzuda komeklik ederiz ve ya neyi deyismeli oldugum üzre yonlendirerdiz. Metni oxumaq ucun göndere bilerem. Fikirleriniz onemlidir, teşekkür edirem. Ramanihaj (müzakirə) 06:32, 2 avqust 2024 (UTC)
Dear all,
The voting period for the Universal Code of Conduct Coordinating Committee (U4C) is closing soon. It is open through 10 August 2024. Read the information on the voting page on Meta-wiki to learn more about voting and voter eligibility. If you are eligible to vote and have not voted in this special election, it is important that you vote now.
Why should you vote? The U4C is a global group dedicated to providing an equitable and consistent implementation of the UCoC. Community input into the committee membership is critical to the success of the UCoC.
Please share this message with members of your community so they can participate as well.
In cooperation with the U4C,
Hər kəsə salam. İngilis dilində "Watson" soyadı burada iki cür yazılır: Vatson və Uatson. Bunun təkcə bir cürə yazmaq olmaz? Yousiphh (müzakirə) 17:36, 10 avqust 2024 (UTC)
Salam həmkarlar. Şablon:Tərcüməsiz və Şablon:Link-interwiki adlı iki şablonumuz var. Tərcüməsiz şablonu daha az sayda vikidə istifadə olunur. Əsas vikilərdə link-interviki istifadə olunur. 116 məqalədə Şablon:Tərcüməsiz istifadə olunur. Həmin məqalələrdə tərcüməsiz şablonunu link-interviki ilə əvəz edib, daha sonra tərcüməsiz şablonunu silinməyə təqdim etmək barədə düşünürəm. Nə cür problem yaranacağını təxmin edirsiz? — Bikar müzakirə 21:03, 6 avqust 2024 (UTC)
Salam. Bildiyiniz kimi bir müddət öncə Patriot Kor-un hesabı oğurlanmış, bu, istifadəçi ilə Crepusculum arasındakı anlaşmazlıqdan sonra baş vermiş və istifadəçi bunu Crepusculum-un ona qarşı qərəzli fəaliyyəti haqda icmaya müraciət edərkən də qeyd etmişdi. Mən, öz şəxsi fikrimcə, hesabın oğurlanması situasiyasının bir oyun olduğunu düşünürəm. Hesabın oğurlanması zamanı VPN ilə qoşulma məsələsi mənim şübhələrimi daha da artırdı. Fikrimcə, Crepusculum-un günahkar göstərilməsi üçün VPN-dən istifadə edilərək bilərəkdən ölkə olaraq Kanada seçilib. Əgər oğurlayan Crepusculum özü idisə, niyə VPN-dən istfadə edib ölkəni Kanada olaraq seçsin? Əgər VPN-dən istifadə edirdisə niyə başqa ölkələri seçmək varkən sırf Kanadanı seçsin? Yox əgər başqa ölkəni seçmək məqsədi yoxdursa niyə VPN-dən istifadə edir? Həmçinin, Patriot Kor-un vikidəki fəaliyyəti və töhfələrindən müşahidə etdiyimə görə, istifadəçinin əhəmiyyətli IT biliyi var. Bu sahədə əhəmiyyətli bilikləri olan birinin hesabının bu qədər asan oğurlanması necə mümkün ola bilir? Özü də Vikipediya kimi mühafizənin güclü olduğu bir platformada necə olur hesab belə rahatlıqla oğurlana bilir? O cümlədən, Patriot Kor-un Şikayət səhifəsinə yazdığı müzakirənin açılmasından bir gün sonra həmin müzakirəyə yeni bir istifadəçi gəlir, onun maraqlarının qoruyur. Bu istifadəçi bir neçə gün əvvəl qeydiyyat keçməsinə baxmayaraq o qədər təcrübəlidir ki, hətta təcrübəli istifadəçilərin belə bəzilərinin xəbərinin olmadığı Şikayət səhifəsini tapır və istifadəçinin tərəfini saxlayır. Həmçinin bundan əvvəl baş vermiş müzakirə və proseslər haqqında da özünün qeyd etdiyi kimi yetərincə məlumatı var. İstidəçinin redakələrinə də nəzər yetirdikdə, istifadəçi əsasən vikiləşdirmə alətindən istifadə edir və SNS-də fikir bildirərkən sadəcə şabondan istifadə edir ki, buda, Patriot Kor-un redaktələri ilə eynilik təşkil edir. Bu səbəbdən mən bir neçə gün əvvəl bu şübhəmlə bağlı checkuser-ə bildirmişəm və bu gün istifadəçi checkuser-dən xəbər tutaraq mənim müzakirə səhifəmə yazır. Checkuser edildikdə bildiyiniz üzrə bildiriş filan da getmir. İstifadəçi bundan necə xəbər tutur? Əvvəl etdiyimə "şikayət" kimi istinad edərək müraciətimin nə olduğunu bilmirmiş, sadəcə xəbəri olubmuş kimi davranır, amma sonra bəlli olur ki, o, həmin səhifənin nə işə yaradığını çox yaxşı bilir. Dediyim kimi, hər hansı istifadəçinin checkuser edildikdə həmin səhifəyə girmədən bundan xəbər tutmasının mümkünsüz olduğunu hər kəs bilir. Onu da qeyd edim ki, bu iki istfadəçinin eyni vaxtlarda redaktələri var ki, bu da mənim şübhələrimi artırır. Odur ki, xahiş edirəm ki, bu məsələ araşdırılsın. Qeyd edim ki, bütün bunlar mənim şəxsi fikirlərimdir və böhtan kimi qəbul edilməsin. Mən sadəcə öz fikirlərimi icma ilə bölüşmək istədim. Həmçinin, bunları yazmağım üçün mənə heç bir müraciətin ünvanlanmadığını vurğulamaq istəyirəm. Məsələ ilə bağlı fikirlərini öyrənmək üçün @Crepusculum-u etiketləyirəm (Hörmətli Crepusculum, fikir bildirərkən diqqətli olun ki, bildirdiyiniz fikirlər sizə qarşı istifadə olnmasın. Buna görə də maksimum dərəcədə səbrli olun və emosianallıqdan çəkinin.) Sura Shukurlu (müzakirə) 22:35, 9 avqust 2024 (UTC)
belə bir şey var idi. xəbəri olan var? Atakhanli (müzakirə) 01:22, 11 avqust 2024 (UTC)
İcmanı salamlayıram. Bildiyiniz kimi hər il dünyanın 4-1 tərəfində müxtəlif təyinatlı vikimedia tədbirləri təşkil edilir. Azviki icmasının həmin tədbirlərdə təmsil olunması şəxsən mənim ən çox sevidiyim məqamlardan biridir. Azərbaycanlı vikimediaçıların iştirak etdiyi tədbirlər səhifəsinə nəzər saldıqda görmək olar ki, icmanın beynəlxalq tədbirlərdə təmsil olunmasının dərin keçmişi mövcuddur. Bir çox hallarda müxtəlif tədbirlərin səhifələri it-bata düşür və bir çoxlarının ondan xəbəri olmur. Qarşıdakı aylarda keçirilməsi planlaşdırılan tədbirlərin linklərini aşağıda paylaşmaq istərdim ki, getmək imkanı olanlar gedə bilsin. Tədbir təşkilatçılarına müraciət etməklə və ya Azərbaycandan qrant tapa bilərsiniz deyə düşünürəm.
Yuxarıda qeyd edilən 7 tədbirin ən azından birinə mütləq ki, gedə bilərsiz. Ciddi formada araşdırmaq və tədbir təşkilatçıları ilə əlaqə qurmaq lazımdır sadəcə. 1-2 ipucu istəyən şəxslər mənə e-mail yaza bilər. Sizə əlimdən gələn köməkliyi göstərməyə hazıram. Hörmətlə;--Crepusculum (müzakirə) 05:40, 14 avqust 2024 (UTC)
Şimali Amerikada bir çox şəhərlər var ki, onları Azərbaycan dilində hərə bir formada tərcümə edir. Mənə maraqlıdır ki, bu tipli adlara malik YM haqqında məqalə yaradarkən hansı yolu izləmək lazımdır. Məsələn, Niaqara şəlaləsi yaxınlığında yerləşən Niagara-on-the-Lake şəhəri. Bu şəhərin adındakı on the lake ifadəsi Rostov-na-Donu şəhərindəki adlandırma ilə eyni məntiqə malikdir. Don çayının üzərindəki Rostov şəhəri, Niaqara şəlaləsi üzərindəki və ya yaxınlığındakı şəhər. İndi biz burada şəhərin adını Niaqara onde leyk formasında yazmalıyıq yoxsa Niaqara şəlaləsi üzərindəki şəhər formasında ? Bir digər məsələ isə St. Catharines şəhəri ilə bağlıdır. Şəhərin adı dilimizə hansı formada tərcümə edilməlidir ? Müqəddəs Katrin məncə ən doğru variantdır. İcmanın fikirləri maraqlıdır. Hörmətlə;--Crepusculum (müzakirə) 09:29, 14 avqust 2024 (UTC)
Salam. Bu məqalə formasında → tr:Recep Tayyip Erdoğan'ın seçimler tarihi — məqalə yaratmaq niyyətim var. Sadəcə ad məsələsində qəti fikrim yoxdur, xüsusilə @Toghrul R, @Grenzsoldat, @Dr.Wiki54, @Solavirum, sizlərin fikirləri maraqlıdır. Hörmətlə, Qədir (müzakirə) 14:04, 14 avqust 2024 (UTC)
Salam həmkarlar. Vikipediya:Tez-tez soruşulan suallar adlı bir səhifəmiz var. Amma köhnədi. İngilis dilində F.A.Q gedir. İstənilən layihədə, saytada və başqa yerlərdə bu cür cavablarla qarşılaşa bilərsiz. Mənim müşahidələrimə görə bizim cəmiyyətdə o qədər də populyar deyil. Düşünürəm onu yeniliyib, təzə gələnləri ora yönəldsək daha yaxşı olar. Buna görə də sizlərdən (və ən əsası mentorlardan) "Tez-tez soruşulan suallar" yazmağınızı xahiş edəcəm. Təkcə sualı yazın, cavabı düzələr. — Bikar müzakirə 19:40, 15 avqust 2024 (UTC)
Salam hərkəsə. Bayaq 1 yeni dəyişiklik süzgəci yaratdım və birində lazımlı dəyişiklik etdim. Bəlkə fikir vermisiniz, bəzi IP ünvanları tez-tez kənd məqalələrindən kəndin mənşəyinin kürd olması ilə bağlı məlumatı silirlər. (cc @Solavirum) 41 nömrəli süzgəc artıq bu tip redaktələrə avtomatik olaraq "potensial kürd istinadının silinməsi" teqini əlavə edəcək. Geri qaytarılacaq vandal redaktə axtarırsınızsa, bu teqi tez-tez yoxlamaqda fayda var. İkinci dəyişikliyi isə 40 nömrəli "Avtotəsdiqlənmiş olmayan istifadəçinin xarici keçid əlavə etməsi" süzgəcində etmişəm. Əvvəl sadəcə əlavə edilmiş səhifə məzmunundakı keçidlərin var olub-olmamasını yoxlayırdı, ancaq bu dəqiq deyildi, çünki həmin kod əlavə edilən hissəni yox ümumi abzası götürürdü. Süzgəc artıq ayrıca verilən added_links
hissəsini yoxlayır və əgər bu parametr doludursa redaktəyə "potensial spam" teqini əlavə edir. Bu süzgəcin əsas məqsədi məqalələrə spam keçidlər əlavə edən botların qarşısını almaq idi. Yeni güncəlləmə ilə birlikdə dəyişiklik süzgəci artıq CAPTCHA da göstərə bilir. Bu süzgəcdə CAPTCHA aktivdir, yəni bu o deməkdir ki, bu sayədə spamın qarşısını böyük dərəcədə ala biləcəyik. Nemoralis (müzakirə) 22:57, 16 avqust 2024 (UTC)
İcmadakı tarixçilərə səslənirəm, "Георгиевский крест" bizim dildə "Georgi xaçı" gedir, ya "Georgiyevsk xaçı"? Mənbələrdə hər ikisi verilib, lakin "Georgi xaçı"na daha çox rast gəlinir. İngiliscə vikidə həm "Георгиевский крест", həm də "Орден Святого Георгия" "George" ("Georgi") deyə tərcümə olunub. Lakin bizim vikidə bu mükafatların yarısı haqqında məqalə və dəqiq tərcümə yoxdur. Əslində, "Georgi" yazardım, amma "Георгиевский договор" bizdə "Georgiyevsk müqaviləsi" deyə tərcümə olunub deyə qalmışam belə.
Bu məsələ ilə bağlı yardım edin, zəhmət olmasa. -- Rüfət Həsənli 21:41, 18 avqust 2024 (UTC)
Bir çox şəhərlər ingilis standartlarına uyğun yazılmışdır. Azərbaycan MDB standartlarına cavab verir və ona uyğun olaraq təmir edilməlidir. məsələn, Pusan şəhər səhifəsində "Busan" deyilir. Mən bu səhifədəki standart parametrləri bir az dəyişdim, lakin adını dəyişdirə ola bilmirəm. Kömək edə bilərsiz?
Nar 2608 (müzakirə) 07:44, 19 avqust 2024 (UTC)
Biri burda var. Həmin dissertasiyada Koreya dilindən Azərbaycan dilinə transliterasiya məsələsi müzakirə olunur. Məncə bu fikir çox vacibdir: İlk dəfə tərcümə mətnində transliterasiya olunmuş söz haqqında tərcüməçi oxucuya məlumat verməlidir.. Başqa vikilərdə bir məqalədə başqa əlifbalardan sözlər işlənəndə xüsusi şablon əlavə olunur. Həmin şablon elə burda qeyd olunan funksiyanı yerinə yetirir. Belə şablonlarda Vikipediyada həmin dil üçün qəbul olunmuş transliterasiya qaydalarına (o cümlədən, həmin qaydaları izah edən detallı şərhlərə) keçid olur. --Мурад 97 (müzakirə) 11:23, 25 avqust 2024 (UTC)
Hello. For many years, community members have requested an easy way to re-use references with different details. Now, a MediaWiki solution is coming: The new sub-referencing feature will work for wikitext and Visual Editor and will enhance the existing reference system. You can continue to use different ways of referencing, but you will probably encounter sub-references in articles written by other users. More information on the project page.
We want your feedback to make sure this feature works well for you:
Wikimedia Deutschland’s Technical Wishes team is planning to bring this feature to Wikimedia wikis later this year. We will reach out to creators/maintainers of tools and templates related to references beforehand.
Please help us spread the message. --Johannes Richter (WMDE) (talk) 10:36, 19 August 2024 (UTC)
Hi all,
The next language community meeting is scheduled in a few weeks—on August 30th at 15:00 UTC. If you're interested in joining, you can sign up on this wiki page.
This participant-driven meeting will focus on sharing language-specific updates related to various projects, discussing technical issues related to language wikis, and working together to find possible solutions. For example, in the last meeting, topics included the Language Converter, the state of language research, updates on the Incubator conversations, and technical challenges around external links not working with special characters on Bengali sites.
Do you have any ideas for topics to share technical updates or discuss challenges? Please add agenda items to the document here and reach out to ssethi(__AT__)wikimedia.org. We look forward to your participation!
MediaWiki message delivery (müzakirə) 23:19, 22 avqust 2024 (UTC)
@Atakhanli, @Alisahib2001, @Araz Yaquboglu, @Eldarado, @Eminn, @En Merker, @Firuza, @Həsən İmanov, @Gadir, @Grenzsoldat, @Toghrul R, @Nemoralis, @Nicat49, @Rüfət Həsənli, @Solavirum, @Sortilegus, @Sura Shukurlu, @Turkmen, @Xeyal, @White Demon, @Wertuose və digərləri
Hörmətli vikipediyaçılar! Seçki məqalələrini işləyən bir vikipediyaçı olaraq hər nə olursa, olsun bütün vikipediyaçıları 1 sentyabr 2024-cü il tarixində keçiriləcək (sabah) növbədənkənar parlament seçkilərində iştiraka səsləyirəm. 1 səs 1 səsdir! Əvvəlcədən, təşəkkür. Dr.Wiki54 (müzakirə) 10:18, 31 avqust 2024 (UTC)
Hörmətli viki icma. Hər birinizi salamlayıram. Artıq bir neçə dəfədir ki, mən "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun İdarə Heyətinin (bundan sonra: İdarə Heyəti) təsdiqlənməsi məsələsini müzakirəyə çıxarıram. Lakin hər dəfə müzakirə ya yarımçıq ya da nəticəsiz qalır. Səbəb isə "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun İdarə Heyəti haqqında qaydaların (bundan sonra: İdarə Heyəti haqqında Qaydalar) tam tərtib olunmamasıdır. Bu səbəbdən mən İdarə Heyətinin seçilməsi işinin ümumilikdə 3 əsas mərhələyə bölünərək aparılmasını təklif edirəm:
Bura qədər hər şey aydındır. Bəs İdarə Heyəti haqqında Qaydaların tərtibi necə aparılacaq? Bu sualın hazırki vəziyyətdə bir cavabı var; İdarə Heyəti haqqında Qaydaların Tərtibi üzrə Müvəqqəti Komissiyanın (və ya qısaca: QTMK) yaradılması. Sual yarana bilər ki, "bəs bu QTMK qaydaları necə tərtib edəcək?". Əvvəla yaxşı olar ki, elə bu QTMK-nın özünü də seçki yolu ilə təyin edək. Belə olan halda yuxarıda qeyd etdiyim 3 əsas mərhələni özlüyündə bir neçə alt-mərhələyə bölməyi vacib hesab edirəm. Belə ki, I mərhələ - İdarə Heyəti haqqında Qaydaların tərtib olunması mərhələsi özlüyündə 5 alt-mərhələyə bölünməlidir:
Bundan sonra II mərhələ yəni İdarə Heyəti haqqında Qaydaların qəbul olunması mərhələsi gəlir ki, onun özünü də 2 alt-mərhələyə bölməliyik:
Məhz bu mərhələlərdən sonra hesab edirəm ki, III mərhələ, yəni İdarə Heyətinin Seçilməsi mərhələsi olduqca asanlaşacaq və III mərhələnin özü avtomatik olaraq 2 alt-mərhələyə bölünəcək:
Mən hələlik iki qaydanın (QTMK-nın seçki qaydaları və QTMK-nın fəaliyyət qaydalarını) müvəqqəti olaraq tərtib etmişəm və əgər bu təklifim qəbul olunarsa onları sizə təqdim edəcəyəm.
Hörmətli həmkarlar, nəzərə alın ki, İdarə Heyəti artıq seçilməlidir və bunun üçün artıq ciddi işlərə başlanılmalıdır. --Hörmətlə, Patriot (müzakirə) 17:10, 8 avqust 2024 (UTC)
Hər nə qədər də düşünsəm ki, əksər hallarda faydasız və hətta viki üçün əlavə iş yükü yaradacaq qədər problemli olur, amma hesab edirəm ki, oflayn tədbirlərin təşkili lazımdır. Təşkilatçılarına da zaman-zaman öz xoş diləklərimi bildirmişəm daha da inkişaf etdirilməsi üçün. Amma, ən sadəsindən Göygöldə baş verənlərdən sonra ümumiyyətlə həmin növbəti tədbirdə hər hansı təcrübəli istifadəçini görməmək bəlkə də ən doğrusu olardı...
İH-nin yaradılması şərtdir. Kim harada nə tədbir keçirdir, hansı maliyyəni nə edir özü bilər. Amma istifadəçi qrupunun, Vikipediyanın təşkilatçı, dəstəkçi, təşəbbüskar kimi göstərildiyi, həmçinin sitenotice-ə yerləşdirilən istisnasız bütün tədbirlər İH-nin razılığı ilə olmalıdır. İH də icmanın ən etibar etdiyi və ciddi məsuliyyət ala biləcəyi insanlardan seçilməlidir. --Sura Shukurlu (müzakirə) 21:21, 17 avqust 2024 (UTC)
Salam. Digər aktiv olduğum bu iki azərbaycandilli layihədə aktivlik çox olmasa da nizamsızlıq hökm sürür. Mənim hər iki layihədə redaktələrim hələ az olsa da, gündəlik Vikipediyada keçirdiyim vaxt ərzində həmin layihələrə diqqət yetirirəm. Bu alətləri də təcrübəmə əsaslanıb inzibatçı kimi fəaliyyət və iş görmək məqsədilə istəyirəm. Hansısa səhifəyə, kiməsə müraciət edib və baxılana kimi həm vaxt itirənə kimi, həm də operativ olaraq bu istiqamətdə özüm töhfələr verə (eyni zamanda müraciət səhifəsi yaradıb müraciətlərə baxa), inzibati addımlar ata bilərəm. Bunu da nəzərə alaraq, əgər razılaşarsanız, hər iki layihə üçün də inzibatçılıq irəli sürürəm. Bu müzakirənin nəticəsinə görə Metaya müraciət edəcəyəm. Layihələrdəki passivliyi nəzərə alaraq müzakirəni burada açıram. Həmçinin aşağıdakı linklərə də nəzər yetirə bilərsiniz.
Hörmətlə, Qədir (müzakirə) 16:03, 21 avqust 2024 (UTC)
Təklif edirəm ki "Seçilmiş məqalə namizədləri", "Yaxşı məqalə namizədləri", "Seçilmiş siyahı namizədləri" səhifələrindəki namizədlərə baxmaq üçün bir müddət təyin edilsin. Yəni səhifəyə bir məqalə namizəd kimi qoyulubsa buna 1,2 lap 3 ay ərzində baxılsın. Amma bir hədd olsun. Yoxsa baxırsan ki bir məqalə namizəd səhifəsində 5 aydır oturub gözləyir paraleldə də başqa bir məqalə bir neçə gün içərisində yoxlamadan keçir. Ya gözləyən məqalələrə səbəb göstərilməklə yox deyilsin ya da məqalədə hər şey qaydasındadırsa təsdiq edilsin. Bundan başqa məncə inzibatçılardan birinə bu işi tapşırmaq da olar. 14 inzibatçıdan biri bu işi görə bilər yəqin ki. Rəcəb Yaxşı (müzakirə) 11:52, 23 avqust 2024 (UTC)
Salam. Vikipediya nə deyil qaydasının "Vikipediya senzura yeri deyil" bölməsini hazırlamışam. Həmin qaydada bu barədə qəbul edilmiş siyasətimiz yoxdur. Fikirləriniz maraqlıdır, problem yoxdursa, daha sonra qəbulu və prinsipə əlavəsi üçün müvafiq səsverməni başladacam. Hörmətlə, Qədir (müzakirə) 14:20, 23 avqust 2024 (UTC)
@Bikar, Dr.Wiki54, Solavirum, Redivy, və digər istifadəçilər, qaydanın qəbulu üçün müvafiq səsvermə başladılmışdır, iştirakınız gözlənilir. Qısa və vacib qaydadır, qeyd edim ki, bu başlıq kifayət qədər açıq qaldığı üçün qəbulunun rahatlığı üçün müddət ilkin olaraq 1 həftə təyin olunmuşdur. Hörmətlə, Qədir (müzakirə) 20:13, 8 sentyabr 2024 (UTC)