![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Salam, son zaman artan aktivliyi görə, vikipediyada patruller (daha ətraflı burda en:Wikipedia:Reviewing pending changes qeyd olunub) rolu haqqında müzakirələr bir neçə dəfə olunub. Patrullerin əsası rolu yeni edilən dəyişiklikləri yoxlanılmasıdı. Məncə bunu aktiv istifadəçilərdən biri edə bilər, bu həm də vandalizmi xeyli azaldıb, Vikipediyaya marağı artırar. Ona görə Sortilegus, Wertuose, Cekli829, Sortilegus, Sultan11, Baskervill, Vusal1981, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Anar kerimxanov, Samral, Yusif Sərrac, Eldarado və digər istifadəçiləri burda buna aid səs verməyə çağırıram.
Review baxış kimi, incələmə kimi yoxsa yoxlama kimi tərcümə olunmalıdır? --Deleter (müzakirə) 18:48, 3 dekabr 2017 (UTC)
62% tərcümə olunub, 38% isə qalıb. --►Cekli829 10:25, 25 dekabr 2017 (UTC)
Bəli, doğrudur. Səhvən yazmışam. Əslində 62-38-dir. Mövcud tərcümələrə də göz gəzdirmək lazımdır. Ola bilər ki, dili mükəmməl bilmədiyim üçün bəzi tərcümələrdə səhvim olsun. --►Cekli829 11:29, 26 dekabr 2017 (UTC)
Patrul sistemi aktivləşdikdə {{Patrul}} istifadəçi qutusunu işlətmək olar. Neriman2003 (müzakirə) 13:56, 28 dekabr 2017 (UTC)
Salam mən o linkdəki sözləri tərcümə etməyə başladım. Amma mənə kömək edəcək şəxslər lazımdır. İdarəçilərdən ya da aktiv istifadəçilərdən kimsə kömək edə bilər? Eldarado, Baskervill, White Demon, Nicat49, Araz Yaquboglu, AnarHuseyinWS, Rufet Turkmen Vusal1981, Cekli829, Wikipediya M, Fortius-94, Eminn, Anar kerimxanov, Azerifactory, Sortilegus, Rufet Turkmen,Babək Akifoğlu, Qolcomaq, Samral, Wertuose. --Neriman2003 de gəlsin! 15:37, 10 yanvar 2018 (UTC)
84% tərcümə edilib, 26% qalıb. --Neriman2003 de gəlsin! 13:43, 12 yanvar 2018 (UTC)
Oyuncu Aykhan vikitərcümədə o 20 tərcümə tərcümə icazəsi almaq üçündür. 20 tərcüməni bitirdikdən bir müddət sonra ümumi tərcümə icazəsi verilir. --Neriman2003 de gəlsin! 12:01, 13 yanvar 2018 (UTC)
Vikipediyadakı bir çox məqalənin kütləvi olaraq silinməsinin müsbət tərəfləri ilə yanaşı, kifayət qədər mənfi tərəfi də var. Artıq neçənci dəfədir şahidi oluram ki, quruların yanında yaşlar da yanır. Özü də proses başdan soutdu, tez-tələsik həyata keçirilir.--samral müzakirə 11:43, 12 dekabr 2017 (UTC)
Hi all,
We wanted to inform you that scholarship applications for Wikimania 2018 which is being held in Cape Town, South Africa on July 18–22, 2018 are now being accepted. Applications are open until Monday, 22 January 2018 23:59 UTC.
Applicants will be able to apply for a partial or full scholarship. A full scholarship will cover the cost of an individual's round-trip travel, shared accommodation, and conference registration fees as arranged by the Wikimedia Foundation. A partial scholarship will cover conference registration fees and shared accommodation. Applicants will be rated using a pre-determined selection process and selection criteria established by the Scholarship Committee and the Wikimedia Foundation, who will determine which applications are successful. To learn more about Wikimania 2018 scholarships, please visit: wm2018:Scholarships.
To apply for a scholarship, fill out the multi-language application form on: https://scholarships.wikimedia.org/apply
It is highly recommended that applicants review all the material on the Scholarships page and the associated FAQ before submitting an application. If you have any questions, please contact: wikimania-scholarships at wikimedia.org or leave a message at: wm2018:Talk:Scholarships. Please help us spread the word and translate pages!
Best regards, David Richfield and Martin Rulsch for the Scholarship Committee 19:24, 20 dekabr 2017 (UTC)
Greetings,
"Military history" is one of the most important subjects when speak of sum of all human knowledge. To support contributors interested in the area over various language Wikipedias, we intend to form a user group. It also provides a platform to share the best practices between military historians, and various military related projects on Wikipedias. An initial discussion was has been done between the coordinators and members of WikiProject Military History on English Wikipedia. Now this discussion has been taken to Meta-Wiki. Contributors intrested in the area of military history are requested to share their feedback and give suggestions at Talk:Discussion to incubate a user group for Wikipedia Military Historians.
MediaWiki message delivery (müzakirə) 10:46, 21 dekabr 2017 (UTC)
Salam. Hörmətli idarəçi Vusal1981 bir çox Azərbaycan filmi haqqında məqalələr yaradır amma mən bu məqalələrin ensiklopedik olmadığını düşünürəm. Sizcə bu məqalələrin silinməsi üçün tək-tək müraciət etməliyəm ya ümumi olaraq burada müzakirə aparmalıyıq. Xahiş edirəm öz dəyərli fikirlərinizi bildirəsiniz. --Drabdullayev17 (müzakirə) 18:52, 28 dekabr 2017 (UTC)
Salam. Hamısı ensiklopedikdir. Ümumiyyətlə bütün vikilərdə film məqalələrinə həssaslıqla yanaşılır. Yəni bir məşhur adam barədə yaradılan film məqaləsi də ensiklopedik sayılır. Ona görə film məqalələrini şəxslərlə qarışdırmayın. Dəyərli azərbaycan filmlərini rahat buraxın. Sizin son vaxtlar ancaq silinmə tərəfdarı işlər gördüyünüzün də şahidiyəm. Yaxşısı budur enerjinizi dəyərli işlərə sərf edəsiz. Ola bilsin sərt yazdım. Ancaq mən bir filmin belə silinməsinin tərəfdarı deyiləm. Əksinə mənbəyi yoxdur deyə sildiklərimi də bərpa edəcəm. Uğur olsun!--Vüsal Ağayev (müzakirə) 19:01, 28 dekabr 2017 (UTC)
Oyuncu Ayxan, xoş gəlmisiz. Minlərlə məqalədən söhbət gedir. Səbrli olun. Hamısı vikiləşəcək. O ki qaldı bloka bu yazıda blokluq bir şey yoxdur. Ümid edirəm bir də olmaz. Uğur olsun.--Vüsal Ağayev (müzakirə) 20:08, 28 dekabr 2017 (UTC)
Drabdullayev17, bu məsələni digər vikilərdə də araşdırmışam və sizə heç bir mükafat almayan və illərdir silinməyən məqalələri misal göstərə bilərəm. Yenə deyirəm mükafat almaması və s. film məqaləsinin silinməməsinə səbəb ola bilməz. Sizə buraya baxmağı məsləhət görürəm .--Vüsal Ağayev (müzakirə) 20:11, 28 dekabr 2017 (UTC)
Oyuncu Aykhan, yenə redaktə müharibəsi aparırsız. Bu, xəbərdarlıqdır. Davam etməyin.--Vüsal Ağayev (müzakirə) 21:53, 28 dekabr 2017 (UTC)
Hörmətlə --Drabdullayev17 (müzakirə) 10:58, 29 dekabr 2017 (UTC)
Qaydalar tətbiq edilsə Azərbaycan filmləri üçün spesifik qaydalar tərtib edilməlidir. Yoxsa buradakı qaydalara görə gərək, məs. O olmasın bu olsun filmi də silinsin. Ona görə Azərbaycan filmləri üçün xüsusi qaydalar qəbul edilməlidir. Əgər razılıq varsa mən qaydaları işləyib hazırlayım müzakirə edək. --Vüsal Ağayev (müzakirə) 13:19, 29 dekabr 2017 (UTC)
Drabdullayev17, təklifiniz nədir? --Vüsal Ağayev (müzakirə) 18:05, 29 dekabr 2017 (UTC)