Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin
Hello, dear Wikipedians!
Wikimedia Ukraine, in cooperation with the Ministry of Foreign Affairs of Ukraine and Ukrainian Institute, has launched the third edition of writing challenge "Ukraine's Cultural Diplomacy Month", which lasts from 1st until 31st March 2023. The campaign is dedicated to famous Ukrainian artists of cinema, music, literature, architecture, design and cultural phenomena of Ukraine that are now part of world heritage. We accept contribution in every language! The most active contesters will receive prizes.
We invite you to take part and help us improve the coverage of Ukrainian culture on Wikipedia in your language! Also, we plan to set up a banner to notify users of the possibility to participate in such a challenge!
ValentynNefedov (WMUA) (talk) 07:58, 1 March 2023 (UTC)
Salam, əziz Vikipediyaçılar!
Vikimedia Ukrayna, Ukrayna Xarici İşlər Nazirliyi və Ukrayna İnstitutu ilə əməkdaşlıq çərçivəsində birgə 2023-cü il martın 1-dən 31-dək davam edən "Ukrayna Mədəni Diplomatiya Ayı" adlı yazı müsabiqəsinin üçüncü buraxılışına start verib. Kampaniya hal-hazırda dünya irsinin bir hissəsi olan Ukraynanın məşhur kino, musiqi, ədəbiyyat, memarlıq, dizayn xadimlərinə və Ukraynanın mədəni fenomenlərinə həsr olunub. Biz hər dildə töhfə qəbul edirik! Ən fəal iştirakçılar hədiyyələr əldə edəcəklər.
Biz sizi burada iştirak etməyə və Vikipediyada öz dilinizdə Ukrayna mədəniyyətinin işıqlandırılmasını təkmilləşdirməkdə bizə kömək etməyə dəvət edirik! Həmçinin, istifadəçiləri belə bir çağırışda iştirak etmək imkanları barədə məlumatlandırmaq üçün banner yaratmağı planlaşdırırıq!
--► Hörmətlə: SolaVirum 18:28, 7 mart 2023 (UTC)[cavabla]
Salam. Bir neçə gün əvvəl bir neçə istifadəçi SNS-də iştirak etmək hüququ əldə etmək üçün redaktələr edirdi.Onlardan sonra görünür, bu tip yeni bir istifadəçi hesabı yaradılıb. Söhbət bu istifadəçidən gedir. Fikrimcə bu istifadəçi müddətsiz bloklanmalıdır. Əks təqdirdə yeni bir ordu daha yarana bilər. Nə qədər tez hərəkətə geçsək bir o qədər yaxşı olar — Wealszy (müzakirə) 16:57, 3 mart 2023 (UTC)[cavabla]
Takson şablonunda yenə eyni səhvlər var. — Moses✉ 16:58, 3 mart 2023 (UTC)[cavabla]
Hər kəsə salam, artıq "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun rəsmi saytı az.wikimedia.org domaini altında viki texnologiya əsasında çalışan sayt üzərində olacaq və eyni zamanda wikimedia.az saytı da buraya yönləndirilmiş formada çalışacaq. Saytın dizaynı, hazırlanması biz könüllülər tərəfindən həyata keçiriləcək. Bunu etməkdə əsas məqsədimiz viki texnologiyalar əsasında çalışan saytda istifadəçilərin asanlıqla məlumat əlavə edə bilməsidir. İstifadəçi qrupun fəaliyyətində, təşkilatı işlərdə və bütün bu fəaliyyətlərimizi bu sayt üzərində işıqlandırmaqda könüllü olmaq istəyən istifadəçilər az.wikimedia.org saytına daxil olub solda "Üzvlük" bölməsinə klik edərək üzv ola bilərlər. Hər hansısa sualınız yaranarsa çəkinmədən bu başlıq altında ünvanlaya bilərsiniz. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 11:19, 9 mart 2023 (UTC)[cavabla]
Salam. bu redaktə diqqətimi çəkdi. — Wealszy (müzakirə) 12:05, 22 mart 2023 (UTC)[cavabla]
Salam dəyərli Həmkarlar qeyd etdiyim şablonda ciddi problemlər var şablon yarı türk yarı bizim dildədir həmçinin foto yerləşdirmək də mümkün olmadı Vilson Vaynrey məqaləsini yaratmaq istəyirəm şablondakı problemlərə görə yarımçıq qalıb. Həmçini doğum ölüm illərini də qəbul etmir elə yazıldığı kimi görsənir. Zəhmət olmasa yaranan problemləri aradan qaldırmağa yardımçı olarsınız -- ⟨Qraf⟩061 (müzakirə) 07:07, 23 mart 2023 (UTC)[cavabla]
Salam, @Wertuose, @Toghrul R, @Eldarado, mənim yenicə başlamış olan Vikibahar 2023-ün qaydaları ilə bağlı narazıçılığım var. Qaydalarda qeyd olunur ki, ancaq müəyyən olunmuş siyahıdakı məqalələrə xal veriləcək. Bu qaydanın müəyyən edilməsinin səbəbi nədir? Məsələn, TrVikidəki müsabiqədə qeyd olunub ki, həmin siyahı sadəcə tövsiyə xarakterlidir, qeyd olunan ölkələrlə bağlı istənilən məqalə qəbul oluna bilər. Və həqiqətən baxıram, qəbul edirlər. Həmin ölkələr haqqında yaratmaq istədiyim bir sıra məqalələr var ki, siyahıda yoxdur. Ümumiyyətlə, bu cür müsabiqəni sadəcə həmin siyahı ilə məhdudlaşdırmaq nə qədər düzgündür?
Hazırda davam edən Ukrayna Diplomatiya Ayında da belə siyahının olmasına baxmayaraq, istənilən məqalə qəbul olunur. Lakin tövsiyə olunan məqalələrə görə əlavə xal verilir. Yəni əgər Vikibaharda məqsədlərdən biri tövsiyə olunan məqalələri yaratmağı təbliğ etməkdirsə, onda heç olmasa siyahıdakı məqalələr üçün əlavə xal nəzərdə tutmaqla, siyahıda olmayan məqalələri də qəbul etmək olardı. WhiteDem✪n 23:41, 23 mart 2023 (UTC)[cavabla]
salam. bildiyiniz kimi yeni istifadəçilərə vikipediya Keçid tövsiyələri funksiyasından istifadə imkanı verir. bu da əksər hallarda sui-istifadə olunur. əksər hallarda isə vandalizmə belə yol açır. əlaqəsiz məqalələrə keçidlər verilir. son olanlardan demək olar ki, çoxunun xəbəri var. "ordu" məsələsi və s. mövzunu çox uzatmadan, bu funksiyanın yeni istifadəçilər üçün ləğv olunmasını təklif edirəm. hər həftə yeni belə istifadəçilər çıxır ki, açığı demək olar ki, heç məqalələrə faydası da olmur. bir az faydası varsa belə, ciddi, hətta çox ciddi ziyanları olur vikiyə. təmizləmək də çox vaxt aparır. mümkün olsa belə, bu əlavə iş yükü yaradır. mövzu ilə bağlı məlumatlısınız deyə Sizlərin də rəyi önəmlidir. @Bikar Orxan @Wealszy @Onyeddi təşəkkürlər. Atakhanli (müzakirə) 10:38, 18 mart 2023 (UTC)[cavabla]
Salam, həmkarlar. Rus və ingilis dillərindən vaxtilə tərcümə olunan "Быстрое удаление" və "Speedy deletion" ifadələrinin Azərbaycan dilində mənaya uyğun olaraq "Dərhal silinmə" edilməsini təklif edirəm. Bununla adında "sürətli" sözü istifadə edilmiş şablon və kateqoriyalar (Məsələn, "Sürətli silinsin", "Sürətli silinəcək səhifələr") dəyişdiriləcəkdir — Toghrul R (m) 11:16, 18 mart 2023 (UTC)[cavabla]
Salam. Təklif edirəm ki, məlumat qutusu şablonlarının sonuna "məlumat qutusu" yazısını əlavə edərək adlandıraq. Məsələn, "Şəxs" yox, daha dəqiq "Şəxs məlumat qutusu" olsun, digər vikilərdəki kimi. Əslində, bu, başından bəri belə də olmalı idi. Nə düşünürsünüz? Hörmətlə, Gadir (müzakirə) 20:34, 20 mart 2023 (UTC)[cavabla]
Salam. Bir müddət öncə nazirlik, komitə, qurum və s. məqalələri "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi" formasından "Daxili İşlər Nazirliyi (Azərbaycan)" olaraq dəyişdirildi. Əsas kateqoriyalar isə olduğu kimi qaldı. Uyğunlaşdırmaq üçün onları da dəyişmək lazımdır? Gadir (müzakirə) 10:42, 21 mart 2023 (UTC)[cavabla]
Salam. Keçən ilin iyul ayında belə bir razılığa gəlindi ki, "Kateqoriya:Şəxslər:Yaponiya" şəklində adlandırılmış bütün kateqoriyalar "Kateqoriya:Yaponiya şəxsləri" olaraq dəyişdirilsin. Lakin o vaxtdan bu vaxta bütün kateqoriyalara bu şamil olunmayıb, hələ də olduğu kimi qalan kateqoriyalar mövcuddur. İstifadəçiləri bu məsələdə fəallıq göstərməyə çağırıram. Hörmətlə, Gadir (müzakirə) 15:05, 22 mart 2023 (UTC)[cavabla]
Salam həmkarlar. Rolbakerlərə(partullara) qısamüddətli-tam genişləndirilməmiş mühafizə hüququnun verilməsini və ya bu səlahiyyətə malik malik yeni hüququn yaradılması barədə fikirlərinizi öyrənmək istərdim. Başqa vikilərdə bu cür təcrübə ilə qarşılaşmadım. Vandalizmlə mühafizə hallarında vacib olduğunu və bu cür qaydalarla tənzimlənə biləcəyini düşünürəm. Hazırda mühafizə hüququna malik olan inzibatçılar @Araz Yaquboglu, @Babək Akifoğlu, @Baskervill, @Burocan, @Eldarado, @Eminn, @Nicat49, @Qolcomaq, @Solavirum, @Sortilegus, @Turkmen, @Wertuose, @White Demon və digər istifadəçilərin fikri önəmlidir. @Toghrul R əgər məlumatlısınızsa, texniki cəhətdən necə tənzimlənəcəyini izah edə bilərsiniz? Bikar Orxan (müzakirə) 08:28, 24 mart 2023 (UTC)[cavabla]
Şərh: İnzibatçılardan hüquqları artıq müvafiq qaydaya əsasən alınmalıdır. Bunun üçün son 6 ayın inzibatçı statistikasını burada paylaşıram. Statistikadan da göründüyü kimi son 6 ayda 300 inzibatçı hüququndan istifadə edilmədiyinə görə bəzi inzibatçılardan hüquq alınmalıdır. — Wealszy (müzakirə) 19:07, 8 aprel 2023 (UTC)[cavabla]
Vikipediya:Sürətli silinəcək səhifələr kateqoriyası fayllar cəhətdən nəzarətsiz qalıb. Kateqoriyada 345 sürətli silinəcək fayl var. Demək olarki çoxunu vaxtı ilə Grenzsoldat etmişdi. Şəkillərə baxırsan "sil" şablonu 5 ay bundan qabağ qoyulub. Zamanında da bunları müzakirə etmişik ki, Grenzsoldat yerli-yersiz bir çox fayllara "sil" şablonu əlavə edib. Yəni bunları çıxarmağın vaxdı gəlməyib? 345 faylın yarısından çoxu Vikipediya üçün lazımlı fayllardır. — 21:48, 25 mart 2023 (UTC) Moses✉ 21:48, 25 mart 2023 (UTC)[cavabla]
Salam. İndi və yaxın keçmiş tarixdəki şəxslər üçün bu ifadənin işlənməsi normaldır, ancaq keçmiş dövrdə yaşamış olan bir şəxsə, məsələn, "Vətəndaşlığı: Səfəvi imperiyası" mənə qəribə gəlir. Bu sözü başqa bir sözlə əvəzləyə bilərik? Məsələn, tr viki "bağlılığı" yazır ki, bu söz hazırkı sözdən qatbaqat yaxşıdır deyə düşünürəm. Fikirləriniz nədir? Hörmətlə, Gadir (müzakirə) 23:52, 27 mart 2023 (UTC)[cavabla]
Ümumiyyətlə, düşünürəm ki, şablonlardan "Vətəndaşlığı" parametrləri çıxarılmalıdır. Həm bu, tam dəqiq anlayış deyil, həm də əksər hallarda ciddi mənbə tələb edir — Toghrul R (m) 07:59, 28 mart 2023 (UTC)[cavabla]
Fikrimcə, "Futbolçu" şablonunda vətəndaşlığı ifadəsini təmsil etdiyi ölkə ilə dəyişsək daha uyğun olar. Hörmətlə: Memmedli Farid 22:01, 1 aprel 2023 (UTC)[cavabla]
Salam. Şablonlara məlumatların vikidatadan idxalı ilə bağlı nə düşünürsünüz? Məsələn, En və Tr vikidə belə bir praktika yoxdur. Düşünürəm ki, biz də məlumatları şablona əllə daxil etsək daha yaxşı olar, çünki məlumatlar heç də tam idxal edilmir. Bu barədə fikirləriniz nədir? Gadir (müzakirə) 19:01, 29 mart 2023 (UTC)[cavabla]
Təklif rədd edildi. Gadir (müzakirə) 09:59, 22 aprel 2023 (UTC)[cavabla]
Salam. Təklif edirəm ki, ədəd səhifələrindəki dəqiqləşdirmələri silək və il səhifələrini də məsələn, "1-ci il" bu şəkildə adlandıraq. Düşünürəm ki, ədəd səhifələri üçün qeyd edilən dəqiqləşdirmə lazımsız və il səhifələrinin də bu cür adlandırılması daha dəqiqdir. Hörmətlə, Gadir (müzakirə) 14:35, 29 mart 2023 (UTC)[cavabla]
Şərh: White Demon, Eldarado, Solavirum, Bikar Orxan zəhmət olmasa mövzu ilə bağlı fikirlərinizi bildirin. — Wealszy (müzakirə) 03:33, 15 aprel 2023 (UTC)[cavabla]