![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Mən bu məqaləni düzəldəndə bu vəziyyətdə deyildi. Əməlli başlı vandalizmə uğrayıb məqalə. İstinadlar və xarici keçidlər sadəcə olaraq "itib". Kimlərsə sadəcə məqalə üzərində "dəlləklik" öyrənib. İlkin, mənim düzəltdiyim versiyaya qaytarmaq mümkündürmü məqaləni? — Tarixi Nadir (müzakirə) 13:10, 2 may 2023 (UTC)
Salam. Bu şablonu yenilədim və vizual olaraq fərqli versiyada təkrar hazırladım. Yeni versiya ilə buradan tanış ola bilərsiniz. Təklifim, köhnə versiyanın yenisi ilə əvəzlənməsidir. Fikir, təkliflərinizi bildirə bilərsiniz. Hörmətlə, Gadir (müzakirə) 02:48, 4 may 2023 (UTC)
Baskervill, salam. Hazırkı versiya köhnədir və yeni versiya vizual baxımdan daha yaxşı, təkmildir deyə düşünürəm. Əksik olduğunu ya da artıq olduğunu düşündüyünüz məqamları qeyd edin, müzakirə edək, düzəldək, buyurun. Hörmətlə, Gadir (müzakirə) 03:06, 4 may 2023 (UTC)
Vikipediyadan baş açmamış qardaş layihələrə yönləndirmə verilib. Hətta Vikipediya:Ensiklopedik əhəmiyyətlilik ayrıca başlıq olmalıdı Bikar Orxan (müzakirə) 05:27, 4 may 2023 (UTC)
Qəbul edilmədi — Turkmen müzakirə 09:05, 24 iyun 2023 (UTC)
Salam, Vikisitatda iki V – Vendetta deməkdir filmi ilə əlaqəli iki məqalə var.
1. V — Vendetta deməkdir (film)
Bunları necə birləşdirə bilərəm? Hatselate (müzakirə) 16:14, 6 may 2023 (UTC)
Kimsə bu şablonu AzViki-də də yarada bilər, zəhmət olmasa? samral müzakirə 14:29, 8 may 2023 (UTC)
Salam dostlar. Bu yaxınlarda araşdırma apararkən, maraqlı bir faktla rastlaşdım: Lənkəran, Yevlax və Şəki rayonları yoxdur. Biz düşünürdük ki, bu üçlük, rayon daxilində respublika tabeli şəhərdir. Əslində isə, respublika tabeliyində olan əraziyə bütün "rayonun" ərazisi daxildir. Yəni, Lənkəran, Yevlax və Şəki "rayonları" əslində şəhərin ərazisi sayılır. Necə ki, Bakı rayonu yoxdur. Ələt də Bakı sayılır, Novxanı da, Pirallahı da. Bu barədə fikirləriniz nədir? Rayon və şəhər məqalələrini birləşdirmək lazımdırmı?
Mənbələr: (1) https://www.azstat.org/webmap - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin saytındakı rayonlar xəritəsi Azərbaycan rayonlarının əlimizdə olan ən detallı xəritəsidir. Və orda bu üçlük üçün rayon daxilində ayrıca bir bölgü çəkilməyib (Mingəçevir, Gəncə, Şirvandan fərqli olaraq). (2) Bundan əlavə, Azərbaycan nəşriyyatın 2013cü il "Azərbaycan Respublikasının inzibati ərazi bölgüsü: məlumat toplusu: 2013-cü il aprel ayının 1-nə olan vəziyyətinə görə" kitabında bu üçlük rayon yox, şəhər olaraq qeyd edilir. Hətta kitabın ləğv edilmiş rayonlar haqqında verdiyi məlumatda bu üçlük qeyd olunub (səhifə 14, 15). — Golden müzakirə 21:12, 8 may 2023 (UTC)
Vikipediya:Qiymətləndirmə/Yaxşı məqalələr və Vikipediya:Qiymətləndirmə/Seçilmiş məqalələr səhifələrində yeni məqalələr var. Qiymətləndirmələrin düzgün aparılması üçün iştirak məqbuldur, ümidvaram ki, qoşularsınız. --► Hörmətlə: SolaVirum 12:02, 11 may 2023 (UTC)
Salam. Vulkan məqaləsində ümumi olaraq məlumat azlığı olduğundan redaktə etmişəm. Məqalənin giriş hissəsində digər istifadəçilər tərəfindən "Yanardağ" qeyd olunmuşdu. Müəyyən redaktələrdən sonra (təbii ki, dəqiq istinadlarla) Yanardağ hissəsini çıxardım. Bəlkə də məqaləni yaradan istifadəçi türk dilindən tərcümə etdiyindən Yanardağ olaraq qeyd edib. Ancaq bizim ölkədə, Yanardağın Bakı şəhəri Qala qəsəbəsində yerləşdiyindən yəqin hamının xəbəri var. Vikipediyada da Yanardağ adlı məqalə olduğu üçün insanları çaşdırmaq lazım deyil. Bu gün isə @Sebirkhan adl; istifadəçi vandalizm qeyd edərək Yanardağ adını geri qaytarıb. Mən Vulkanın nə demək olduğunu seysmoloq, geoloq alimlərimizdən dəqiqləşdirib qeyd etmişəm. Əgər Sizin Qala qəsəbəsində "Yanardağ"ımızdan xəbəriniz yoxdursa, bir zəhmət araşdıra bilərsiniz. Vulkana yalnız türk dilində Yanardağ deyilir. Məqaləyə düşəliş etmək olar. Ancaq burada vandalizm kimi qeyd etmək düzgün saymıram. Vandalizm sözünə gəlincə - qeyd dəftərçənizdə Azərbaycan dilinin təmizliyini qoruduğunuzu qeyd etmisiniz. Onu da qeyd edim ki, Azərbaycan qrammatikasında "və" bağlayıcısından əvvəl "," (vergül) işarəsi qoyulmur. Hörmətli idarəçilər @Araz Yaquboglu @Wertuose @Eminn @White Demon @Sabin.K.M @Atakhanli - xahiş edirəm, bu fikirə münasibət bildirəsiniz. Mənim üçün vacibdir. Editor nurane (müzakirə) 13:34, 12 may 2023 (UTC)
Salam. İkinci Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçular barədə məqalələrdə "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı" Azərbaycan Respublikasının Prezidentinin Rəsmi internet səhifəsindən istinad zamanı doğru göstərilsə də, AzərTAcın saytından eyni sərəncamın istinadı texniki xətalarla aparılıb. Çoxlu sayda məqalədə tarix 24.06.2021 əvəzinə 24.05.2021 kimi göstərilmiş, domenin önündə 04.06.2021 tarixi yazılmış, istifadə tarixi isə 29.12.2020 kimi göstərilmişdir. Bu texniki xətanın manual surətdə redaktə ilə aradan qaldırılmasının çox vaxt aparacağını düşünürəm, çünki Google-da axtaranda indeksasiya olunmuş 180-dən çox məqalədə eyni problemin olduğu görünür. Nihat Seyidov, Mirşəmsi Babazadə, Ramil Yusifov və digər şəhidlərin məqalələrinə baxa bilərsiniz. Yanlış istinad budur:
Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.05.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 04.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
Eyni sərəncamın istinadı president.az veb-saytından doğru aparılıb:
Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
Qadcet və ya digər üsullarla bütün belə xətanın yaşandığı məqalələrdə düzəliş etməyiniz mümkündürmü? Hörmətlə, --IBAnk (müzakirə) 00:08, 13 may 2023 (UTC)
Salam Hörmətli könüllülər. Məqalə sayı xətrinə tərcümə edilən bəzi məqalələrdə Azərbaycan dilindəki terminlər nəzərə alınmır. İngiliscə "Governance" sözü elmi hiponimdir. Azərbaycanca qarşılığı "idarələşmə" olaraq qəbul edilib. Yeni termindir. Bir neçə dəfə dəyişiklik etməyə çalışdıq. Nədənsə sonradan silindi. Heç bir plaqiyat və dil xətası olmadan. Zəhmət olmasa bununla bağlı kömək edəsiniz. Mbagirzadeh (müzakirə) 10:37, 16 may 2023 (UTC)
Salam. Mənə maraqlıdır ki, bu cizgi film dilimizdə hansı adla yayımlanıb, ya da ümumiyyətlə yayımlanıbmı? Mən yayımlandığını düşünmürəm. Məqaləsini yaratmaq istəyirəm. Belə olan halda, adlandırmanı necə etməliyəm? Tərcümə edərək? Gadir (müzakirə) 22:34, 17 may 2023 (UTC)
Salam. Təklif edirəm ki, inzibatçılıq üçün hər istifadəçiyə tanınan "hər istifadəçi 3 dəfə namizəd olar" limiti qaldırılsın. Niyə? Çünki mübahisəli prinsipdir. Bir istifadəçi deyək ki, 3 dəfə namizəd olub və ən sonuncu cəhdində uğurlu olub. (Məsələn, Sura Shukurlu). Daha sonra o imtina etsə yaxud çıxarılsa təkrar namizəd ola bilər? Xeyr. Ümumiyyətlə bu limit nə işə yarayır? Limiti qaldırsaq və statusun alınması ilə bağlı səsvermə üçün də KM-ya müzakirəyə çıxarılsa daha effektiv olar. Təbii ki, kim necə istəyir yox, müvafiq arqumentlərlə müzakirə başlada bilərlər, daha sonra da konsensus olarsa da növbəti prosedur kimi statusu səsverməyə çıxarılar. Hazırda bu inzibatçı müzakirəsində alınan çoxluğa görə həyata keçirilir. İnzibatçının statusunun alınması ilə bağlı müzakirənin inzibatçılar arasında aparılması nə dərəcədə şəffaf və obyektiv ola bilər ki. Fikirləriniz maraqlıdır. Gadir (müzakirə) 08:41, 21 may 2023 (UTC)
Bir çox istifadəçini əhatə edən "dəqiq olmayan" qaydalardansa, bir neçə istifadəçiyə təsir göstərən qaydanı müzakirəyə çıxarmağınız qəribə gəldi. NMW03nin yeni qaydalar hazırladığından xəbərdaram. Konkret Gadirin özünün bloklanmasına səbəb olan müzakirə səhifəsi ilə bağlı qaydaları təkmilləşdirib səsverməyə çıxarmaq olardı. Bikar Orxan (müzakirə) 08:50, 21 may 2023 (UTC)
Statusun alınması ilə bağlı təkliflə razıyam. Limitlə bağlı təkliflə tam razı deyiləm. Təklif edirəm ki, bir inzibatçı namizədi 3 ay ərzində iki dəfə inzibatçılığa namizədlik veribsə və hər ikisi uğursuz olubsa növbəti dəfə sonuncu səsvermədən 6 ay sonra namizədliyini verə bilsin. — Wealszy (müzakirə) 08:53, 21 may 2023 (UTC)
Toghrul R, məntiqlidir. Namizəd olmaq üçün müəyyən şərtlər var ki, bunlar 1 illik praktika və ən az 5 min redaktə sayıdır. Bunlar normaldır. Əlavə limitə ehtiyac olmadığını düşünürəm. Limit hansı inkişaf etmiş vikinin praktikasında var? Məsələn, elə götürək ingilis və türk dil bölmələrini. Orada hər hansı bir limit yoxdur, bildiyim görə. 3-cü cəhddə uğurlu olan istifadəçi müəyyən səbəblərə görə hüququnu itirsə, mövcud qaydalara əsasən təkrar namizəd ola bilərmi? Həmçinin düşünürəm və ümid edirəm ki, bunun müsbət tərəfləri də olacaq. Hər hansı bir istifadəçi lazım gəldikdə rahat şəkildə hüququndan imtina edə və daha sonra istədiyi vaxt namizədliyini təkrar verə biləcək. Heç bir limit olmadığı üçün hüququnu itirmək kimi hər hansı bir narahatçılıq da olmayacaq. Qaydalarda ziddiyətli məqamlar və boşluqlar da çoxdur. Bir çox qaydalar rusdilli vikidən birbaşa tərcümə olunub və köhnə olmaqla yanaşı, ətraflı, detallı deyil. Vaxt ilə onlar da yeniləcək, inanıram. Dediyim kimi, əgər icma mütləq bir limit istəyirsə, bu limit mən düşünürəm ki, say yox, ay olmalıdır heç olmasa. İldə 1 dəfə isə həddinən artıq çoxdur deyə düşünürəm. 3 ay normaldır. Bu 3 ay (istifadəçi 5-6 ay ya da daha uzun bir müddət sonra da təkrar namizəd ola bilər) intervalında da düşünürəm ki, istifadəçi uğursuz olarsa, müəyyən iradları nəzərə alar və təcrübə yığar, fəaliyyətindəki qeyd edilən əksiklikləri qaydasına qoyar. Amma limiti tamamən silib də yuxarıda qeyd etdiyim kimi, düşünmürəm ki, namizədlik şərtlərini ödəyən istifadəçilər qısa müddət sonra təkrar namizəd olsunlar, bir müddət daha fəaliyyət göstərib təkrar namizəd olacaqlarına inanıram. Digər məsələ barəsində də fikirləriniz maraqlıdır mənə. Hazırkı sistem nə dərəcədə doğru, şəffaf və tərəfsizdir? Düşünürəm ki, buna istifadəçilər daha doğru qərar verərlər. Bu təcrübə də yəqin ki, rusdilli vikidən götürülüb. İnanmıram inkişaf etmiş başqa vikilərdə belə sistem olduğuna. Hörmətlə, Gadir (müzakirə) 04:42, 23 may 2023 (UTC)
Eminn, bu, inzibatçı seçkisidir, stüard deyil axı. Məncə, sui-istifadələrə icazə verməyib qarşısını ala bilərik, amma 1 il həddən artıq çoxdur. Ola bilsin ki, istifadəçi namizəd olsun və hər hansı bir problemə görə seçilməsə, geri çəkilsə, minimum tələb edilən etibarlı səsləri toplaya bilməsə, ya da hər hansı problem olsa və s. Və ya bir neçə aydan sonra etimadı tam doğruldub namizəd olmaq istəsə, ya da imtina etib bir neçə ay sonra namizəd olmağı düşünürsə (düşünürəm ki, limit olmasa ehtiyac olduqda rahat imtina edib təkrar namizəd olar) nə olacaq? 1 il gözləməlidir indi o buna görə? Düşünürəm ki, mütləq limit olacaqsa, bir neçə ay etmək doğru olar. Həmçinin hüququn müzakirəyə çıxarılması məsələsində də inzibatçıların öz aralarında sağlam qərar verdiyini düşünmürəm. Müzakirə həm də onun üçün açılıb. O baxımdan, o mövzu ilə də bağlı mövqeyiniz maraqlı olardı. Hörmətlə, Gadir (müzakirə) 18:35, 30 may 2023 (UTC)
Qəbul edilmədi — Turkmen müzakirə 09:16, 24 iyun 2023 (UTC)
İranın inzibati bölgüsündə ostan, Türkiyədə il, Ermənistanda mərz, Gürcüstanda mxare, İraq və Suriyada mühafəzə filan yazırıq. Məncə, bu düzgün deyil. Əyalət və ya vilayət yazmalıyıq. O məntiqlə götürsək ruslar da oblast və kray deyir. O cür yazaq? Bu inzibati bölgülər eynidi əslində, sadəcə hər xalq öz dilində adlandırır. Tay biz niyə onların öz dillərində adlandırdığı kimi adlandırırıq ki? Məncə bu səhv ənənəyə son qoymaq lazımdır. samral müzakirə 06:54, 27 aprel 2023 (UTC)
Azərbaycanca Vikipediyadakı redaktə sayı 7 milyonu keçdi. NMW03 (müzakirə) 20:20, 8 may 2023 (UTC)
Salam. Bildiyiniz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının təqdim etdiyi tarixi narrativ dünya təcrübəsindən çox uzaqdadır. Biz bu narrativin Azərbaycanca Vikipediyaya aşılındığını görürük. Yeganə dil bölməsidir ki, burada marjinal nəzəriyyələrə əsaslanaraq Qafqaz Albaniyasının, Lullubilər dövlətinin, Midiyanın əhalisi, elamlar və başqa digər qədim xalqlar türk olaraq təqdim edilir. Düşünürəm ki, bu, ciddi bir problemdir. Bu məsələ ilə bağlı nə düşünürsünüz? --► Hörmətlə: SolaVirum 20:33, 18 may 2023 (UTC)
Hərkəsə salam. Bloklama qaydalarının yeni versiyasını hazırlamışam. Bloklama bizim Vikidəki problemlərdən biridir və bu barədə düzgün bir siyasət yox idi. Hal-hazırkı versiya 2011-ci ildən qalıb. Yəni çox köhnədir. Ümid edirəm Azərbaycanca Vikipediya üçün faydalı olar. Hərkəsi müzakirəyə çağırıram. Yeni versiya: İstifadəçi:NMW03/Qaralama 2 NMW03 (müzakirə) 13:06, 25 may 2023 (UTC)
Səsvermə başladı: Vikipediya:Səsvermə/Bloklama qaydaları2 — NMW03 (müzakirə) 17:01, 6 iyun 2023 (UTC)
Salam, həmkarlar. Vizual redaktor ilə dəyişiklər edərkən "Citoid" və "Web2Cit" ilə işləyən avtomatik istinad sistemi aktiv edildi. "Web2Cit" alternativ versiyaların tətbiqində müstəsna rol oynayır və buna bənzər JSON sorğular vasitəsilə saytlardakı məlumatların düzgün çəkilməsinə kömək edir. Hansısa veb-sayta istinad edərkən səhvliklə qarşılaşsanız, mənə bildirə bilərsiniz. — Toghrul R (m) 07:07, 24 may 2023 (UTC)
The next stage in the Universal Code of Conduct process is establishing a Building Committee to create the charter for the Universal Code of Conduct Coordinating Committee (U4C). The Building Committee has been selected. Read about the members and the work ahead on Meta-wiki.
-- UCoC Project Team, 04:20, 27 may 2023 (UTC)