![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Bütün viki cəmiyyəti salamlayıram. Gün ərzində son dəyişikliklər bölümündə patrul nəzarəti edən biri kimi onu demək istərdim ki, Azvikidə İP redaktələrinin böhranlı vəziyyəti yaranıb. Vikipediyadan qeydiyyatdan keçmədən belə redaktə edə bilmək imkanın olması bizim virtual dünyamızın evini təmiz yığıb. Hamı çox gözəl bilir ki, qeydiyyatdan keçmədən insanlar tərəfindən yaradılan məqalələrin 95% reklam, qeyri ensiklopedik və yaxud təhqir xarakteri daşıyır. Tələm-tələsik işlədiyi şirkət barədə yada dünən rəhmətə gedən babası barədə məqalə yazan İP-lərin bizə nə kimi xeyiri dəyə bilər ? Düşünürəm bu sualın cavabı bir mənalıdır. Heç bir xeyirdən söhbət belə gedə bilməz. Məsələdən çıxış yolu kimi ən optimal variantı türkcə viki edib. Hər hansısa bir edilən əlavə və ya dəyişiklik xüsusi statusu olan şəxslər tərəfindən yoxlanılmadan məqaləyə əlavə edilmir.
Mən bizdə o dərəcədə yüksək bir aktivliyin olmadığını və yaxın bir necə ildə bizim vikidə həmin sistemin tətbiq edilməsinin mümkünsüzlüyünü anlayaraq, viki cəmiyyətə yeni bir təkliflə çıxış etmək istərdim. Gəlin İP-lər üçün redaktə imkanı məhdudlaşdıraq. Yalnız qeydiyyatdan kemiş istifadəçilər redaktə edə bilsin. Belədə baş verə biləcək vandalizm hallarını 50/50 azalda bilərik. Yox əgər kimsə bununla razı deyilsə o zaman patrul nəzarətini mənimlə və digər bir-iki idarəçi ilə birlikdə keçirməyə razı olsun. Gün ərzində onlarla məqalə silirəm, onlarla əlavəni geri verirəm və bu prores artıq məni yaratmaq istədiyim məqalələrdən kənarlaşdırır. Dərhal əncam çəkmək lazımdır. Hörmətli Sortilegus və Wertuose-un məsələyə öz münasibətlərini bildirməklərini arzu edərdim. Digər yoldaşlarda fikir bildirsə əla olar. Hörmətlə:--Baskervill müzakirə 19:10, 2 yanvar 2015 (UTC)
Salam. Burda zəhmət çəkən hər kəsə minnətdarlıq edirəm. Sizlərdən bir xahişim var, bu AzVikiyə daxil olmağı bir az konkretləşdirmək olarmı? Yəni, bir istifadəçi qeydiyyatdan keçəndən sonra ona xəbərdarlıq gəlirmi? bilmirəm. ən azından sol tərəfdə olan alətlərdə sadələşdirilmə aparılsın. məsələn mən necə tapım ki, "yeni məqalə yaratmaq" necə olur? bu hardadır? İdarəçilərin müzakirəsində? yoxsa Kənd Meydanında? yoxsa Alətlər sandığında? Səhv etmirəmsə idarəçilərdən biri öz səhifəsində qeyd etmişdi. Keçən dəfə sağ olsun feysbuk səhifənizin admini, suallarımı cavabsız qoydu. Bir-iki dəyişiklik edən kimi də keçən dəfə idarəçilərdən biri gəlib əsəblərimi korladı əlindəki imtiyazlardan istifadə edərək, daha sonra isə heç bir əsas olmadan "təhqirə görə" blokladı. Sizlər niyə həm bu AzVikini monopoliyaya almısız, həm də çətinləşdirmisiz? Çıxıb gedək burdan? --Javadzade (talk) 13:09, 4 yanvar 2015 (UTC)
Salam. Ötən ay Kiyevdə keçirilən Mərkəzi və Şərqi Avropa vikipediyaçılarının görüşündə iştirakımla bağlı qısa hesabatla buradan tanış ola bilərsiniz: İstifadəçi:Wertuose/Wikimedia CEEM 2014.--Wertuose (talk) 22:02, 5 yanvar 2015 (UTC)
8 illik vikipediya fəaliyyətimdə belə hörmətsizlik görməmişdim. Bu cür adminciklərlə çənə döyməyə vaxtım yoxdur. Fəaliyyətimi dəyərləndirən hər bir kəsə təşəkkür edir və vikipediyanı tərk edirəm. Sağlıqla qalın. --Vüsal Ağayev (talk) 06:58, 7 yanvar 2015 (UTC)
Vüsal, bu addımı atmayın. Siz azərbaycanca vikipediyada uzun illər faliyyət göstərmiş, onun zənginləşməsinə xeyli töhfələr vermiş istifadəçisiniz. Kollektivdə hörmətiniz böyükdür, yeni istifadəçilər sizin təcrübənizdən çox yaralana bilərdilər. İstənilən mübahisə həll ediləndir. Qərarınızı dəyişməyinizi təklif edirəm. Bizlər bir-birimizi qprumalıyıq. Hörmətlə --Acategory (talk) 07:16, 7 yanvar 2015 (UTC)
Vikipediyadakı vəziyyət Rus Imperiyasının işğal etməmişdən oncəki Azərbaycan xanlıqları dövrünü xatırladır, hamı bir birinin ayağını qazır, onsuzda digər vikipediyalarla müqayisədə bərbad gündəyik, bunu daha da pis vəziyyətə salmayın, şəxsi mənafeyinizi millətin mənafeyindən üstün tutmayın.--Turalhemidli (talk) 10:22, 7 yanvar 2015 (UTC)
Bir xeyli vaxt idi, vikipediyadan uzaqlaşmışdım. Əvvəl görürdüm ruvikidə mausu snoskaların üzərinə gətirəndə, yeni kiçik pəncərə açılır və pəncərədə mənbələri adları görünür. Amma azvikidə belə olmurdu, təəsüflənirdim. İndi görürəm azvikidə də belədir, adı da "İstinad köməkçisi"dir. Çox sevindim. Bilmək istəyirəm ki, bu yeniliyin səbəbkarı kim olubdur? Əvvəlcədən təşəkkürlər. -- Hörmətlə, Afrasiyab (talk) 19:52, 8 yanvar 2015 (UTC)
Salam. Rus vikipediyasında iki hərfə əsasən məqalələrin yerləşməsi var.[1].Fikrimcə, bu azvikidə olsa çox yaxşı olar. Hörmətlə:--Ayxan (talk) 00:34, 10 yanvar 2015 (UTC)Ayxan Əhmədzadə
Təşəkkürlər--Ayxan (talk) 00:56, 10 yanvar 2015 (UTC)
Ana səhifədə yeni bir bölümün əlavə edilməsinə indiki halda gərək görmürəm. Sadəcə maraqlı gəldi ki, bizdə hal-hazırda olan seçilmiş siyahı və portalları Ana səhifədə təmsil olunmaları üçün necə bir imkan yarada bilərik. Envikidə belə bir təcrübə bir necə ildir ki, istifadə olunur. Əslində bizim hansısa vikipediyaya baxıb hərəkət edəsi dövrümüzdə deyil. Sadəcə yenə viki cəmiyyətin fikirlərini bilmək maraqlı olardı. Sizcə buna cəht edəkmi ? --Baskervill müzakirə 18:55, 11 yanvar 2015 (UTC)
Cənablar! Bu baş məqələlər nə vaxta kimi naftalin iyi gələn kinoafişalar olmalıdır, aktyor haqqında olmalıdır?! Başqa mövzu yoxdu bəyəm? Mən hələ baş məqalənin aktual bir mövzu olduğunu görməmişəm, kim görübdürsə, desin görmüşəm. Cənablar, Ana səhifədəki həftənin baş məqaləsi maraqlı olmalıdır. Kino afişa, kino, aktyor... nə vaxt qurtaracaqsınız bu kinolardan? İndi kinoya baxan var? İndi kino ilə maraqlanan var? O məqalələri də heç kim oxumadığı üçün, allah bilir həmin məqalələrdə bəlkə də kim ağlına nə gəldi yazıb, bilir ki, heç kim həmin məqaləni oxumayacaq, çünki bilir ki, belə məqalə heç kim üçün maraqlı deyil. Mütləq limit qoyulmalıdır. Ana səhifə üçün maraqlı məqalələr seçilməlidir. Azvikinin seçilmiş məqalələrinin seçilmiş məqalə statusu, heç də onları ana səhifəyə çıxarılması üçün kifayət edə bilməz. Ən əvvala bütün seçilmiş məqalələri demək olar ki 3-4 nəfərlik qruplaşma seçdirir. Bu qruplaşma həm də özlərinə aid olmayan hər hansı layihənin seçilmiş məqalə olmasının qarşısını alır, yəni əleyhinə səs verirlər. Kimsə deyə bilərmi ki yalan danışıram? Elə bu səbəbdəndir ki, Ana səhifəyə çıxarmaq üçün məqalə tapılmır. -Afrasiyab (talk) 7:53, 12 yanvar 2015 (UTC)
Yağlı hərflərlə göstərilən III şəxsin təkinə və cəminə diqqət yetirin. Aydın görünür ki, miş şəkilçisindən sora "di", yazıla bilər, "dır" yox. Bu məsələyə filoloqların da münasibət bildirməsini xahiş edirəm. Yəni miş şəkilçisindən sonra "dir", yox, "dı" yazılması məsələsinə. "Dır/dir/dur/dür" şəkilçisi isə məncə yalnız isimlərin təsdiqi manasında işlədilməlidir. Məsələn, bu kitab+dır, bu dəftər+dir. -- Hörmətlə, Afrasiyab (talk) 10:14, 12 yanvar 2015 (UTC)
Salam həmkarlar. Rus dilindən sərbəst tərcüməni bacaran yoldaşlardan xaiş edirəm bu (ru) məqaləni Azərbaycan dilinə tərcümə edib, AzVikidə yaradasız. Gələn ayın 26-da ildönümü qeyd olunacaq Xocalı faciəsi ərəfəsində bu vacibdir. Həmin deputat erməni parlamentində cürətlə olanları doğru-dürüst ifadə etmişdir. --Araz Yaquboglu (talk) 10:50, 13 yanvar 2015 (UTC)
Hamıya salam. Təklif edirəm Herman Melvill məqaləsinin tərkibi German Melvill məqaləsinə köçürülsün və digər məqalə silinsin. --Yuşin (münazirə) 17:17, 13 yanvar 2015 (UTC)
iOS-a aid 2 dənə məqalə mövcuddur: 1) https://az.wikipedia.org/wiki/?q=%C4%B0OS 2) https://az.wikipedia.org/wiki/?q=%C4%B0os
2-ci məqaləni silmək lazımdır. Həm Google Translate-də tərcümə olunub copy+paste edilib həm də artıqdır. --N1C4T97 (talk) 09:37, 15 yanvar 2015 (UTC)
Hər ikisi eyni mövzu barədədir. Birinci məqalə təkmil olduğuna görə saxlandı, ikinci isə silindi.--Acategory (talk) 10:09, 15 yanvar 2015 (UTC)
Salamlar hər birinizə. Mən vaxt tapdıqca girib Məhəmməd Əmin Rəsulzadə məqaləsini redaktə edirəm. Bir-iki gün qabaq milliyət yazılan yerə türk sözünü yazdım. Sonra dəyişdirib azərbaycanlı etdilər. Azərbaycanlı olmaq vətəndaşlıqdır axı. Niyə milliyət yerinə türk yox azərbaycanlı yazırsız? Bununla daha əvvəllər Azərbaycan məqaləsində də rastlaşmışam. Müzakirə səhifəsinə baxdım hələ müzakirələr gedirdi. Sonradan səhifə mühafizə olundu. Heç nəyi redaktə etmək olmur. Bu sualı daha əvvəl də vermişəm. Azərbaycanlı deyəndə türk nəzərdə tutulur cavabını verdilər. Elə bir başa türk yazın da. Hörmətlə N1C4T97 (talk) 16:00, 18 yanvar 2015 (UTC)
Merhaba Vikipediyaçılar, 17 Yanvar 2015, 00:00 (UTC) ilə Commonsda İlin Resimi yarışması başladı. Hər il Vikipediyanın ən yaxşı şəkillərinin seçildiyi yarışmağa siz də qatılın. Bəyəndiyiniz şəkillər üçün səs istifadə etməniz yaxşı olar. Səs vermək üçün isə 1 Yanvar 2015-ci əvvəl Commonsda açılmış bir hesabınız və hər hansı bir viki layihəsində ən az 75 dəyişikliyinin olması lazımdır. İlk tur 31 Yanvar 2015-ci ilə qədər davam edəcək. Ən çox səs alan şəkillər ikinci tura çıxacaq. Hər cür sual üçün bəyanatı açığıq. Hər kəsə asan gəlsin. Uğurkent (talk) 16:46, 19 yanvar 2015 (UTC)
Hörmətli həmkarlar. Kobud və qərəzli təhriflərlə azvikinin anasını ağlatmış İstifadəçi:Asparux_Xan_Bulqar, indi də Qars vilayəti məqaləsində rusca "dım" sözünü tüstü kimi təqdim etmək istəyir:>> Ona nə qədər izah etməyə çalışdım ki, burada "dım" tüstü demək deyil, ev deməkdir, üstəlik, müvafiq rus vikipediyası məqaləsinə keçid də göstərdim, nəticəsi olmadı. Bəlkə siz ona izah edəsiniz, çünkü mən deməkdən yoruldum. Hörmətlə Afrasiyab (talk) 11:45, 20 yanvar 2015 (UTC)
Ola bilər ki, tüstü sözünün keçmişdə ev mənasında işləndiyini böyük əksəriyyət bilmir. Ancaq bunun üçün mübahisə etmək yox, tüstü sözünü gizlədib ev yazmaq yox, elə vikipediyada olan Tüstü məqaləsinə baxmaq və bu mənada işlənən sözlərə tüstü məqaləsinə keçid vermək kifayətdir. --Elməddin Hacıyev (talk) 06:01, 22 yanvar 2015 (UTC)
Burada əslində iki məsələ müzakirə edilir.
Birincisi - bu vergi növü azərbaycan dilində baca vergisi adlanır. Haradasa oxumuşam, təəssüf ki, XAtırlamıram. Yəni, vaxtı ilə Rusiyada şəRTi olaraq təsərrüfatdan alınan vergi bacadan çıxan tüstü vergisi adlanıb. Azərbaycan dilinə isə məzmununa görə baca vergisi kimi tərcümə edilib.
İkincisi - istifadəçi həmkarımız Afrasiyabın yenə də polemika qaydalarını pozmasıdır. Cənab Afrasiyabı burada elmli, zəhmətkeş, elmi mənbələrə marağı olan bir kəs kimi müşahidə edirəm. Ancaq müraciətlərində vaxtaşrı qeyir-etik ifadələrə rast gəlinir, digəriləri ilə səbirlə işləmək həvəsi azdır. O bilməlidir ki, Asparux Xan Bulqar azərbaycanca vikipediyada böyük xidmətləri olan, hamı ilə səmimi davranaın, elmi mənbələr əsasında işləyən bir həmkarımızıdr. İstəyirik ki, Afrasiyab da belələrindən biri olsun.
Hesab edirəm ki, o müracitlərində bir qədər diqqətli olmağı bacarmalıdır. Hörmətlə --Acategory (talk) 17:12, 22 yanvar 2015 (UTC)
Merhaba, Google yardımı ile farklı dildeki Vikipediler arası tercüme işlemini kolaylaştıran bir program yapmışlar. Şimdilik 8 dil için kullanılabilir durumda. Azerbaycanca ve Türkçe yok ama program yine de çalışıyor.(Google Traslate yok.) Yapılması gerekenler şöyle:
Ben burada seçkin madde olan "Qafqaz İslam Ordusu"nu Türkçeye çevirmeye başladım. Kolay gelsin. --Mavrikant (talk) 18:33, 22 yanvar 2015 (UTC)
Salam. Azərbaycanlılar məqaləsi bir ay əvvəl İstifadəçi:Afrasiyab tərəfindən mənbəli zadlı silinərək ruscadan tərcümə edildi. Biz öz haqqımızda məqaləni ruslardan öyrənirik. Bu başlı-başına səhv hərəkətdir və qərəzli məqalə yaradılmasına səbəb oldu. Məni burda əsas maraqlandıran isə həmin istifadəçinin məqalədə əvvəldən olan ciddi mənbələri silməsidir. Mən bunu hər dəfə geri alsam da İstifadəçi:Sefer_azeri həmin istifadəçiyə söz verdiyi kimi məni blokladı. Həm də söz vermişdi ki məqalənin tərcüməsi qurtarandan sonra mənbələr geri qaytarılacaq ancaq heç biri geri qaytarılmayıb. İndi mən bunu təkrar geri qaytara bilərəm ancaq Sefer Azeri daha başqa bir bəhanəylə mənə mane olmağa çalışacaq. Ancaq bu məqalə həddən artıq əhəmiyyətli məqalədir. Xahiş edirəm gözünüzdən qaçırmayın və nə vandalizmə nə də ruscadan qərəzli məlumatların köçürülməsinə imkan verməyin. Digər mövzularda heç problem deyil ancaq öz tariximizlə bağlı məqalələri xahiş edirəm başqa dillərdən olduğu kimi köçürməyin. Son olaraq İstifadəçi:Sefer_azeri-nin söz verdiyi kimi silinən mənbələri geri qaytarmasını tələb edirəm. Mən bunu etsəm İstifadəçi:Sefer_azeri idarəçi statusundan sui istifadə edərək yenidən mövzunun unudulmasına nail olacaq.--Maximilien 11:11, 23 yanvar 2015 (UTC)
Azvikidə aktivliyin gündən-günə artdığını nəzərə alıb yeni əlavələr tətbiq etmək məcburiyyətində qalırıq. Əslində bu bir məcburiyyət yox sadəcə etməli olduğumuz zamanın tələbinə uyğun əlavə və dəyişikliklərdir. Laboratoriya bölməsində hal-hazırda böyük bir sıxlıq müşahidə olunur. Bunun əsas səbəbi isə seçilmiş məqalə, siyahı və portal kimi başlıqların bir yerdə cəm edilməsidir. Təklif edirəm ki, həmin bölməni sadəcə məqalə üçün saxlamaqla yeni bir laboratoriya bölməsi yaradaq və orada siyahıların və birdə gərək olduğunda portalların seçilməsini həyata keçirdək. İrada, Wertuose, Cekli829, Sortilegus, Acategory, Sultan11, sefer azeri, Araz Yaquboglu və digər aktiv yoldaşların məsələ barədə fikirlərini öyrənmək çox maraqlı olardı. Hörmətlə--Baskervill müzakirə 15:57, 25 yanvar 2015 (UTC)
Əslində pis olmaz. Mən razıyam. --Serk@nl@nd 16:29, 25 yanvar 2015 (UTC)
Laboratoriya bölməsində uzun müddət aktiv şəkildə fəaliyyət göstərmişəm. Hazırda müəyyən səbəblər üzündən AzVikiyə daxil olmaq imkanım çox az olduğu üçün bu sahədə aktiv olmağım mümkün deyil. Ona görə də alınacaq istənilən qərarı dəstəkləyəcəyəm. Xüsusilə də bu sahədə Baskervillin təşəbbüslərini nəzərə alaraq, müvafiq layihələrin inkişafı ilə bağlı əsas nəzarətçi kimi onun iştirakını (təbii ki, özü də buna razı olarsa) vacib hesab edirəm. Laboratoriya bölməsinin gələcək fəaliyyətində hamıya uğurlar arzu edirəm. --►Cekli829 17:13, 25 yanvar 2015 (UTC)
Seçilmiş məqalə, portal, siyahı və yaxşı məqalələr üçün prinsiplər hazırlayıb təklifləri orada qeyd etmək lazımdır. Belə kənd meydanında 5-10 nəfərin razılaşmağı ilə nəyinsə prosedurunu dəyişə bilmərik. Düzdür, indiki vəziyyət də hər hansı prinsipə uyğun deyil. Amma bu formada müzakirə ilə qərar qəbul etmək olmaz. Prinsipləri hazırlamaq lazımdır. --Emin • ismarış 17:18, 25 yanvar 2015 (UTC)
Yeri gəlmişkən, Kənd Meydanında xeyli mövzu (36) yığılıb, sıxlıq yaranıb. Arxivləşdirmə olsa yaxşı olar. --Serk@nl@nd 18:35, 26 yanvar 2015 (UTC)
Elton İsgəndərov məqaləsində problem var. Başı çıxan varsa baxsın.--Yuşin (münazirə) 12:43, 31 yanvar 2015 (UTC)
Problem nədən ibarətdir? --Serk@nl@nd 15:02, 31 yanvar 2015 (UTC)