![]() | Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. Səhifənin məzmunu bütün vikipediyaçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə bu dəyişikliklərin vikipediyaçılar tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa, səhifənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin. |
Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
Bu səhifə Vikipediya kateqoriyalaşdırma funksiyasından istifadə üçün təlimat xarakteri daşıyır. Funksiyanın mexanizmi üçün Kömək:Kateqoriya səhifəsinə baxın. Hər hansı kateqoriyaların qarışıq kateqoriyalaşdırılması zamanı və ya kütləvi faylda yeni kateqoriyalar yaradarkən bu səhifəyə baxın.
Kateqoriya sisteminin əsas məqsədi kateqoriyaların iyerarxiyası ilə Vikipediya səhifələrinə naviqasiya keçidləri təmin etməkdir. Bununla mövzu barədə müəyyən xarakteristikaları bilən oxucu həmin mövzuya aid səhifələr toplusunu tez tapa bilər.
Lakin kateqoriyalar istifadəçilərə əlaqəli səhifələri tapmağa kömək edən yeganə vasitə deyil. Siyahılar və naviqasiya qutuları da bənzər funksiyaya malikdir.
Kateqoriyanı adlandırarkən diqqətli olmalı və düzgün adı seçmək lazımdır. Hansısa kateqoriyanın adını dəyişərkən ona daxil olan səhifələri və altkateqoriyalarında da dəyişiklik etmək lazımdır.
Kateqoriyanın uyğun adını və onun ana kateqoriyasını müyyənləşdirəndən sonra, kateqoriyanı yaratmaq olar. Kateqoriyanı yaratmaq üçün əvvəlcə həmin kateqoriyanı səhifəyə əlavə edin. Bunu səhifəni redaktə etməklə həyata keçirmək olar. Ən aşağıda yeni kateqoriyanın adını yazın (məsələn, Kateqoriya:Yeni kateqoriya adı
) və redaktənizi yadda saxlayın. Bundan sonra hələ yaradılmamış kateqoriyanın adı qırmızı keçid kimi səhifənin ən aşağısında yerləşən kateqoriya siyahısında görünəcək.
Yeni kateqoriyanı yaratmaq üçün həmin qırmızı keçidə klikləyin və sizə yeni redaktə pəncərəsinə istiqamətləndirəcək. Yeni kateqoriyaya ana kateqoriya əlavə edin (məsələn, Kateqoriya:Ana kateqoriya adı
). Ana kateqoriya əlavə etmək məqaləyə yeni kateqoriya əlavə etmək kimidir.
Bəzən kateqoriyanın adı həmin kateqoriyaya hansı cür səhifələrin daxil edilə biləcəyini göstərməkdə köməkçi olmur. Buna görə də oxucu və redaktorlara kömək olması üçün kateqoriyaya izah əlavə etmək, kateqoriyaya hansı səhifələrin və necə altkateqoriyalaşdırılacağını göstərmək olar.
Bu cür hallarda kateqoriyanın arzu olunan məzmunu kateqoriya səhifəsində təsvir olunmalıdır. Kateqoriya izahı kateqoriyaya daxil ediləcək səhifələr üçün birbaşa kriteriyadan ibarət olmalıdır. Kateqoriya izahı (kateqoriya adı yox) kateqoriyanın uyğun məzmununu təyin edir. Kriteriyanı elə yazmaq lazımdır ki, gələcək redaktorlar üçün də aydın olsun. Seçdiyiniz kriteriya sizin üçün aydın olsa belə, aydın standart başqaları üçün köməkçi ola bilər (xüsusilə mövzu ilə yaxın tanış olmayan redaktorlara).
İzahda digər Vikipediya səhifələrinə, əsasən də, ana və ya altkateqoriya kimi görünməyən əlaqəli kateqoriyalara, Vikianbar kimi ({{Vikianbar kateqoriyası}} şablonu ilə) bacı layihələrdəki qohum kateqoriyalara keçidlər də verilə bilər. Kateqoriya səhifələrində xarici keçidlər və ya istinadlar göstərilə bilməz.
Kateqoriya izahları üçün müxtəlif köməkçi şablonlar var. {{Catmain}} əlaqəli məqaləyə keçid vermək üçündür. {{Kateqoriya indeksi}} kateqoriyada 200-dən çox məqalə olduqda tapmağı asanlaşdırmaq üçün əlifba əlavə etmək üçündür.
Altkateqoriyalar və məqalələr kateqoriyada avtomatik olaraq əlifba sırası ilə düzülür.
Kateqoriyaya digər dillərdəki uyğun kateqoriyaya interviki verməyi unutmayın. Bunun üçün interfeysin sol sütununda "Dillər" bölməsindən istifadə etmək olar. Vikiverilənləri redaktə üçün ən altdakı "Keçidləri redaktə et"-ə basmaq lazımdır.
Vikipediyada hər səhifədə azı 1 kateqoriya olmalıdır. Lakin müzakirə səhifələrində, istiqamətləndirmələrdə və ya istifadəçi səhifələrində kateqoriya qoymağa ehtiyac yoxdur, ancaq xüsusi hallarda bu ola bilər (məsələn, məqalə hansısa VikiLayihəyə daxildirsə və ya hansısa müsabiqə çərçivəsində yaradılıbsa, bununla bağlı kateqoriya müzakirə səhifəsinə yerləşdirilə bilər). Bundan əlavə, hər kateqoriyalaşdırılmış səhifə onun məntiqi cəhətdən aid olduğu ən spesifik kateqoriyalarda yerləşdirilməlidir. Məsələn, əgər səhifə C altkateqoriyasına aiddirsə (və ya C altkateqoriyasının altkateqoriyasına və s.), səhifə birbaşa C altkateqoriyasına daxil edilmişdir. Bu qaydanın istisna halları üçün Eyniadlı kateqoriyalara və Parçalanmayan altkateqoriyalara baxın.
Mövcud olan kateqoriyanın adından ona hansı səhifələrin daxil edilməli olduğu aydın olmalıdır, lakin bəzən kateqoriyanın mətnindən potensial kateqoriya məzmunu üçün əlavə məlumat əldə etmək olar. Hər hansı səhifə üçün uyğun olan mövcud kateqoriyaları müəyyənləşdirməyin bir yolu səhifənin bənzər və əlaqəli mövzularındakı kateqoriyalarını yoxlamaqdır. Mövcud kateqoriya adlarını axtarmağın digər yolu isə burada göstərilib.
Eyniadlı kateqoriyalar və səpələnməmiş kateqoriyalar istisna olmaqla məqalələr mümkün qədər ən spesifik kateqoriya ağacına yerləşdirilməli və həmin kateqoriyanın üstündəki ana kateqoriyalar qoyulmamalıdır. Başqa sözlə, məqalə həm verilmiş kateqoriyada, həm də verilmiş kateqoriyanın ana və ya altkateqoriyasında olmamalıdır. Məsələn, Paris məqaləsi Fransa şəhərləri kateqoriyasında olmalıdır, həm Fransa şəhərləri, həm də Fransanın yaşayış məntəqələri kateqoriyasında ola bilməz Çünki Fransanın yaşayış məntəqələri kateqoriyası Fransa şəhərləri kateqoriyasının ana kateqoriyasıdır və Parisin Fransa şəhərləri kateqoriyasında olduğunu görən istifadəçi onsuz da Parisin həm də Fransanın yaşayış məntəqəsi olduğu informasiyasını alır.
Məqalələrin kateqoriyalaşdırılması etibarlı mənbələr üzrə aparılmalıdır. Məqalədəki etibarlı mənbəyə əsaslanan informasiyaya görə məqalə uyğun kateqoriyaya yerləşdirilməlidir. Əgər məqalə etibarsız mənbəyə əsaslanan və ya mənbəsiz olan məlumata görə kateqoriyalaşdırılıbsa {{İstinadsız kateqoriya}} şablonundan istifadə edin. Əgər məqalədə verilmiş məlumat dəqiq deyilsə və həmin məlumata görə kateqoriyalaşdırılma aparılıbsa, yenə həmin şablondan istifadə edilməlidir.
Kateqoriyalaşdırılma tərəfsiz şəkildə aparılmalıdır və mübahisə yaratmamalıdır. Əgər kateqoriyanın mövzusu mübahisə yaradırsa, kateqoriyanı silib əvəzində siyahı yaratmaq olar, çünki siyahıda qeydlər və istinadlar göstərmək mümkündür. Məsələn, siyasətçi (heç bir cinayət törətməyən) cinayətkarlar kateqoriyasına daxil edilməməlidir.
Məqalələrin kateqoriyalaşdırılmasında istifadə olunan əsas konsepsiya məqalənin mövzusunun təyinedici xarakteristikalarıdır. Təyinedici xarakteristika dedikdə etibarlı mənbələrin mövzu üçün ümumi şəkildə və tez-tez istifadə etdikləri xarakteristikalar başa düşülür. Məsələn, şəxslər üçün bu, milliyyət və önə çıxan peşə, məkanlar üçün bu, yerləşdiyi yer və regiondur. Məsələn, Karavacco barokko cərəyanına mənsub italyan rəssamdır. İtalyan, rəssam və barokko Karavaccio mövzusunun təyinedici xarakteristikaları hesab edilə bilər.
Kateqoriyalaşdırma zamanı diqqət yetirilməli məqamlar:
Məqalə ilə eyni mövzunu əhatə edən və onunla eyni adı daşıyan kateqoriyaya həmin məqalə üçün eyniadlı kateqoriya deyilir. Məsələn, Bakı məqaləsinin eyniadlı kateqoriyası Kateqoriya:Bakıdır.
Eyniadlı kateqoriyaya aid olduğu məqalənin ancaq o kateqoriyalarını daxil etmək olar ki, kateqoriyanın məzmununa uyğun olsun. Məsələn:
Eyniadlı kateqoriya üçün təlimatlar:
Əgər eyniadlı kateqoriyalar məqalələrindən ayrı şəkildə kateqoriyalaşdırılırsa, kateqoriya səhifələrində məqaləyə keçid vermək faydalı olardı. Bunun üçün {{Addoncat}} şablonundan istifadə etmək olar.
Vikipediyaya yüklənmiş fayllara və şəkillərə də kateqoriyalar əlavə etmək olar. Kateqoriyalaşdırılarkən fayllar kateqoriyada məqalə kimi görünmür, ayrıca bölmədə thumbnail formatında görünür. Kateqoriyada həm məqalələr, həm şəkillər ola bilər, lakin şəkillər/fayllar üçün ayrıca kateqoriya yaratmaq olar. Fayl kateqoriyası eyni mövzu haqqındakı ümumi kateqoriyanın - Kateqoriya:Vikipediya:Fayllar kateqoriyasının altkateqoriyasıdır və fayllar üçün olan daha geniş kateqoriyanın altkateqoriyasıdır. Faylı yükləyərkən ona kateqoriya əlavə etmək üçün yükləmə izahına kateqoriya əlavə etmək lazımdır.
Azad lisenziyalı fayllar VikiAnbara köçürülə və orada kateqoriyalaşdırıla bilər. Bu, faylları Vikipediyaya yükləməyin və kateqoriyalaşdırmağın əvəzində həyata keçirilə bilər. Çox vaxt azad lisenziyalı fayllar Vikipediyadan VikiAnbara köçürülür və Vikipediyada güzgü səhifəsi qalır. Bu cür güzgü səhifələrə kateqoriyalar əlavə oluna bilməz, çünki bu cür halda silinməli olan yeni Vikipediya səhifəsi yaranır.
Vikipediyada azad olmayan fayllar kateqoriyalarda thumbnail formatında görünməməlidir. Bu cür şəkillərin thumbnail formatında görünməməsi üçün kateqoriyanın mətninə __NOGALLERY__
əlavə olunmalıdır. Bu cür olanda şəklin ancaq adı kateqoriyada görünür.
Vikipediyada kateqoriyalar iki cür ola bilər:
İnzibati kateqoriyalara qaralama kateqoriyaları (əsasən qaralama şablonlarından yaranır), xidməti kateqoriyalar (əsasən {{mənbə göstər}} kimi teq şablonlarından yaranır), VikiLayihə və qiymətləndirmə kateqoriyaları və qeyri-məqalə adlar fəzasında olan səhifələrin kateqoriyaları daxildir.
Mümkün olduqca məqalə səhifələrini inzibati kateqoriyalardan uzaq tutmaq lazımdır. Misal üçün, VikiLayihə və qiymətləndirmə kateqoriyaları yaradan şablonlar məqalənin müzakirə səhifəsinə yerləşdirilməlidir, məqalənin içində olmamalıdır. Əgər inzibati kateqoriyanın məqalə səhifələrində görünməsi qaçınılmazdırsa (əsasən xidməti şablonlardan istifadə zamanı yaranır), həmin kateqoriyalar gizli kateqoriya olmalıdır.
Qeyri-məqalə səhifələri kateqoriyalarının da müxtəlif növləri var: şablon kateqoriyaları, dəqiqləşdirmə səhifəsi kateqoriyaları, layihə səhifəsi kateqoriyaları və s.
İstifadəçi səhifələri məqalə deyil, buna görə də onlara "Yaşayan insanlar" və ya "Bioloqlar" kimi məzmun kateqoriyaları əlavə etmək olmaz. Lakin onları Kateqoriya:Vikipediyaçılar və ya Kateqoriya:Bioloq vikipediyaçılar kimi altkateqoriyalara yerləşdirmək olar. Bu, istifadəçilər arasında əməkdaşlığa kömək edə bilər.
Bənzər şəkildə, məqalələrin qaralama versiyası şəklində istifadəçi altsəhifələri də məzmun kateqoriyalardan uzaq tutulmalıdır, lakin qeyri-məzmun və ya layihə kateqoriyaları əlavə oluna bilər. Əgər bir məqalənin məzmununu istifadəçi ad fəzasına köçürürsüzsə, məzmundan kateqoriyaları silin və ya müvafiq teqlə görünməz edin. Qaralamanı məqalə ad fəzasına köçürəndə kateqoriyaları geri qaytarın.
Qaralama və ya istifadəçi ad fəzasında olmasından asılı olmayaraq qaralamalar məqalə olmadığı üçün onlara məzmun kateqoriyalar əlavə etmək olmaz. Əgər məqalənin məzmununu qaralama və ya istifadəçi ad fəzasına köçürürsüzsə, onların səhifədə görünməsinin qarşısını alın. Bunun üçün ya kateqoriyanı silin, ya kateqoriyaya keçid verin (məsələn, [[Kateqoriya:Bioloqlar]]
[[:Kateqoriya:Bioloqlar]]
olsun), ya teqlə görünməz edin (məsələn, <!-- [[Kateqoriya:Bioloqlar]] -->
), ya "nowiki" teqlərindən istifadə edin (məsələn, <nowiki>[[Kateqoriya:Bioloqlar]]</nowiki>
). Qaralamanı məqalə ad fəzasına köçürəndə kateqoriyaları bərpa edin.
Şablonlar şablonun məzmununa görə yox, növünə görə kateqoriyalaşdırılmalıdır. Məsələn, Azərbaycanın qorunan təbiət əraziləri şablonu Kateqoriya:Naviqasiya şablonları:Azərbaycan coğrafiyası kateqoriyasına daxil edilməlidir, Kateqoriya:Azərbaycanın qorunan təbiət əraziləri kateqoriyasına (məzmun) yox.
Şablon istifadə edilən səhifələrin şablonla eyni şablon kateqoriyalarına yerləşdirməmək arzuolunandır. Bunun qarşısını almaq üçün şablonun sənədləşdirmə səhifəsinə kateqoriyaları teqləri ilə yerləşdirmək lazımdır. Sənədləşdirmə səhifəsi yoxdursa, kateqoriyalar şablonun içinə
<noinclude>...</noinclude>
teqləri ilə yerləşdirilə bilər. <noinclude>...</noinclude>
şablonun kodunun ən son sətirində yazılır və şablonun son kodu ilə <noinclude>
teqi arasında boşluq və interval olmamalıdır.
Bir çox şablonun məzmununa kateqoriya deklarasiyaları yerləşdirilir ki, şablonun daxil olduğu səhifələr həmin spesifik kateqoriyalara daxil olsun. Bu üsul əsasən inzibati şablonlarda, qaralama şablonlarında və xidməti şablonlarda istifadə olunur.
Lakin məqalələrin adi məzmun kateqoriyalara bu üsulla yerləşdirilməməsi tövsiyə olunur. Bunun üçün bir çox səbəb var: redaktorlar kateqoriyanı vikimətndə görə bilmirlər, kateqoriyanı çıxarmaq və başqası ilə əvəz etmək çətinləşir, uyğun olmayan məqalələr və qeyri-məqalələr də bu kateqoriyalara daxil ola bilər, məqalədə çeşidləmə açarından istifadə etmək mümkünsüz olur və kateqoriyaların sıralamasını idarə etmək çətinləşir.
Şablonlar inzibati kateqoriyaları yaymaq üçün istifadə ediləndə, kodun qəribə və mövcud olmayan kateqoriyalar yaratmayacağından əmin olun (xüsusilə kateqoriya adı parametrdən asılı olan hallarda).
Kateqoriya deklarasiyaları adətən şablonlarda {{PAGENAME}} ilə çeşidlənir.
Bəzən texniki səbəblərə görə inzibati kateqoriyalar müzakirə səhifələri əvəzinə birbaşa məqalədə görünür. Bu kateqoriyaları oxuculardan gizlətmək üçün kateqoriyanı gizli etmək lazımdır. Bu qayda qaralama şablonlarına və ya "kateqoriyalaşdırılmamış məqalə" kateqoriyalarına aid edilmir və həmin şablonlar gizli olmur.
Kateqoriyanı gizli etmək üçün kateqoriya kodunun ən axırını __HIDDENCAT__
sehirli sözünü daxil edin. Kateqoriya avtomatik Kateqoriya:Gizli kateqoriyalar kateqoriyasına daxil olacaq.
Hesabı ilə daxil olmuş istifadəçi Nizamlamalar bölməsində "Görünüş" bölməsində "Ətraflı variantlar" başlığı altındakı "Gizli kateqoriyaları göstər" bəndini seçib yadda saxlayaraq məqalələrdəki gizli kateqoriyaları görə bilər. Bu zaman gizli kateqoriyalar əsas kateqoriyalardan aşağıda ayrıca göstərilir. Masaüstü versiyadan istifadə edən istənilən istifadəçi sol paneldə "Alətlər" başlığı altındakı "Əsas məlumatlar"a klikləyərək də görə bilər.
Kateqoriyalar arasında istiqamətləndirmə yaratmaq olmaz. Bu hal adətən kateqoriyanın adını dəyişərkən ortaya çıxır. Kateqoriyanın adını dəyişdikdən sonra ona daxil olan səhifələr yeni kateqoriya adına köçürülməli və köhnəsi silinməlidir.
Bəzən məqalələrin və altkateqoriyaların kateqoriyalarda düzgün sıra ilə görünməsi üçün çeşidləmə açarlarından istifadə etmək lazımdır.
Çeşidləmə açarının tədbiqi aşağıdakı hallarda baş verir:
[[Kateqoriya:Misal| ]]
. Bu məqalələr kateqoriyanın adına omonim və ya ən azı sinonim olur. Bundan əlavə, yüksək dərəcədə kateqoriyalı ilə əlaqəli olan digər ümumi məqalələr ulduz işarəsi ilə çeşidlənməlidir, beləcə, onlar əsas məqalənin altında görünəcək. Misal üçün, [[Kateqoriya:Misal|*]]
. Adətən bu cür məqalələr "Misalın tarixi", "Misalın növləri", "Misalların siyahısı" və s. məqalələrdir.Kateqoriyalar bir-biriləri ilə "ağac" şəklində əlaqələnirlər, yəni əlaqəli kateqoriyalar arasındakı keçidlər olur. İstənilən kateqoriya altkateqoriyalara malik ola bilər və bir kateqoriya birdən çox "əsas" kateqoriyanın altkateqoriyası ola bilər (A B-nin əsas kateqoriyası olanda, B A-nın altkateqoriyası olur).
Ən yuxarı səviyyəli kateqoriyası Kateqoriya:Ana kateqoriyalar kateqoriyasıdır, digər bütün kateqoriyalar onda yerləşir. Bu kateqoriyadan başqa bütün digər kateqoriyalar ən az digər bir kateqoriyanın altkateqoriyası olmalıdır.
İki cür kateqoriya var:
Bəzən rahatlıq üçün bu iki növ kateqoriya birləşdirilə və dəstə-və-mövzu kateqoriyalar yaradıla bilər. Məsələn, Kateqoriya:Bakı rayonları kateqoriyasına həm Bakının rayonları haqqında ayrı-ayrı məqalələr, həm də Bakı rayonları haqqında ümumi məlumatlar daxil edilə bilər.
Əgər bir kateqoriyanın mövzusu məntiqi cəhətdən digər kateqoriyanın mövzusunun altçoxluğudursa, bu zaman birinci kateqoriya ikinci kateqoriyanın altkateqoriyası olmalıdır. Məsələn, Fransa şəhərləri və Fransa kəndləri kateqoriyası Fransanın yaşayış məntəqələri kateqoriyasının altkateqoriyaları olmalıdır, çünki şəhərlər və qəsəbələr yaşayış məntəqələri çoxluğuna daxildir.
Altkateqoriyaların 2 və ya daha artıq ana kateqoriyası ola bilər və kateqoriyanın başlığından asılıdır. Məsələn, Britaniya yazıçıları kateqoriyası həm Ölkələrinə görə yazıçılar, həm də Peşələrinə görə britaniyalılar kateqoriyasının altkateqoriyasıdır. Burda vacib məqam ondan ibarətdir ki, bir kateqoriyanı başqa kateqoriyanın altkateqoriyası edən zaman əmin olmaq lazımdır ki, həmin kateqoriyanın səhifələri ana kateqoriyaya da aid olsun. Məsələn, Azərbaycan rəssamları kateqoriyası Azərbaycanın incəsənət xadimləri kateqoriyasının altkateqoriyası olur, çünki rəssamlar incəsənət xadimlərinə aiddirlər. Ana kateqoriyaya altkateqoriyalar daxil etmək olmaz, bu, daxili təkrarlanmalara səbəb olur. Məsələn, Yaponiya incəsənəti kateqoriyasına Ölkələrinə görə incəsənət kateqoriyası əlavə etdikdən sonra Ölkələrinə görə incəsənət kateqoriyasına Yaponiya incəsənəti kateqoriyası əlavə edilməməlidir.
Altkateqoriyalar mümkün qədər ən spesifik ana kateqoriyaya yerləşdirilməlidir. Bəzən standart altkateqoriyalaşdırmalar yeni kateqoriyaların yaradılmasına səbəb olur.
Kateqoriyaların ölçüsü, yəni onlara daxil olan səhifələrin sayı barədə məhdudiyyət olmasa da, böyük kateqoriyalar adətən daha kiçik və daha spesifik altkateqoriyaya bölürlər və bu "səpələmə" adlandırılır. Məsələn, Avropa çayları kateqoriyası Albaniya çayları, Fransa çayları, Almaniya çayları və s. kateqoriyalarına səpələndirilir və həmin altkateqoriyalar səpələnmiş altkateqoriyalar adlanır.
Bir kateqoriya eyni anda bir neçə sxem üzrə səpələnə bilər. Məsələn, Musiqi albomları kateqoriyası ifaçılara, tarixə, janra və s. görə səpələnə bilər. Altkateqoriyalar üçün metakateqoriyalar yaradıla bilər. Məsələn, "Filankəsin albomları" kimi altkateqoriyalar birbaşa Musiqi albomları kateqoriyasına deyil, İfaçılarına görə musiqi albomları metakateqoriyasına qoyulur, hansı ki, bu kateqoriya Albomlar kateqoriyasına daxildir.
Bəzi hallarda kateqoriya qismən səpələnir, yəni kateqoriyanın bəzi səhifələri altkateqoriyalara qoyulur, bəziləri isə ana kateqoriyada qalır.
Kateqoriyanın hansı formada səpələndiyi barədə məlumatı kateqoriya səhifəsində vermək olar.
Əgər kateqoriyanın çox böyük olduğunu düşünürsüzsə və səpələnməli olduğunu düşünürsüzsə, {{çox böyük kateqoriya}} şablonunu qoya bilərsiz.
Bütün altkateqoriyalar səpələmə funksiyası üçün yaradılmırlar. Bəziləri sadəcə hansısa xüsusi, spesifik xüsusiyyətinə görə ana kateqoriyanın tərkibində altsəhifə xüsusiyəti daşıyırlar. Məsələn, Ən yaxşı kişi roluna görə Oskar mükafatı qalibləri kateqoriyası səpələnməmiş altkateqoriyadır. Səpələnməmiş altkateqoriyalar ümumi qaydaya istisna təşkil edirlər, yəni səpələnməmiş altkateqoriyadakı səhifələr onun ana kateqoriyasında da yer ala bilər. Təbii ki, səhifələr ana kateqoriyadakı hansısa səpələnmiş altkateqoriyaya daxildirsə, ana kateqoriyaya daxil etməyə ehtiyac qalmır.
Cins, millət, din, seksuallıq fərqləndirməsi olan bütün altkateqoriyalar səpələnməmiş altkateqoriyalardır. Nəzərə almaq lazımdır ki, bəzi altkateqoriyalar bir ana kateqoriyada səpələnmiş, bir ana kateqoriyada isə səpələnməmiş ola bilər. Məsələn, Britaniya qadın romançıları kateqoriyası Britaniya romançıları kateqoriyasında səpələnməmiş altkateqoriyadır, amma Ölkələrinə görə qadın romançılar kateqoriyasında səpələnmiş altkateqoriyadır.
Vikipediya qaydaları və təlimatları | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
Məzmun |
| ||||||||
Davranış | |||||||||
Silmə |
| ||||||||
Qaydaların tətbiqi |
| ||||||||
lər |
| ||||||||
Mübahisələr |
| ||||||||
Layihə məzmunları |
| ||||||||
Səsvermə |
| ||||||||
VMF; |
| ||||||||