Lehinə: Xoşuma gəldi məqalənin təkmil ounması, amma 1 şeyi qeyd etmək istərdim - məqalədə 1-2 siyahı və gözə çarpan, rəngarəng şəkillər daha çox olsa yaxşı olar, misal üçün, rus dilindəki məqalədəki kimi. Fredo90 (müzakirə) 12:52, 24 yanvar 2016 (UTC)[cavabla]
1937-ci ildə baş vermiş İkinci Çin-yapon müharibəsindən sonra Yaponiya İmperiyası 1941-ci ildə İkinci dünya müharibəsinə qoşulmuş
İkinci Çin-yapon müharibəsi İkinci Dünya Müharibəsinin tərkibi hissəsi sayılır. Ona görə də, Yaponiya IIDM-nə ondan sonra qoşulmamış. Bundan artıq, bəzi tarihçilərin fikirinə görə, IIDM-ni Almaniya yox, Yaponiya 1931-ci ildə başlayıb.
Yaponiya BMT, G7, G8 və G20-nin üzvüdür.
G7 ilə G8 eyni şeydir. Rusiya G8-dən çıxandan bəri, G8-ə G7 deyilir.
Мурад 97, sizin bəzi qeydləriniz ilə razı deyiləm.
Düzü, mən məqaləni ingilis dilindən tərcümə etmişəm və orada İƏİT-lə müqayisə verilib. Həm də mənim fikrimcə regional müqayisə vermək daha doğrudur. Digər vikilərlədə də fikir vermişəm ki, regional müqayisəyə daha çox üstünlük verilir.
Bunu düzəldərəm.
Elə olsa da, bunu qeyd etmək lazımdır. Hər halda ingilis vikisində də düz iki yerdə G7 və G8 üzvü olduğu qeyd olunmuş, hətta məqalənin sonuna ayrı-ayrılıqda G7 və G8 ölkələri kateqoriyaları əlavə olunmuşdur.--Serka@nl@nd12:31, 24 yanvar 2016 (UTC)[cavabla]
Serkanland, Həm də mənim fikrimcə regional müqayisə vermək daha doğrudur.
Bəlkə də, doğru ola bilərdi, lakin İƏİR rgional bir qurum deyil. Onun üzvlərin çoxu Qərbi Avropada yerləşir, Cənub-Şərqi Asiyadan isə yalnız Yaponiya və Cənubi Koreya bu qurumda var. --Мурад 97 (müzakirə) 12:46, 24 yanvar 2016 (UTC)[cavabla]
Mən də elə onu deyirəm. Coğrafi yerləşmə baxışından İƏİR ölkələri bir-biriynən bağlı deyillər. Yəni, bu qurum coğrafi yox, sırf itisadi və siyasi xarakteri daşıyır. --Мурад 97 (müzakirə) 13:09, 24 yanvar 2016 (UTC)[cavabla]
Horyu-ci buddizm məbədinin. Burada ci sözü məbəd deməkdi. Deməli siz, məbəd sözünü iki dəfə təkrar edirsiniz.
İmperator Kammu Kyotonun 794-cü ildə paytaxt elan edilməsindən əvvəl. Kyotonun → Kiotonun.
Tarix → Feodalizm dövrü:
Aşikaqa Takauci Kyotoda. Kyotoda → Kiotoda.
buke şohatto, sakoku ("qapalı ölkə"), Ranqaku, kokuqaku ("milli təhsil"). Məncə, burada yapon yazısı ilə də adları qoymalısınız. Bir də, mətnin kontekstində buke şohatto ilə Ranqaku dəqiq nə olduğlarını başa düşə bilmədim (ya xarici vikiyə istinadı verin, ya da izahı).
Tarix → Müasir dövr:
Sinqapur və Malayaya. Bəlkə, Malaziyaya?
Bu bölmədə Birinci Dünya Müharibəsi ilə İkinci Dünya Müharibəsi ifadələri heç işlədilmir. Bu hansı hadisələrin nəyə aid olmasını başa düşmək imkan vermir. Və fikirimcə, bölmədəki sonuncu şəkilin (2 sentyabr 1945-ci ildə yaponların Tokio körfəzində müttəfiqlərə rəsmən təslim olması, İkinci dünya müharibəsinin sonu.) əvəzinə bu şəkil qoyulmalıdı. --Мурад 97 (müzakirə) 12:19, 21 fevral 2016 (UTC)[cavabla]
Bəli, "ci" məbəd deməkdir, amma ad bütov gedir. Ümumiyyətlə bir çox yerdə bununla rastlaşa bilərsiz. Məsələn, "shima" ada deməkdir. Amma İtsukuşima əvəzinə İtsu adası yazmırıq ki. İntervikilərə də fikir versəz, görərsiz ki, 37 intervikidən ancaq ukraynaca Vikipediyada məqalənin adı "-ci"-siz yazılıb: en:Hōryū-ji
Kioto niyə? Romaci yazılışı "Kyoto"-dur, elə Kyoto yazılır. Düzdür, deyə bilərsiz Tokio niyə tabe olmur bu qaydaya, romacidə Tokyo yazılsa da? Çünki artıq bu söz Azərbaycan dilinə səhvən də olsa belə keçib. Tokionun əslində düzgün variantı Tokyo-dur. Amma Kyoto elə Kyoto kimi qalmalıdır.
Buke şohatto üçün xarici vikiyə keçid verdim. Ranqaku sözünün izahını isə qabağında yazmışam: Qərb elmlərinin Yaponiyada tanınan adı.
O dövrdə Malayziya yox idi, Malayziya 1957-ci ildə müstəqillik qazanıb. Hətta həmin il müstəqillik qazansa da, Malayziya adı 1963-cü ildə dövlətin adı olmuşdur. O vaxta qədər dövlətin adı Malaya Federasiyası idi. 1940-cı illərdə Britaniyadan asılı olan iki bölgə vardı: Sinqapur və Malaya. + Bu bölgələrə ayrı-ayrılıqda iki hücum edilmişdi, birdən yox.
O ifadələr artıq başlıqda işlədilib, həm də bölmədə verilən keçidlərdən oxuyucu başa düşə bilər söhbət hansı müharibədən gedir.
Gərək əvvəl o biri məqalələrin də adlarını dəyişmək. İndi bu əvəzləməni Yaponiya məqaləsi üçün tətbiq etsəm, qırmızı keçidlər yaranacaq. Digər məqalələrin adlarını dəyişdikdən və həmin məqalələrin keçid verdikləri səhifələrdə lazımı dəyişiklikləri tətbiq etdikdən sonra Yaponiya məqaləsində uyğun redaktəni edərəm.
-
Düşünümürəm ki, bu lazımdır. Tarix bölməsində Mancuriya, Fransız Çinhindisi kimi başqa yerlərin də adı çəkilir. Malayanın indi hansı dövlətin tərkibində olduğunu göstəririksə, deməli o birilərinkini də göstərməlik. Bu qədər sayda izahat yaxşı görünməyəcək.