“Vikibahar 2017” — Vikipediyada Mərkəzi və Şərqi Avropa ölkələri haqda məqalələrin yaradılması üçün keçirilən Wikimedia CEE Spring 2017 layihəsinin azərbaycanca olan bölməsidir. Azərbaycanca Vikipediyada layihə 21 mart – 31 may tarixləri arasında keçirilir. Layihənin məqsədi və mənası — Mərkəzi və Şərqi Avropa dillərindəki Vikipediya layihələri arasında əməkdaşlığı yaxşılaşdırmaq, qonşu ölkələr haqda bilikləri artırmaq və digər dillərdə Azərbaycan haqda məlumatların artırılmasına nail olmaqdır.
İlk 5 yeri tutan iştirakçı Azərbaycan vikimediaçıları istifadəçi qrupu və Vikimedia Fondu tərəfindən təqdim olunan mükafatları qazanacaq.
Mükafatların təqdim olunacağı tarix və yer barədə əlavə məlumat veriləcək.