Vikipediyada Mərkəzi və Şərqi Avropa ölkələri haqda məqalələrin yaradılması üçün keçirilən Wikimedia CEE Spring 2019 layihəsinin azərbaycanca olan bölməsidir. Müsabiqə 21 mart – 31 may tarixləri arasında keçirilir. Layihənin məqsədi Mərkəzi və Şərqi Avropa dillərindəki Vikipediya layihələri arasında əməkdaşlığı yaxşılaşdırmaq, qonşu ölkələr haqda bilikləri artırmaq və digər dillərdə Azərbaycan haqda məlumatların artırılmasına nail olmaqdır.
Bu müsabiqədə jüri üzvlərinin dəyərləndirməsinə əsasən ilk 4 yeri tutan iştirakçılar Azərbaycan vikimediaçıları istifadəçi qrupu və Vikimedia Fondu tərəfindən təqdim olunan mükafatları qazanacaqlar. Əgər, ilk 3 yerin sahibi arasında xanım iştirakçı olmazsa, o halda yerdə qalan iştirakçılar arasında ən yaxşı nəticə göstərən 1 nəfər xanım iştirakçı da mükafata layiq görüləcək. Həmin 1 nəfər ilk 3 yeri tutan şəxsdən biri olarsa, o zaman xanım iştirakçılar arasından ən yaxşı nəticə göstərən növbəti iştirakçı mükafatçı elan ediləcəkdir. Ən yaxşı nəticə göstərən xanım iştirakçıya ehtiyac olduğu situasiya yarandığı halda, belə iştirakçını müəyyən etmək mümkün olmazsa, o zaman bu mükafat heç kimə təqdim edilməyəcəkdir.
Azərbaycan mədəniyyəti haqda xarici dillərdə ən çox məqalə yaradan (5-dən az olmayaraq) iştirakçılar da “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyi tərəfindən mükafatlandırılacaqlar.
Mükafatların təqdim olunacağı tarix və yer barədə əlavə məlumat veriləcək.