| ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||
| ||||||||||||||
| ||||||||||||||
| ||||||||||||||
| ||||||||||||||
|
Bütün Vikipediyada olduğu, video oyunlarla əlaqəsi olan hər hansı bir məqalənin adı həmin mövzunu ən yaxşı izah edən sadə bir ad olmalıdır. Xüsusiyyətlə, video oyunun başlığı tamamilə müəyyəndirsə, həmin başlıq məqalənin adı olmalıdır; məsələn, The Last of Us və ya Battlefield V. Bu amillərə əlavə olaraq, gördüyünüz kimi, video oyunların orijinal dilindəki adların latın skriptinə çevrilmiş versiyasından istifadə etmək lazımdır. Əgər hansısa bir video oyunun rəsmi şəkildə azərbaycanca adı varsa, məsələn, Sonuncu Dalan və İşğal altında: Ağdam, həmin o addan istifadə etmək lazımdır.
Əgər hansısa video oyunun çoxişlənən adı naməlum və ya mübahisəlidirsə, onu eyniadlı seriyalardan, personajlardan, filmlərdən, komikslərdən, kitablardan və ya kitablardan ayırmaq üçün mötərizədə verilən dəqiqləşdirmə adından istifadə etmək lazımdır. Məsələn, Fallout (oyun seriyası), God of War (oyun, 2005). Buna əlavə olaraq, ayrı bir dəqiqləşdirmə səhifəsindən də istifadə etmək olar. Əgər hansısa bir video oyunun altadı varsa, məsələn, Halo: Combat Evolved, həmin video oyun tam adını yazmaq lazımdır.
Video oyun formasında təqdim edilən məzmun kütləvi informasiya vasitələrinin film, radio, komiks, anime kimi digər formatlarına uzanırsa, həmin franşiza haqda ümumiləşdirici bir məqalə olmalıdır, həmin məqalə isə franşizanın əsas başlığını (məsələn Ulduz müharibələri) və Seriya adı (franşiza)
dəqiqləşdirmə başlığını ehtiva etməlidir.