--sefer azeri 04:43, 28 noyabr 2012 (UTC)[cavabla]
Səfər bəy yenə öz vərdişinə uyğun olaraq hansısa kitablarda göstərilən mənbələri bir-bir bu məqaləyə də düzübdür. Məsələn, mənbələrdən biri budur: Three treatises on mysticism, W. Kohlhammer, 1935, sözsüz ki, wikipedia məqaləsinin hazırlanması zamanı bu mənbədən birbaşa istifadə olunmamışdır, elə isə onun qeyd edilməsinə nə ehtiyac vardı?! Mənbələrin sayının süni surətdə artırılməsı yaxşı hal deyil, ümumiyyətlə buna heç ehtiyac da yoxdur, belə ki vikipedia məqaləsi nə qədər zəngin olursa-olsun, heç vaxt mötəbər mənbə, yaxud elmi məqalə hesab edilmir, elə isə mənbələrin sayını süni surətdə artırmaqla özümüzü və istifadəçiləri niyə aldatmalıyıq ki?! Hesab edirəm ki, Səfər bəy belə hallara bir daha yol verməyəcəkdir. -Aydın Məmmədov (talk) 22:50, 22 dekabr 2012 (UTC)[cavabla]