Nüfuzlu və müstəqil mənbələrdə bir şəxs haqqında xeyli məlumat varsa, ayrı bir məqalə yaratmaq üçün ensiklopedik əhəmiyyətlilik tələblərinə cavab verməsi mümkündür.
Çox az insan Vikipediyada məqaləsi olacaq qədər əhəmiyyətlidir. Digər ensiklopediyalar kimi, Vikipediyada da mühüm tarixi şəxsiyyətlərin və müasirlərinin bioqrafiyaları var.
Ümumi tələb: şəxsin ictimai əhəmiyyətini nümayiş etdirən müstəqil ikinci dərəcəli mənbələrdə kifayət qədər etibarlı məlumatın olması. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən insanlar ayrı bir məqalə yaratmaq üçün kifayət qədər əhəmiyyətlidir. Bu siyahı tam deyil, lakin ümumiyyətlə tələb olunan əhəmiyyət səviyyəsini əks etdirir:
Qeyd: Bir şəxs yalnız bir fenomendəki roluna görə əhəmiyyətlidirsə, ancaq bir şəxs olaraq deyilsə, bu zaman şəxs haqqında deyil, bu fenomen haqqında bir məqalə hazırlamaq daha yaxşıdır.
Önəmli qeyd: Vikipediyada yaşayan insanlar haqqında yalan iddialar əlavə etməyin!