. Love.az

Vikipediya Meqale Sehrbazi Sirketlerin Ehemiyyeti - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Meqale Sehrbazi Sirketlerin Ehemiyyeti
1. Giriş
2. Predmet
3. Anlayışlar
4. Mənbələr
5. Məzmun
6. Son
Ensiklopediklik

Bir mövzu müstəqil, nüfuzlu mənbələr tərəfindən kifayət qədər ətraflı şəkildə işıqlandırıldırsa, o adətən ensiklopedik hesab edilir.

— Vikipediya:Ensiklopedik əhəmiyyətlilik
Anlayışlar

Çox az şirkətin və təşkilatın Vikipediyada məqaləsi var. Dünyada milyonlarla şirkət var, ancaq 0,1%-dən az hissəsi Vikipediya üçün kifayət qədər əhəmiyyətlidir.

Vikipediya üçün bir şirkət ensiklopedik əhəmiyyətlilik qaydasına cavab verməlidir. Qaydaya əsasən, şirkət qəzetlər, jurnallar, elmi məqalələr, kitablar kimi müstəqil nüfuzlu mənbələr tərəfindən kifayət qədər ətraflı şəkildə işıqlandırılırsa əhəmiyyətli hesab oluna bilər.

Maraqların toqquşması və reklam

Məqaləsini yaratmaq istədiyiniz şirkətlə yaxından əlaqəniz varsa, maraq toqquşması ola bilər və yaxşı, bitərəf və ensiklopedik bir məqalə yazmağınız imkansız olar. Reklamsız üslubda bir məqalə yazmaq sizin üçün çətin olacaq. Qaydalarla reklam çoxdan qadağan edilib. Buna görə də, redaktələriniz reklam kimi görünürsə və ya əhəmiyyət kriteriyalarına uyğun gəlmirsə, çox güman ki, tez bir zamanda silinəcəkdir. Bu vəziyyətdə veriləcək ən yaxşı məsləhət heç bir şey etməməkdir: şirkətiniz ensiklopedikdirsə, gec-tez kimsə bu barədə yazacaq. Bu müddət ərzində başqa bir məqalə yaza bilərsiniz – məsələn, şirkətinizin aid olduğu sənaye haqqında.


Şirkətiniz kriteriyala cavab verir?

>> Məqaləm reklam deyil və əhəmiyyətli bir şirkəti təsvir edir
>> Məqaləm bir reklam hesab edilə bilər (kömək!)
>> Məqaləm əhəmiyyətsiz ola biləcək bir təşkilat haqqındadır (nə etməliyəm?)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Məqalə_sehrbazı/Şirkətlərin_əhəmiyyəti&oldid=7630258"
LOVE.AZ