![]() | Bu səhifə Vikipediya haqqında bir essedir. Səhifə vikipediyaçılar üçün məsləhət və rəy xarakteri daşıyır. Vikipediyanın rəsmi prinsiplərindən və qaydalarından biri deyil, eləcə də, vikicəmiyyətin ümumi fikrini əks etdirməyə bilər. Bəzi esselər geniş mövzuları əhatə edir, bəzi esselər isə ancaq spesifik mövzulara toxunur. |
Bir çox müzakirələr inzibatçılar tərəfindən sonlandırılsa da, Vikipediyanın siyasətinə və qaydalarına uyğun olaraq, fəaliyyət keçmişi və davranışı yaxşı vəziyyətdə olan istənilən qeydiyyatdan keçmiş redaktor müzakirəni sonlandıra bilər. Qeyri-inzibatçılar praktiki məqsədlər üçün müzakirələrdə blok, mühafizə və ya istifadəçi hüquqularını vermə kimi inzibatçı alətlərinin istifadəsini tələb edən formal tədbirlər görməməlidirlər. Bu səhifə müzakirəni sonlandırmağı düşünən redaktorlar üçün təlimat verir.
Vikipediyada redaktə edərkən və daha çox müzakirələrin nəticələrini dəqiq qiymətləndirərkən bir çox mənada qabiliyyət tələb olunur. Qeyri-inzibatçıya müzakirələri sonlandırarkən Vikipediyada sərf olunan vaxt və ya verdiyi töhfələrin sayı kimi heç bir formal tələblər qoyulmasa da, bunu edənlərin müzakirəni düzgün şəkildə sonlandıra bilməsi vacibdir. Müzakirəni yanlış şəkildə sonlandırma ümumi olaraq layihə üçün zərərli ola bilər. Bu, məsələn, məsələyə yenidən baxılmağı və ya gecikmələrə gətirib çıxara bilər ki, bu da vaxt aparan işlərdir.
Müzakirəni sonlandırarkən nadir xətalar baş verə bilsə də, sonlandırdığı müzakirə yenidən nəzərdən keçirildikdən və bu zaman onun əməlinin yanlış olduğuna qərar verildiyində, ya da həmin sonlandırma birbaşa inzibatçılar tərəfindən geri qaytarıldığında qeyri-inzibatçı redaktor bu mövzuda bir inzibatçı ilə məsləhətləşənə, həmin inzibatçı redaktorun bir də eyni səhvləri etməyəcəyinə inanana qədər müzakirələri sonlandırmağı dayandırmalıdır.
İnzibatçılar icmanın yoxlanışından keçmiş təcrübəli redaktorlar kimi icma daxilində baş tutan müzakirələri düzgün şəkildə sonlandıracaq və ya bacara bilməyəndə başqalarına müraciət edəcək qədər biliyə malikdirlər. Müzakirələri sonlandıran qeyri-inzibatçılar da bunun üçün lazımi təcrübə və biliyə malik olduqlarına əmin olmalıdırlar.
Müzakirəni sonlandıran redaktorlar inzibatçılar səhifəsində izah olunduğu kimi üçüncü tərəf standartına riayət etməlidirlər. Müzakirəni sonlandıran redaktorlar onların qərar qəbul etmələrinə təsir göstərə biləcək və ya sonlandırmanı şübhə altına almaqla ictimaiyyətin konsensusunu poza biləcək faktiki, potensial və ya açıq-aşkar toqquşmalardan xəbərdar olmalıdırlar. Şübhənin qarşısını almaq üçün redaktorlar heç vaxt mənfi və ya müsbət fikir bildirdikləri, ya da səs verdikləri müzakirələri sonlandırmamalıdır. Bu, həmçinin nəyəsə görə göstərdikləri namizədliklərə və ya qeyri-ciddi töhfələr verdikləri mövzulara da şamil olunur.
Müzakirələrin nəticəsinə təsir etmək məqsədi ilə səs ovçuluğu haqqında qaydada olduğu kimi, redaktorlar onlara haqqında düzgün olmayan şəkildə məlumat verilmiş və ya qərəzsizliyinə şübhə yarada biləcək şəkildə məlumatlandırılmış olduqları müzakirələri sonlandırmağa cəhd etməməlidirlər.
Qeydiyyatdan keçməmiş redaktorlar formal müzakirələri anonim şəkildə sonlandıra bilməzlər. Bununla belə, Vikipediya cəmiyyətində daha yaxından iştirak etmək istəyənlərə qeydiyyatdan keçərək hesab yaratmaları tövsiyə olunur. Qeydiyyatdan keçməmiş istifadəçilər formal müzakirələrdə Vikipediyada kukla hesablar haqqında qaydanı pozmamaq şərti ilə iştirak edə bilərlər.
Müzakirənin qeyri-inzibatçı kimi sonlandırılması aşağıdakı hallarda uyğun deyil:
Səhifələrin silinməsi üçün aparılan müzakirələr səhvən erkən sonlandırılıbsa, müzakirə ya cəlb olunmamış inzibatçı tərəfindən yenidən açıla bilər, ya da hansısa istifadəçi VP:BNS səhifəsində məqalənin bərpa edilməsi üçün müzakirə başlada bilərlər.
Vikipediya qaydaları və təlimatları | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
Məzmun |
| ||||||||
Davranış | |||||||||
Silmə |
| ||||||||
Qaydaların tətbiqi |
| ||||||||
lər |
| ||||||||
Mübahisələr |
| ||||||||
Layihə məzmunları |
| ||||||||
Səsvermə |
| ||||||||
VMF; |
| ||||||||