![]() | Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. Səhifənin məzmunu bütün vikipediyaçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə bu dəyişikliklərin vikipediyaçılar tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa, səhifənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin. |
Davranış siyasətləri |
---|
Nəzakət Vikipediyanın Davranış kodeksinin bir hissəsi və beş sütunundan biridir. Nəzakət qaydaları istifadəçilərdən gözlənilən standartları təsvir edir və ortaya çıxdıqda problemləri həll etmək üçün müvafiq yollar təqdim edir. Sadə dillə desək, redaktorlar həmişə bir-birlərinə diqqət və hörmətlə yanaşmalıdırlar. Onlar hətta qızğın mübahisələr zamanı belə nəzakətli, sakit və ağıllı davranarkən, xoş redaktə mühitini qoruyarkən ensiklopediyanın təkmilləşdirilməsinə diqqət yetirməlidirlər.
Vikipediyanın nəzakət tələbləri Vikipediyadakı bütün qarşılıqlı əlaqələr zamanı, o cümlədən istifadəçi və məqalə müzakirə səhifələrindəki müzakirələr, redaktə izahları və digər Vikipediyaçılar ilə və ya onlar haqqında olan başqa bir müzakirədədəki bütün istifadəçilərə aiddir.
Vikipediya kimi hər kəsin bir yerdə işlədiyi layihədə fikir ayrılıqları qaçınılmazdır. Bunları müzakirə edərkən bəzi istifadəçilər sadəcə səmimi olmağa çalışarkən həddindən artıq sərt görünə bilər. Digər istifadəçilər fikirləri mübahisəli olduqda həddindən artıq həssas görünə bilər. Müzakirə səhifələrində və redaktə izahlarında yazılmış sözlər şifahi söhbətin nüanslarını tam ifadə etmir, bu da bəzən redaktorun yazdığının səhv başa düşülməsinə səbəb olur. Hər-hansısa birşeydən nəzakətsiz formada bəhs etmək mövcud problemlə əlaqəsi olmayan şəxsi mübahisəyə çevrilə bilər. Bu çevrilmə səylərimizi boşa çıxaracaq və müsbət, məhsuldar mühiti pozacaq. Nəzakətli müzakirə yolu ilə fikir ayrılıqlarını həll edin; fərqli bir fikrə sahib ola bilərsiniz və bunu hər kəsin yaxşı hiss etməsinə səbəb olacaq şəkildə paylaşa bilərsiniz. Digər istifadəçilər haqqında müzakirə onların hərəkətləri haqqında nəzakətli müzakirə ilə məhdudlaşmalıdır.
İstifadəçilərdən əməkdaşlıq etmələri, şəxsi hücumlardan çəkinmələri, qaydalar çərçivəsində çalışmaları və suallara yaxşı niyyətlə cavab vermələri gözlənilir. Digər istifadəçilərə vacib bir layihə üzərində işlədiyiniz hörmətli həmkarlarınız kimi davranmağa çalışın. Konstruktiv töhfə verən yeni istifadəçilərə qarşı xüsusilə mehriban və səbirli olun, lakin konstruktiv olmayanları nəzakətlə etdiklərindən çəkindirməyə çalışın.
Nəzakətsizlik adətən qızğın məzmun mübahisələrində yaranır.
lərinizi yadda saxlamazdan əvvəl redaktə izahını nəzərdən keçirin. Unutmayın ki geri dönüb onu dəyişdirə bilməzsiniz. izahı üçün məsləhətlər:
Nəzakətsizlik şəxsi hücumlar, kobudluq və hörmətsiz şərhlərdən ibarətdir. Xüsusilə aqressiv şəkildə ediləndə bu tez-tez istifadəçiləri burdan uzaqlaşdırır və məhsuldar olmayan stressçilər və münaqişələr vasitəsilə layihəni işini pozur. Heç kimin şikayət etmədiyi bir neçə kiçik nəzakətsizlik mütləq narahatlıq doğurmasa da, davam edən nəzakətsizlik nümunəsi qəbuledilməzdir. Təkrarlanan narahatlıq və ya kobud şəxsi hücumlar halında istifadəçi bloklana bilər. Hətta bir dəfə edilmiş nəzakətsizlik, məsələn başqa bir nəfərə yönəlmiş həddindən artıq ağır təhqir və ya söyüş və ya təhdid bloklanmağa səbəb ola bilər.
Ümumiyyətlə, nəzakətsizliklə rəftarda anlayışlı olun və intiqam almağa çalışmayın. Başqaları nəzakətsizlik edəndə siz də eyni şəkildə cavab verməyin. Nəzakətsizliyə məhəl qoymamağı və sadəcə məzmun haqqında irəliləməyi düşünün. Lazım gələrsə şərhin nəzakətsiz sayıla biləcəyini düşündüyünüzü yumşaq bir şəkildə bildirin və davam etmək və məzmuna diqqət yetirmək istədiyinizi açıq şəkildə bildirin. Nəzərə alın ki, istifadəçi özünün nəzakətsiz davrandığını başa düşməmiş/düşünməmiş ola bilər. Vikipediya müxtəlif fikirli insanlar tərəfindən redaktə edilir və standartlar fərqlidir. Yalnız həll edə bilməyəcəyiniz davam edən problemdə mübahisələrin həllinə (aşağıya baxın) müraciət edin.
Bu qayda digər istifadəçilərə qarşı istifadə etmək üçün silah deyil. İstifadəçinin həll olunmuş, kiçik bir hadisəyə görə sanksiyaya məruz qalmasını israr etmək, davranışını dəyişdikdən sonra əvvəlki hadisələri təkrar-təkrar gündəmə gətirmək və ya konstruktiv tənqidə hücum kimi yanaşmaq özlüyündə potensial pozuculuq əlamətidir və xəbərdarlıqlarla və hətta təkrarlanarsa blokla nəticələnə bilər.
İstifadəçilərdən digər Vikipediyaçılara şəxsi hücum etməmələri və onlara narahatlıq verməmələri gözlənilir. Bu hamıya eyni dərəcədə aiddir: keçmişdə axmaq və ya nəzakətsiz davranışlar sərgiləyən istifadəçiyə hücum etmək başqasına hücum etmək kimi qəbuledilməzdir. Vikipediya pozitiv onlayn icmanı təşviq edir: hər kəs səhv edir, lakin bu onları öyrənməyə və yollarını dəyişməyə təşviq edir. Şəxsi hücum və narahatlıq buna ziddir, ensiklopediya yaratmaq işinə ziyan vurur və blokla nəticələnə bilər.
Nəyin nəzakətsiz olub-olmadığına dair sərt və sürətli mühakimə yürütmək bəzən çətindir. İstifadəçilər aşağıdakı amilləri nəzərə almalıdırlar: (i) dilin/davranışın intensivliyi və konteksti, (ii) davranışın bir dəfə baş verməsi, yaxud təsadüfi və ya müntəzəm olması, (iii) davranışın dayandırılması üçün müraciətin artıq edilib-edilməməsi və bu müraciətin son olub-olmaması, (iv) davranışın təhrik edilib-edilməməsi və (v) eyni zamanda başqalarının davranışına nə dərəcədə rəftar edilməli olduğu.
Aşağıdakı davranışlar nəzakətsiz mühit yarada bilər:
Bundan əlavə, digər qaydaları tətbiq edərkən diqqətsizlik etmək münaqişə və stressə səbəb ola bilər. Məsələn istifadəçinin yaxşı niyyətli redaktələrini vandalizm adlandırmaq onun haqsız hücuma məruz qalmasına səbəb ola bilər. Ən yaxşı qərarınızdan istifadə edin və səhv etdiyiniz üzə çıxarsa üzr istəməyə hazır olun.
"Xoşniyyətli olduğunuzu göstərin" təlimatında deyilir ki, əksini təsdiq edən güclü dəlillər olmadıqda, istifadəçilər digər istifadəçilərin layihəyə zərər vurmaq üçün yox, töhfə vermək üçün çalışdıqlarını düşünməlidirlər.
Təlimat qəsdən qayda pozuntusuna dair aşkar sübutlar olduqda istifadəçilərin hələ də eyni cür düşünməsini tələb etmir. Həmçinin sübutların göstərdiyindən daha çox qayda pozuntusu olduğunu düşünməyin, onların eyni dərəcədə olan ağılkəsən şərhlərini nəzərə alaraq ən ağlabatan olanını seçin.
Təhdidlər Zorakılıq və ya intihar təhdidləri dərhal bildirilməlidir. Nifrət dolu sözlər, hüquqi təhdidlər və digər təcili hadisələr dərhal inzibatçılara bildirilməlidir.
Davam edən nəzakətsizlik vəziyyətində əvvəlcə bir şey etmək lazım olub-olmadığına qərar verin. Kiçik bir insidentlə bağlı kiminləsə üzləşmək, xüsusən də onun nə demək istədiyini səhv şərh etdiyiniz ortaya çıxarsa hadisənin özündən daha çox stress və drama yarada bilər. Öz davranışınızı nəzərə alın və əgər nəzakətsiz olduğunuzu görsəniz əvəzində ondan üzr istəyin.
Müvafiq səhifənin müzakirə səhifəsi kifayət deyilsə, mübahisələrin həlli üçün istifadə edə biləcəyiniz yerlər artan ciddilik sırasına görə:
Nəzakətsiz şərh sizə aiddirsə bu seçimlərdən hər hansı biri təsirin azaldılmasına kömək edəcək:
Başqa istifadəçi tərəfindən kobudluq və ya nəzakətsizlik olarsa həmin sözləri istifadəçi ilə müzakirə etmək və həmin mətni dəyişdirməsi üçün müraciət etmək məqsədəuyğun ola bilər. Bununla belə, vəziyyəti daha da qızışdırmamaq üçün diqqət lazımdır. Digər redaktorun şərhini redaktə etmək və ya silmək adətən uyğun deyil. Açıq-aşkar trol və ya vandalizm buna istisnadır. Başqa bir istifadəçi haqqında olan təhqiredici şərhlər hər bir istifadəçi tərəfindən silinə bilər.
Xüsusi hal digər istifadəçi haqqında özünün açıqlamadığı və yəqin ki, bilinməsini istəmədikləri, məsələn, adı, telefon nömrəsi və ya ünvanı kimi şəxsiyyəti müəyyən edən məlumatları aşkar etməkdir. Bunlar dərhal geri qaytarılmalı, sonra məlumatı redaktə tarixçəsindən silmək üçün inzibatçı/gizlədən ilə əlaqə saxlanmalıdır. Bu məlumatın doğru olub-olmamasından asılı olmayaraq tətbiq edilir.
Məqalənin müzakirə səhifələri ümumilikdə peşəkar iş yeri hesab edilməlidir. Müzakirə səhifələri məqaləni necə təkmilləşdirmək barədə danışmaq və məqaləni müzakirə etmək üçündür. Amma redaktorun müzakirə səhifəsi daha çox onların mətbəxinə bənzəyir; bu daha qeyri-rəsmidir və orada nə baş verdiyi onlara bağlıdır. Təbii ki, əsl mətbəxdə olduğu kimi burda da kimisə bıçaqlamaq uyğun deyil. Şəxsi hücumlar heç bir yerdə qəbuledilməzdir, lakin istifadəçilərin öz müzakirə səhifələrinin məqalə müzakirə səhifələrindən daha qeyri-rəsmi atmosferə malik olması gözlənilir.
Mübahisələr və hətta anlaşılmazlıqlar bir tərəfin digəri tərəfindən yaralandığını hiss etdiyi vəziyyətlərə səbəb ola bilər. Üzr istəməkdə utanılacaq heç bir şey yoxdur. Hamımız səhv edirik, hamımız qəribə incidici şeylər deyirik, hamımızın pis günləri və pis anları olur. Kimdənsə üzr istəməli olduğunuzu hiss edirsinizsə, üzr istəyin. Üzr istəmək sizə zərər vermir.
Ancaq unutmayın ki siz heç kimdən üzr istəməyi tələb edə bilməzsiniz. Bu sadəcə onları daha da əsəbləşdirəcək və bunun baş vermə ehtimalını azaldacaq. Qarşı tərəf üzr istəsə belə bu tamamilə qeyri-səmimi olacaq. Üzr istəməkdə ilk addımı atmaqla heç vaxt qürur duymayın. Bu cür "qürur" destruktivdir. Üzr istəmək hər şeyi yenidən başlatmağa imkan verir və mübahisə tərəfləri sakitləşdirə bilər.
Nəzakətsizlik ciddi pozulmalara səbəb olduqda blok tətbiq oluna bilər. Bununla belə, bu siyasət silah kimi istifadə olunmaq üçün nəzərdə tutulmayıb və blok əksər hallarda ilk seçim olmamalıdır.
Dərhal bloklama açıq-aydın nəzakətsizlik, şəxsi hücumlar, narahatlıq və ya şəxsi məlumatların açıqlanması kimi situasiyalarda tətbiq olunmalıdır. Digər bloklarda olduğu kimi, bu bloklar da cəzalandırıcı yox profilaktik olmalıdır.
Vikipediya qaydaları və təlimatları | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
Məzmun |
| ||||||||
Davranış | |||||||||
Silmə |
| ||||||||
Qaydaların tətbiqi |
| ||||||||
lər |
| ||||||||
Mübahisələr |
| ||||||||
Layihə məzmunları |
| ||||||||
Səsvermə |
| ||||||||
VMF; |
| ||||||||