Sözügedən qədceti Nizamlamalar→Qadcetlər→Vikiverilənlər→Məlumat qutularından Vikiverilənlərə məlumatı sürətli ixrac etmək
qısayolundan aktivləşdirmək, Qeyd et
düyməsini sıxmaq lazımdır. Bundan sonra Vikiverilənlər parametrləri qoşulmuş şablonlarda bəzi parametrlərin fon rənginin dəyişdiyini müşahidə edəcəksiniz.
Parametrlərin fonu sarı və qırmızı rəngdə ola bilər. Sarı fon həmin bölmədən ən azı bir parametrin, qırmızı isə heç bir parametrin Vikiverilənlərdə olmadığını bildirir. İxrac etmə əməliyyatı uğurlu və ya uğursuz ola bilər. Uğursuz olma halı yalnız sadə, keçid verilməyən mətnlərin ixrac olunmasına çalışıldığı zaman baş verir.
Əgər qırmızı və ya sarı fonlu bölmələrlə rastlaşmısınızsa, həmin fon rənginin üzərinə iki dəfə klikləməklə ixracat pəncərəsi ilə tanış olacaqsınız. Buradan uyğun göstəriciləri seçib İxrac et düyməsini klikləyin. Bundan sonra həmin məlumat Vikiverilənlərə yerləşdiriləcək və bununla digər dillərdə bu sistemlə işləyən şablonlar avtomatik dolacaq.
Bakı, Azərbaycan SSR, SSRİ
parametrindən yalnız Bakı
bazaya daxil ediləcək. Buna səbəb Vikiverilənlərin məhz bunu tələb etməsidir.Elmi dərəcəsi
bölməsinə Tarix elmləri doktoru
parametri əlavə olunub Tarix
məqaləsinə keçid verilibsə, qədcet avtomatik Vikiverilənlərdəki Elmi dərəcəsi
parametrinə Tarix
məqaləsini əlavə edəcək. Buna görə də hər bir parametrin sahəyə uyğun olduğuna diqqət etmək lazımdır.