. Love.az

Vikipediya Qanunla Tehdid Olmaz - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Qanunla Tehdid Olmaz
Qısa keçid yönləndirmə
  • VP:QTOVP:QTO
  • VP:QANUNİVP:QANUNİ
  • VP:TƏHDİDVP:TƏHDİD
Blue tick
Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir.
Səhifənin məzmunu bütün vikipediyaçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə bu dəyişikliklərin vikipediyaçılar tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa, səhifənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin.
Səhifənin qısa məzmunu: Vikipediyada qanunla təhdid fəaliyyətləri ilə məşğul olacağınız təqdirdə qeyri-müəyyən müddətə bloklanacaqsınız. Böhtan, və ya müəlliflik hüquqları pozuntuları kimi hüquqi problemlər barədə nəzakətli qaydada olunan müraciətlər təhdid deyil və tez bir vaxtda tədbir görüləcək.
Hüquqi siyasətlər
  • Uşaqların mühafizəsi
  • Müəlliflik hüquqları pozuntuları
  • Müəlliflik hüquqları
  • Böhtan
  • Qanunla təhdid olmaz
  • Ədalətli istifadə meyarları
  • Ödənişli redaktorluq
  • Vikipediyakı materialların təkrar istifadəsi
  • İstifadə şərtləri
  • Gizlilik siyasəti
  • b
  • m
  • r


Qayda səsvermə nəticəsində qəbul edilmişdir.

  • Səsvermə müddəti: 1 mart – 16 mart 2025
  • Qüvvədədir: 17 mart 2025-ci ildən

Vikipediyada qanunla təhdid qadağandır. Bu tip fəaliyyətlərlə məşğul olmaq Vikipediyanın özünə və redaktorlarına qarşı vikidənkənarda (real həyatda) hüquqi yollarla təhlükə yaratmaqdır. Bu tip fəaliyyətlərlə məşğul olan istifadəçilər birbaşa bloklanır. Vikipediyada hansısa narazılığı və problemləri həll etmək üçün qanuni yollara müraciət etmək yox, Vikipediya daxilində müzakirə aparmaq lazımdır. Hüquqi təhdidlər barədə Vikipediya:İnzibatçılara müraciət səhifəsində, və ya başqa yerlərdə birbaşa inzibatçılara məlumat verməyiniz xahiş olunur.

Hüquqi təhdidlər yazmaq əvəzinə, Vikipediyanın mübahisələrin həlli prosedurlarından birini istifadə etməyi düşünün. Əgər məsələ Vikimedia Fondu ilə bağlıdırsa, birbaşa Vikimedia Fondu ilə əlaqə saxlayın.

Vikipediya, və ya kənarda baş vermiş hansısa hadisəyə görə istifadəçilər arasında yaranmış hüquqi anlaşılmazlıqlara görə əgər ortada hansısa hüquqi təhdid yoxdursa, blok tətbiq olunmamalıdır. Hüquqi mübahisədə iştirak edən redaktorlar potensial maraq toqquşmaları hallarını nəzərə alaraq mübahisə tərəfi haqqında olan məqalələri redaktə etməməlidirlər.

Mündəricat

  • 1 Nə hüquqi təhdid deyil
    • 1.1 Müəlliflik hüquqları
    • 1.2 Təhqir
    • 1.3 Maraqların toqquşması
  • 2 Hüquqi təhdid kimi qəbul edilən davranışlar
  • 3 Əsaslandırma
  • 4 Hüquqi təhdidlərin nəticəsi
  • 5 Həmçinin bax

Nə hüquqi təhdid deyil

redaktə

Müəlliflik hüquqları

redaktə

Müəlliflik hüquqlarının pozulması ilə bağlı şikayətlər hüquqi təhdid deyil. Əgər siz Vikipediyaya əlavə olunmuş müəlliflik hüquqları ilə qorunan materialların sahibisinizsə, bu materiallardan istifadəyə müvafiq lisenziya ilə icazə verib-vermədiyinizə dair bir açıqlama verərsəniz, bu, xoş qarşılanacaq. Bu barədə Vikipediya:Bizimlə əlaqə səhifəsi vasitəsilə, və ya Vikimedia Fondunun təyin edilmiş agenti ilə əlaqə saxlaya, yaxud inzibatçılara məlumat verə bilərsiniz.

Təhqir

redaktə
Ətraflı bax: Vikipediya:Böhtan

Materialın böhtan ehtiva edib-etməməsi ilə bağlı aparılan müzakirələr hüquqi təhdid deyil. Məqalələrdə böhtan aşkar edildiyi vaxt qaydalara əsasən onlar tamamilə silinir. Əgər böhtan ehtiva edən bəyanatın hədəfi olduğunuzu düşünürsünüzsə, inzibatçılara müraciət edin.

Maraqların toqquşması

redaktə
Ətraflı bax: Vikipediya:Ödənişli redaktorluq və Vikipediya:Maraqların toqquşması

Ödənişli töhfə verən və maraq toqquşması olan redaktorları Vikimedia Fondunun istifadə şərtləri, qadağan olunan təbliğat və reklam fəaliyyətləri barədə məlumatlandırmaq hüquqi təhdid deyil.

Hüquqi təhdid kimi qəbul edilən davranışlar

redaktə

Vikipediyada hər hansısa müzakirə və mübahisələr zamanı istifadə edəcəyiniz ifadələri diqqətlə seçməlisiniz. Digər redaktorları hüquqi təhdid kimi narahat edəcək və elə başa düşmələrinə (yanlış da olsa) səbəb verən üslubdan və şərhlərdən çəkinməlisiniz. Məsələn, başqa bir redaktorun şərhlərinin "təhqir" və "böhtan" olduğunu iddia edərsəniz, o redaktor sizin şərhinizi təhdid kimi qəbul edə bilər. "Haqqımda qeyd edilmiş bu ifadə doğru deyil, onun düzəldilməsini xahiş edirəm" kimi bir ifadə istifadə etməyiniz həmişə daha yaxşı olar.

Əsaslandırma

redaktə

Hüquqi təhdidlər yazmaq bir sıra problemlərə səbəb olan qeyri-etik davranışdır:

  • O, müstəqil redaktə mühitinə maneə törədir, eləcə də mübahisənin bir tərəfinin digərini qorxutması və sistematik qərəzliyə səbəb ola bilər.
  • Pis hisslər və inamsızlıqlar yaradır, xoşniyyət kimi qəbul etməyi çətinləşdirir.

Mübahisələrin həlli prosedurlarından istifadə etmək hüquqi təhdidlərə əl atmaqdan və digər qəbuledilməz davranışlar sərgilməkdən daha müsbət nəticəyə gətirib çıxaracaq.

Hüquqi təhdidlərin nəticəsi

redaktə

Vikipediya icmasının insanların dəyişə biləcəyinə dair uzunmüddətli bir prinsipi var: əsəbi halda, və ya səhvən qərar verərək istifadə olunan ifadələr geri götürüldükdən sonra təkrar istifadə olunmamalıdır.

Məqsəd uyğunsuz məzmunun düzəldilməsinin qarşısını almaq deyil, hüquqi təhdidlərin qarşısını önləməkdir. Redaktorlar zərərçəkmiş istifadəçini məqalədəki səhvləri müəyyən etməyə təşviq etməlidir.

Müzakirə səhifələrində qanuni təhdidlərlə məşğul olan istifadəçilərin fəaliyyətləri qeyri-müəyyən müddətə məhdudlaşdırılacaq. Nəzakətli şəkildə bir müzakirəyə başlamağa cəhd edənə kimi onların müzakirə səhifələrini redaktə etməsinin qarşısı alınmamalıdır. Əgər faydası yoxdursa, istifadəçi eyni üslubda davam edirsə və narahatlığa yol açırsa, o vaxt onun redaktə imkanları tam məhdudlaşdırıla bilər.

Həmçinin bax

redaktə
  • Vikipediya:Vikivəkillik
 
Vikipediya qaydaları və təlimatları
  • Beş əsas prinsip
Məzmun
Q
  • Yoxlanıla bilmə
  • Orijinal tədqiqata yol verməmək
  • Neytral mövqe
    • Vikimübaliğə
  • Vikipediya nə deyil?
    • Lüğət deyil
    • Kağız ensiklopediyası deyil
  • Yaşayan insanların bioqrafiyası
  • Müəlliflik hüquqları (Müəlliflik hüquqları pozuntuları)
  • Şəklin istifadə qaydası
  • Məqalə adları
T
  • Ensiklopedik əhəmiyyətlilik
    • Şəxslər
  • Avtobioqrafiya
  • İstinad göstərmə
  • Etibarlı mənbələr
    • Tibb
  • Plagiat
  • Saxtakarlıqla məşğul olmayın
  • Marjinal teoriyalar
  • Patent cəfəngiyyatı
  • Xarici keçidlər
Davranış
Q
  • Nəzakət
  • Konsensus
  • İstifadəçiləri narahat etməyin
  • Vandalizm
  • Heç bir qaydaya məhəl qoymayın
  • Təhqir, təhdid və aqressiyaya yol verilməməlidir
  • Məqalələrin mülkiyyəti
  • müharibəsi
  • Mübahisələrin həlli
  • Kuklalar
  • Burada ensiklopediyanı genişləndirmək üçün olmaq
  • Qanunla təhdid olmaz
  • Uşaqların mühafizəsi
  • Ödənişli redaktorluq
T
  • Xoşniyyətli olduğunuzu göstərin
  • Maraqların toqquşması
  • Dağıdıcı fəaliyyət
  • Absurd olmayın
  • Etiket
  • Sistemlə oynamaq
  • Yeni istifadəçilərə ilişməyin
  • Yoxa çıxmaq hüququ
  • Zərərverici təhdidlərə cavab
  • Müzakirə səhifəsi
    • İmza istifadəsi
Silmə
Q
  • Səhifə silmə
  • Silinmə təklifi
    • Yaşayan insanların bioqrafiyaları
  • Sürətli silmə kriteriyaları
  • Hücum səhifəsi
  • Gizlədicilər
  • nin silinməsi
Qaydaların tətbiqi
Q
  • İnzibatçılar
  • Qadağan olunma qaydaları
  • Bloklama qaydaları
  • Səhifələrin mühafizəsi
lər
T
  • Məqalə ölçüsü
  • Cəsur olun
  • Dəqiqləşdirmə
  • Başlıq bildirişləri
  • Xüsusi məqalələr başa düşülən olmalıdır
Stil
  • Stil kitabçası
    • Məzmun
  • Əlyetərlilik
  • Tarixlər və rəqəmlər
  • Şəkillər
  • Tərtibat
  • Giriş bölməsi
  • Daxil keçidlər
  • Siyahılar
  • Qeyri-müəyyən ifadələrdən çəkinin
  • Anime və manqa məqalələri
Təsnifat
  • Kateqoriyalar, siyahılar və naviqasiya şablonları
  • Kateqoriyalaşdırma
  • Şablon ad fəzası
Mübahisələr
Q
  • Üç dəfə geri qaytarma qaydaları
  • Təftişçilər
T
Mübahisələrin həlli
  • Səhifələrin qismən mühafizə olunması
  • İnzibatçılara müraciət
  • Bürokratlara müraciət
  • Səsvermə keçirilməsi
Arbitraj Komitəsi
  • AK-ya müraciət
    • Müraciət forması
    • Ərizələr
  • AK qərarları
    • Dayandırılmış ərizələr
Layihə məzmunları
Q
  • İnzibatçılar
  • Qadağan olunma qaydaları
  • Bloklama qaydaları
  • Səhifələrin mühafizəsi qaydası
  • IP blokundan azad olma
Səsvermə
T
  • Vikipediya qaydaları ilə əlaqədar səsvermə
  • Arbitraj Komitəsinin seçilmə qaydaları
  • İnzibatçıların və bürokratların seçilməsi qaydaları
  • Bürokrat statusu
  • Səsvermə
  • Səs ovçuluğu
VMF;
Q
  • İstifadə Şərtləri
  • Qaydaların siyahısı
  • Səmimi mühit siyasəti
  • Lisenziyalaşdırma və müəllif hüquqları
  • Gizlilik siyasəti
  • Qayda və təlimatların siyahısı
    • Q: Qaydaların siyahısı
    • T: Təlimatların siyahısı
  • Prinsiplər
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Qanunla_təhdid_olmaz&oldid=8071795"
LOVE.AZ