# Əleyhinə: Əksər cümlələrdə qrammatik norma pozulmuşdur. Bəzi futbolçuların adı transliterasiya zamanı düzgün qeyd olunmayıb. Ümid edirəm lehinə səs verən istifadəçilər məqaləni oxuyublar. Hörmətlə.— Nicat49 ⋠müzakirə⋡ 21:52, 17 may 2023 (UTC)[cavabla]
@Gadir, məqalənin hər bölməsində nöqsanlar var, hamısını nümumə kimi bura əlavə etmək, əlbəttə ki, mümkün deyil. Məqalənin sadəcə preambula hissəsindən bəzi nümumələri qeyd edirəm: Tərcümə nöqsanı:
Transliterasiya nöqsanı:
Cümlələrdə maşın tərcüməsi dərhal hiss olunur. Məqalənin tarixçəsinə baxdıqda, onun əsasən cəmi 1 günə tərcümə edildiyini görmək olar. Zənnimcə keyfiyyətli tərcümə üçün bu çox az müddətdir. İndiki halda məqalə nəyinki seçilmiş, heç yaxşı məqalə belə olacaq səviyyədə deyil.
P.S. Mən ümumiyyətlə heç bir zaman lehinə səs verməyəcəyim məqaləni qiymətləndirməyə çıxarmıram. Əgər çıxarmışamsa, demək ki, layiqdir və mütləq lehinə səs verirəm. Hörmətlə.— Nicat49 ⋠müzakirə⋡ 00:14, 18 may 2023 (UTC)[cavabla]
2) "Nicat bəy burada tamamilə haqlıdır və qrammatik normaları düzəltmək kimi bir məsuliyyəti yoxdur." - heç mənim də Azvikidə nəinki seçilmiş və ya yaxşı məqalə yaratmaq, ümumiyyətlə məqalələr yaratmaq kimi məsuliyyətim yoxdur. İndiyə kimi 1400-ə yaxın məqalə yaratmışam və buna görə heç vaxt 1 qəpik belə olsa mükafat almamışam. Nə edərimsə, Azvikinin inkişafı, və deməli Azərbaycan xalqının inkişafı naminə edirəm.
3) "Nicat bəy burada tamamilə haqlıdır" - deməli lehinə səs verən 7 nəfər (mən, Elshad Iman (Elşad İman), Araz Yaquboglu, En Merker, Scherbatsky12, Baskervill, Gadir) tamamilə haqsızdır?
4) Nicat bəy hal-hazırda qiymətləndirmə siyahısında olan 5 seçilmiş məqalə namizədi sırasında niyə məhz bu məqalənin qiymətlənirməsində iştirak edir? Tamam, etsin, əleyhinə səs də versin - öz qərarıdır. Bəs digər məqalələrin səsverməsində niyə iştirak etmir? Belə bir hal qərəzli və birtərəfli yanaşmaya dair şübhələrə əsas yaradır.
5) Məqalədə əsaslı şəkildə redaktələr etdim, məqalənin mətnini Azərbaycan dilinin qaydalarına maksimum uyğunlaşdırdım. Ümid edirəm ki, əleyhinə səs verən cənab Nicat49 yenidən məqaləyə nəzər yetirər və buna uyğun səs verər. Həmçinin ona dəstək olan Solavirum da səsvermədə iştirak edərək öz mövqeyini bildirər. Hörmətlə:Wikipediya M (müzakirə) 08:42, 20 may 2023 (UTC)[cavabla]