Səsvermə 17 mart — 1 aprel 2022-ci il tarixləri arasında keçirilir.
Ümumi mənzərədə, bir şəxs haqqında bir neçə yoxlanıla bilən müstəqil və etibarlı mənbədə əhəmiyyətli məlumatlar verilibsə, həmin şəxs ensiklopedik sayılır.
Şəxslərin adətən aşağıda göstərilən halların ən azı birini ödəməsi onların etibarlı mənbələrdə bu meyara uyğun gələcək formada yetərli səviyyədə əhatələndiyini güman etmək olar:
Əksinə, yalnız şəcərə qeydlərində, ya da ailə tarixçələrində adı keçən və ya haqqında yalnız ilkin sənədlərlə bəhs olunan hər hansı bir şəxs ensiklopedik deyil. Eyni şəkildə, etibarlı ikinci dərəcəli mənbələrdə haqlarında çox məhdud şəkildə məlumat verilən şəxslər müstəqil məqalə məqsədləri üçün ensiklopedik hesab edilməməlidir, lakin, şəraitdən asılı olaraq, mövcud məqalədə və ya siyahıda onlardan bəhs edilməsini tələb oluna billər. Bunu təyin edərkən əhatə dairəsinin genişliyi nəzərə alınmalıdır. Əgər, məsələn, etibarlı mənbələrdə insanın doğum tarixi, şəxsi həyatı, təhsili, hərbi karyerası ilə bağlı təfərrüatları ehtiva edən kifayət qədər məlumat varsa, o zaman həmin şəxs, çox güman ki, müstəqil məqaləyə layiqdir. Əgər belə bir məlumat yoxdursa, o zaman həmin şəxs haqqında məlumat üçün müstəqil məqalə yaratmaq əvəzinə həmin məlumatı əsas məqaləyə və ya siyahıya daxil etmək ən yaxşı yanaşmadır. Bütün digər redaksiya qərarlarında olduğu kimi, qeyri-müəyyənlik halında bununla bağlı konsensus axtarılmalıdır.
Qeyd etmək lazımdır ki, yuxarıdakı kriteriyalara cavab verməyən şəxs qəti şəkildə qeyri-ensiklopedik olmur. Həmçinin, bu meyarlara cavab verən şəxs, ikinci dərəcəli müstəqil mənbələrdə haqqında əhəmiyyətli əhatəlik mövcud deyilsə, qəti şəkildə ensiklopedik olmur. Odur ki, bu qərar müstəqil ikinci dərəcəli mənbələrdə əhəmiyyətli əhatəlik əsasında aparılmalıdır.
Yekun nəticə:
[cavabla]
Y Səsvermənin nəticələri hesablanmış və Ensiklopedik əhəmiyyətlilik (şəxslər) səhifəsinin "Hərbçilər" altbaşlığına burada verilən məzmunu əlavə etmək ilə bağlı müsbət qərar qəbul edilmişdir. --► Hörmətlə: SolaVirum 17:02, 5 aprel 2022 (UTC)