Lehinə: Belə bir hüququn yaradılması çox faydalı olar. Başqa Vikipediyalarda olan bir şey əgər əlverişlidirsə, bizdə niyə olmasın ki? -- RüfətHəsənli18:36, 8 yanvar 2022 (UTC)[cavabla]
Bitərəf: "Müzakirələr və səsvermələr zamanı." və "Mübahisəli müzakirələr zamanı konsensusa ehtiyac duyulduqda." bəndləri fərqli şəkildə təhlil oluna biləcəyi üçün sui-istifadəyə səbəb ola bilər deyə düşünürəm. Əgər bu səlahiyyətlərin verilməsi "İdarəçi" səlahiyyətinin verilməsi qədər nadir və çətin olacaqsa bəlkə razılaşaram. - Dr.Wiki54 (müzakirə) 21:21, 13 yanvar 2022 (UTC)[cavabla]
Hələlik kütləvi mesajların əleyhinəyəm. Çox başağrı olacağını düşünürəm. İstənilən kiçik həcmli müzakirələrdə, hər kəs toplu mesajlarla bütün istifadəçiləri müzakirələrə və səsvermələrə dəvət edəcək. Bu bir növ təsadüfən qatıldığın, "whatsapp" və ya "telegram" qruplarına bənzəyəcək mənim fikirimcə. Bütün bunlar subyektiv fikirimdir. Qərar vikicəmiyyətindir və hər zaman hörmətlə yanaşılmalıdır. — Patriot Kor (müzakirə) 22:51, 8 yanvar 2022 (UTC)[cavabla]
Hörmətli @Eldarado, yəni açığı bütün dəyərli istifadəçilərə bu səsvermə ilə bağlı tək-tək mesaj göndərərkən canım çıxıb. Nə zərəri var ki belə qarşısınız bəzi istifadəçilər kimi? Haqlı olaraq qayda deyirdiniz ki, artıq oda hazır. Əleyhinə səs verməyiniz üçün qeyd etdiyiniz səbəbdən başqa nə isə bir əsaslı səbəbiniz varmı? Etiraz etdiyiniz, əksik/artıq olduğunu düşündüyünüz başqa bir xüsus varsa, buyurun qeyd edin, müzakirə edək. Lavici mesaj?16:35, 9 yanvar 2022 (UTC)[cavabla]
Hörmətli @Patriot Kor, hələlik deyəndəki nə vaxt olacaq bəs? Olduqca faydalı bir funksiyadır. Yararlanmaq lazımdır. Deyəsən qaydaya diqqətlə nəzər yetirməmisiniz. Elə hər kiçik müzakirədə bu hüquqdan istifadə edilməyəcək təbii ki və bu hüquq hər kəsə yox, sadəcə ehtiyacı olan və kütləvi mesaj göndərməyi planlaşdıran təcrübəli istifadəçilərlə birgə idarəçilərə verilir. Lavici mesaj?16:44, 9 yanvar 2022 (UTC)[cavabla]