Səsvermə 11 yanvar 2022 — 26 yanvar 2022-ci il tarixləri arasında keçirilir.
Araz Yaquboglu, Babək Akifoğlu, Baskervill, Drabdullayev17, Eldarado, Eminn, Qolcomaq, Nicat49, Solavirum, Sortilegus, Toghrul R, Turkmen, Wertuose, White Demon
Bu dizaynın əvvəlkindən fərqi tam olaraq ondan ibarətdir ki, bu versiyada hər hansı göstərilən namizədin səsverməsi üçün ayrıca səhifə açılır. Bundan əlavə namizəd göstərilərkən tələb olunur ki, əsaslı səbəb göstərilsin. Ümumiyyətlə, BNS və SNS-də səsverməni tamamilə yığışdırmalıyıq. Sadəcə olaraq fikrimizi aydın gösətrmək üçün müvafiq səsvermə şablonlarından istifadə edə bilərik. Vikipediya demokratiya deyil və ümid edirəm idarəçilər də müvafiq müzakirələri yekunlaşdırdıqda səs çoxluğu nüansını deyil, müzakirənin gedişatını nəzərə alarlar. Digər bir nüans isə hal-hazırda SNS-də yer alan bəzi müzakirələr ilə bağlıdır. Belə ki, bəzi müzakirələrin üzərində aylar keçsə də ya ümumiyyətlə heç kim fikir bildirməyib, ya da 2-3 nəfər fikir bildirib. Təklif edirəm ki, bu versiyanı qəbul etdikdən sonra ilk növbdə həmin müzakirələri bu sistemdə yenidən başladaq. Bu arada, qeyd etdiyim versiya BNS-ə də aiddir. Sadəcə olaraq, hal-hazırda nümunə olaraq sadəcə SNS-i göstərmişəm. — Surə 🗯 18:58, 11 yanvar 2022 (UTC)[cavabla]
Yekun nəticə:
N Kifayət qədər etibarlı səs toplamadığı üçün təklif qəbul edilmədi. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 10:56, 1 fevral 2022 (UTC)[cavabla]