. Love.az

Vikipediya Sps - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Sps
Blue tick
Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir.
Səhifənin məzmunu bütün vikipediyaçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə bu dəyişikliklərin vikipediyaçılar tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa, səhifənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin.
Qısa keçid yönləndirmə
  • VP:SPŞVP:SPŞ

Qayda səsvermə nəticəsində qəbul edilmişdir.

  • Səsvermə müddəti: 7 aprel — 22 aprel, 2012-ci il.
  • Qüvvədədir: 24 aprel, 2012-ci il.
Fəal məzmun:
  • Seçilmiş məqalələr
  • Seçilmiş siyahılar
  • Seçilmiş portallar

Seçilmiş məqalə alətləri:

  • Həftənin seçilmiş məqaləsi
  • Həftənin yaxşı məqaləsi
  • Həftənin seçilmiş siyahısı
  • Seçilmiş məqalə şərtləri
  • Laboratoriya
  • Seçilmiş siyahı namizədləri
  • Seçilmiş məqalə namizədləri
Həmçinin bax
  • Vikipediya:Yaxşı məqalələr

Seçilmiş portal — Vikipediyanın ən yaxşı portallarına verilən statusdur. Seçilmiş portalın üst sağ küncündə qızılı rəngdə kiçik ulduz nişanı qoyulur.

Portalın seçilmiş portal statusu qazanması üçün o, yaxşı hazırlanmış, əhatəli, doğru, tərəfsiz və etibarlı olmalıdır.

Yəni,

  1. Yaxşı hazırlanmış - portalın mətni aydın tərzdə və Azərbaycan dilinin bütün qanunlarına cavab verəcək şəkildə olmalıdır.
  2. Əhatəli - portal mövzu ilə əlaqədar dəqiq mənbələrə əsaslanan əhəmiyyətli məlumatlarla zəngin olmalıdır.
  3. Doğru - portalda iddia edilənlər etibarlı mənbələrdə öz təsdiqini tapmalıdır. Əks iddialar məntiqi dəlillərlə irəli sürülməli və alternativ etibarlı mənbələrlə təsdiq olunmalıdır.
  4. Tərəfsiz - portal sırf elmi məlumatlara əsaslanmalı və neytral mövqedən hazırlanmalıdır.
  5. Etibarlı - portal davamlı dəyişikliklərə məruz qalmamalıdır. Vandalizm səciyyəli redaktələrin ləğvi və məqalənin zənginləşdirilməsi məqsədi ilə edilən dəyişikliklər istisnadır.


  • Portal əvvəlcə Azərbaycan Vikipediyasının Seçilmiş portal laboratoriyasından keçməlidir.
  • Portal Azərbaycan dilinin qrammatik qaydalarına uyğun, sadə və səlis bir dildə olmalıdır.
  • Portal üzərində qızğın mübahisələr gedən bir məqalə olmamalıdır.
  • Portal Stil kitabçasının bütün tələblərinə cavab verməlidir.
  • Portalda şəkillər düzgün yerləşdirilməlidir.
  • Portalda müəllif hüquqlarını pozan materiallar olmamalıdır.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Seçilmiş_portal_şərtləri&oldid=7601245"
LOVE.AZ