Məqalədə qüsurlu qismlər hələ ki, gözümə dəymədi: yəni yaxşı alınıb, əhsən. Bir müddət sonra demək olar ki, istinadların 99%-ni təşkil edən (bəlkə də 100%-ni) bütün internet səhifələri deaktiv olacaq: mənbələri arxivləşdirsəz lap yaxşı olardı.--Flagellum Dei (müzakirə) 20:26, 12 sentyabr 2016 (UTC)[cavabla]
White DemΩn sizdən kiçik bir xahişim var. Laboratoriyada hesab 11:0 (leyhinədir). Artıq səbrim qalmayıb, hər gün gözləyirəm mənim məqaləm "Seçilmiş məqalə" statusu alsın, bu mənim xəyalımdır. 25 sentyabr tarixinə hələ çox var. İcazə verirsiniz ulduzu indi yerləşdirim, :-) ?--Calal99 (müzakirə) 20:56, 12 sentyabr 2016 (UTC)[cavabla]
Məqalənin bölmələrində əsas məqalə kimi çoxlu sayda mövcud olmayan məqaləyə (məsələn: "Cüdo 2016 Yay Olimpiya Oyunlarında" kimi keçidləri nəzərdə tuturam) keçidlər verilmişdir. Bu əsas seçilmiş məqalə şərtlərindən biri olan informativliklə bağlı tələbi pozur. Mümkün qədər həmin keçidlər əsasında məqalə yaradılmalıdır. Hörmətlə --sefer azeri11:23, 13 sentyabr 2016 (UTC)[cavabla]
Sefer azeri salam. Məndə XXXI Yay Olimpiya Oyunları ilə bağlı hər şey planlı şəkildədir. Mən 1. növbədə yarışlara qatılan bütün idmançılara məqalə yaradıram. 2. növbədə yarışların nəticələrini yazacam. 3. növbədə isə hər ölkə üçün məqalə yaradacam. Ona görə narahat olmayın, hər şey həll olunacaq.--Calal99 (müzakirə) 11:28, 13 sentyabr 2016 (UTC)[cavabla]
Bir sıra iradlarım var:
Medalçılara aid bölmədə heç mətn yoxdu. Yaxşı olardı ki, ümumu statistika qısa şəkildə yer alsın, digər Olimpiyadalarlda ölkənin çıxışı müqayisə edilsin, kiminsə ikinci və ya üçüncü medalı qazandığı barədə məlumat yerləşdirilsin və s.
Olar. Ancaq Ruvikidəki məqalə hələki yarımçıqdı. Azad Rəhimovun bu müsahibəsini də istifadə edə bilərsiz. Orada nazir legionerlər probleminə də toxunur. Yeri gəlmişkən, ölkə yığmasının yarısından çoxunun (!) legioner olmağı barədə ayrıca bölmə olsa da pis olmaz. Bu halı tənqid edənlərin və tərifləyənlərin fikirləri də olmalıdı. Bir sıra KİV-lər bu problemi qeyd edirdilər. --Interfase (müzakirə) 18:46, 13 sentyabr 2016 (UTC)[cavabla]
Azərbaycan hakimləri barədə heç nə yazılmayıb. Olsa pis olmaz. İnformasiya tapılmayıbsa, problem yoxdu.
Məqaləlin əsas problemi ondadır ki, məqalədə xeyli mənasız mətn var və əsasən də idmançıların çıxışından bəhz edir. Məsələn, filan güləşçi filan güləşçini udub yarımfinala çıxdı, yaxud, filan avarçəkən filan vaxta məsafəni keçərək filan yeri tutdu. Əgər bütün bu informasiya bölmənin aşağısında yerləşən cədvəldə varsa, onu əlavə təkrar etməyin mənası nədi? Yaxşı olardı ki, mətndə digər oxucu üçün faydalı olan informasiya yerləşdirilərdi. Məsələn, idmançıların lisenziyaları necə qazandıqları barədə, favoritlərin necə məğlub olmaları və uğur qazanan idmançıların çıxışları barədə, məşqçilərin və idmançıların fikirləri, digər maraqlı faktlar yer alsa, məncə daha yaxşı olar. Bəzi idmançılar haqqda heç nə yazmamaq da olar. Hal hazırda məqalə məqaləyə yox, daha çox idmançıların çıxış xronologiyasına bənzəyir. --Interfase (müzakirə) 18:20, 13 sentyabr 2016 (UTC)[cavabla]
İdmançıların necə lisenziya qazandıqlarını yazmısızsa yaxşıdı. Ancaq aşağıdakı tablisalarda təkrar olunan informasiyanı qoymaq lazım deyil. Ümümilləşdirilmış şəkildə yazsaz daha yaxşı olar. Bəziləri haqqda isə heçnə yazmasaz da olar. --Interfase (müzakirə) 18:46, 13 sentyabr 2016 (UTC)[cavabla]