Silinsin: ŞEƏ şərtlərini ödəmir. Kriteriyalara da cavab vermir. Bu adam Rusiyada regional vilayət/şəhər məclisində təmsil olunur. Sırf azərbaycanlı gedib Rusiyada çalışır deyə məqaləsi olmalı deyil. Bu tipdə "diaspor fəaliyyəti" adı altında onlarla məqalələr var. Hamısı da bir-bir təftif edilməlidir. Grenzsoldat16:20, 13 noyabr 2023 (UTC)[cavabla]
niyə olsun? Rusiyada vilayət deputatlarının sayı 3980 nəfərdir. Mən hələ şəhər sovetlərini demirəm. Hər birinin məqaləsi olmalıdır? Sadəcə azərbaycanlıdır deyə bizim "diaspor fəalları" yaradıb :d Grenzsoldat18:42, 13 noyabr 2023 (UTC)[cavabla]
Düzgün deyil. Heç bir halda DQMV deputatları da birbaşa ensiklopedik sayılmamalıdır. Naxçıvan MR-də isə status fərqlidir, amma sadəcə sıravi MR deputatı da ensiklopedik sayılmamalıdır. Ensiklopedikliyi gücləndirəcək başqa faktorlar da lazımlıdır. Dr.Wiki54 (müzakirə) 09:18, 18 noyabr 2023 (UTC)[cavabla]