Bir yazar və tərçüməçinin, tərcümə etdiyi və yazdığı kitabların Milli Kitabxana və s. mənbələrdən istinadları qeyd edilibsə, səhifənin etibarlı olması üçün kifayətdir. Daha təkmilləşdirmək üçün öz töhfənizi verin. Kanan Azerbaijan 2025 (müzakirə) 09:35, 8 mart 2025 (UTC)[cavabla]
Ensiklopedik (ensklopedik yox) məlumat — konkret bir mövzu haqqında qısa, dəqiq və obyektiv şəkildə təqdim olunan əsas məlumat toplusudur.Yazarın tərcümə etdiyi Quran kitabının neçə illərdir vikipediya məlumatı mövcuddur, müəllifin vikipediyası niyə qaydalara zidd sayılır ki?
Əlixan Musayev Quranı ən doğru tərcümə edən yazardır və 120-dən çox kitab müəllifidir. Burada çox az qismi qoyulub hələ. Onun Viki səhifəsi silinməli deyil. Müzakirəni qapadın. Heç bir din xadimi və ya yazar haqqında ensiklopedik deyil - bəhanəsi gətirilə bilməz. Bu böcək və ya çiçək sinfinə aid məqalə deyil.
Aqressiv münasibət sərgiləmirəm, bir cümləni qrammatik doğru yaza bilməyən biri məqaləni silinmə müzakirəsinə çıxarır. Adam yazardır. Başqa nə istinad verilməlidir? Ensiklopedik şəxsiyyətin 2 vacib kriteriyasına cavab verir məqalə:
1-Məqalənin mövzusu əhəmiyyətlidirmi? – Bəli, Əlixan Musayev İslam ilahiyyatçısı və yazıçı kimi kifayət qədər tanınır, xüsusilə Qurani-Kərimin Azərbaycan dilinə mənaca tərcüməsi kimi mühüm işi mövcuddur.
VP:N Qaydasının *Nəzakətsizlikdən qaçınmaq* hissəsini açıq şəkildə pozdunuz bundan xəbərdarsınız? hörmətli inzibatcılar bununla bağlı tədbir görərsiniz. Redivy (müzakirə) 12:38, 8 mart 2025 (UTC)[cavabla]
Həqiqəti demək nəzakətsizlik deyil. *da, də-ni ayıra bilməyənin birinin, yaxud ensiklopediya sözünü doğru yaza bilməyən birinin burada məqalənin ensiklopedik olub-olmadığını müzakirə etməyə haqqı yoxdur. Ümumən, Viki səhifə redaktə etməyə haqqı yoxdur. Səninlə bağlı tədbir görsələr yaxşı olar. Abu İshaq 22 (müzakirə) 18:21, 8 mart 2025 (UTC)[cavabla]
@Abu İshaq 22 Nəzakəti qorumağa çalışaq. Məqalədə olan əskikliklər aradan qaldırılacaq. Burada mübahisə üçün yox, məqalənin uyğunsuz yerlərini vikiləşdirmək üçün buradayıq. Təşəkkür edirəm. Kanan Azerbaijan 2025 (müzakirə) 19:44, 8 mart 2025 (UTC)[cavabla]
Silinsin: şəxs ensiklopedik meyarları ödəmir. Şəxsin xeyli kitab yazması onun ensiklopedik olması demək deyil. İlk növbədə onun fəaliyyətinə sahənin mütəxəssisləri tərəfindən rəy verilməlidir. Yaradıcılığı öz sahəsi üzrə yüksək qiymətləndirilməlidir. Burada isə mən bu halları görmürəm. --Tarixi Nadir (müzakirə) 11:07, 16 mart 2025 (UTC)[cavabla]