Siyasətçi kriteriyalarının 3 və 4-cü bəndini ödədiyini düşünürəm. Mətbuatda ölkənin su təsərrüfatı və su infrastrukturunun inkişafı barədə kifayət qədər geniş işıqlandırılan, icraedici və ya qanunverici orqanlardakı rəhbər şəxsdir. Tələbat olarsa yeni mənbələrin əlavə edilməsi mümkündür. Riad Akhundzada (müzakirə) 15:20, 30 dekabr 2023 (UTC)[cavabla]
Təşəkkür edirəm rəyləriniz üçün. LinkedIn səhifəsinə istinad mümkündürmü? Bir də hazırda qeyri iş günləridir bildiyiniz kimi, təyinat, mükafat, təltif və s.lərlə bağlı məlumatların əldə edilməsi mümkün deyil. Ən azından bir müddət - yanvar ayı ərzində səhifənin silinməməsi mümkündür? Müvafiq mənbələrin əldə edilməsi, qeyd olunan məqalənin ensiklopedik tələblərə uyğun yenidən düzəldilməsi üçün. “Bu məqalə tamamlanmamışdır, üzərində iş gedir” başlığını əlavə etməklə. Ensiklopedik tələblərə uyğun olaraq düzəldilə bilməsə silinməsinə etiraz etmirəm Riad Akhundzada (müzakirə) 12:12, 31 dekabr 2023 (UTC)[cavabla]
Səhv etmirəmsə 30 gün ərzində dəyərləndirmə gedə bilir, istisna halları çıxmaq şərti ilə və istinadlara əlavə olaraq qeyd olunan layihənin rəhbəri olduğunu təsdiq edən herhansi pdf,online yükləmə keçidi olan saytlara əlavə edib istinad kimi göstərə bilərsiniz vəya hərhansı müəyyən statuslu xəbər saytında paylaşım edilibsə göstərmək olar. Həmçinin həmçinin məqalənin üzərindən işləmək lazımdır, uğurlar. Aliyev Johsgun (müzakirə) 12:22, 31 dekabr 2023 (UTC)[cavabla]
Ətraflı izah və istiqamət verdiyiniz üçün təşəkkür edirəm. 30 gün ərzində silinməsə bunun məqalə və mənbələrin üzərində işlənilməsi üçün yetərli olacağını düşünürəm. Təşəkkür edirəm, sizə də uğurlar ! Riad Akhundzada (müzakirə) 12:27, 31 dekabr 2023 (UTC)[cavabla]
Məqalə silinsə belə sonradan ensiklopedik halda yenidən yükləmək olar yəni zaman baxımından çatdıra bilməsəniz həmçinin, misal üçün bir şəxs adi bir qurumda daşıdığı öhdəliklər ensiklopedik əhəmiyyət daşımır amma xüsusi xidmət, ümumi dövlət və s əhatəli qurumda səlahiyyətləri olduqda dəyişir - bu tip. Aliyev Johsgun (müzakirə) 12:50, 31 dekabr 2023 (UTC)[cavabla]