Biz hazırda dörd ildir səhvlərlə dolu olan məqalələr saxlayırıq. Hələ şişirdilmiş məlumatlar nə qədərdir. 100 erməni öldürdü, əli ilə generalı boğdu, düşmənin qulağını dişlədi, əlbəyaxa döyüşdə 15 nəfəri əsir götürdü və s. Layihənin gələcəyi üçün lazım olan birinci addımı bu gün atmaq lazımdır. İndi isə mexanizmi izah edirəm. Konsensus əldə ediləcəyi halda mərhələli formada 2905 məqaləyə baxış olacaq. VP:HƏRBÇİ şərtləri ödəyən məqalələrin siyahısını hazırlanacaq. Ardınca isə açıq aydın VP:HƏRBÇİ şərtlərini ödəməyən məqalələrin silinməsi prosesi aparılacaq. Sual altında olan məqalələr isə ümumi müzakirəyə çıxarılacaq. Həmçinin bu müzakirə zamanı VP:Səs ovçuluğu olacağına da əminəm. İndidən inzibatçıları bu məsələdə son dərəcə həssas olmağa dəvət edirəm. Sullarınız olsa əlavə qeyd edə bilərsiz. Məsələyə lütfən qərəzsiz yanaşın və VP:MİLLİ hisslərini bir tərəfə qoyun. Sonda qeyd edirəm ki, bütün işlərin aparılması, sonrasında dəqiqləşdirmə səhifələri də daxil olmaqla bütün xırda işlərin aparılmasını öz üzərimə götürürəm. Beləcə:
Y Azərbaycandakı və AzVikidəki həssas vəziyyəti nəzərə alıb müzakirəni özüm yekunlaşdırıram. Əvvəlcədən qeyd edim ki, bu, yəni qeyri-inzibatçının SNS və ya hansısa bir müzakirəni yekunlaşdırması hansısa bir lokal və ya ümumviki qaydası ilə qadağan deyil, əksinə bu barədə esse belə mövcuddur. Başqa vikilərdə də bu ənənə var. Məqalələrə gəldikdə müzakirədə də bildirildiyi üzrə müxtəlif hərbi münaqişələrdə həlak olmuş, iştirak etmiş hansısa bir hərbçinin ensiklopedik hesab edilə bilməsi üçün o şəxs başda VP:HƏRBÇİ olmaqla VP:ŞEƏ-nin hansısa bir bəndinə uyğun olmalıdır. Müzakirə edilən II Qarabağ şəhidlərinin də 99 faizi, yəni mütləq əksəriyyəti, çox təəssüf ki, bu qaydaya uyğun deyil və ümumviki prinsiplərə əsasən də sürətli silinməlidirlər. Bu gün Ukrayna və Qəzza müharibələrində hər gün nə qədər insan həlak olur. Biz və ya kimsə deyə bilərmi ki, onlar hamısı və ya çoxsu ensiklopedikdir? Bizim Vikipediya:Vikipediya nə deyil? prinsipimiz də var. İstəyən yenidən nəzər yetirə bilər, bir də bura copy-paste etmək istəmirəm.
1) Heç bir ordeni olmayanların, yəni ancaq medalı (Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycan Milli Qəhrəmanına verilən Qızıl Ulduz medalı istisna) olanların;
2) Sadəcə medalları və cəmi 1 ordeni (Qarabağ, Zəfər kimi ən yüksək (ali) ordenlər istisna) olanların
hamısının silinməsinə qərar verilir.
@White Demon və digər istifadəçilərin də bildirdikləri kimi Xudayar və Arəstə kimi, məsələn, hətta VP:HƏRBÇİ-yə uyğun olmasalar belə, VP:ŞEƏ-nin digər bir sıra şərtləri üzrə ensiklopedik olanlar və ya ensiklopedikliyi mübahisəli olan az qisim (@Grenzsoldat hamısını zatən qruplaşdırıb və siyahılaşdırıb deyə 1-1 ad qeyd etmirəm) silinməyəcək. Gələcəkdə kimsə onların ensiklopedikliyini mübahisəli hesab etsə fərdi qaydada SNS edər və ya edə bilər. Medallardan izafə minimum 2 ordeni olanlar da həmçinin, silinmir. samral müzakirə 06:06, 12 iyul 2024 (UTC)[cavabla]