Bitərəf: Şəxsin Орден «Къоман Турпал» (Орден «Герой Нации») aldığı ilə bağlı istinad var. Bunun Milli Qəhrəman yoxsa Xalq Qəhramanı olduğunu başa düşə bilmədim.
@Bikar, burda nəsə çox ciddi bir səhv var. Azərbaycan Milli Qəhrəmanı adından imtina etmiş yeganə şəxs Fred Asif ləqəbli Asif Məhərrəmovdur. Diqqət etsəz SNS edilmiş bu şəxslə ad soyadları çox oxşayır, cəmi 1 hərf fərqi var. samralmüzakirə22:24, 21 yanvar 2024 (UTC)[cavabla]
@Dr.Wiki54, mərhum milli qəhrəmanımız Fred Asifin yaxınlarından nə soruşacağıq ki? Fred Asifin milli qəhrəman adı alması dəqiqdir, çünki e-qanun.az saytı kimi etibarlı mənbə var. İmtina etməsi barədə də mənbələr var. Məsələ SNS edilmiş bu şəxslə, yəni Arif Məhərrəmovla bağlıdır.. samralmüzakirə22:31, 21 yanvar 2024 (UTC)[cavabla]
Şəxsin Birinci Qarabağ müharibəsi səbəbilə I qrup əlil olma ehtimalı yüksəkdir. Çünki Nərimanov Rayon İcra Hakimiyyətinin saytında mənzil növbəsində gözləyənlər siyahısında bu qeyd edilib. samralmüzakirə22:34, 21 yanvar 2024 (UTC)[cavabla]
Həmçinin buradan (səh. 120) belə aydın olur ki, "Azərbaycan Respublikası Əlil və Şəhid Ailələrinin Vətənpərvərlər Cəmiyyəti"nin sədridir. Lakin bu məqam şəxsi ensiklopedik edərmi? Məncə yox. samralmüzakirə22:43, 21 yanvar 2024 (UTC)[cavabla]
Bu videoda Çeşenistanın ilk fəxri vətəndaşı və milli qəhrəmanı olması barədə sənəd göstərilir. Həmçinin Müdafiə Nazirliyinin ona milli qəhrəman adı verilməsi üçün Prezidentə təqdimat məktubu olduğu, Arif bəyin bu addan imtina etməsi və həmin məktubu 1994-ün mayında AzTV-nin efirində göstərdiyi qeyd edilir. Bu məqamlar hamısı düzgündürsə bu məqamlar şəxsi ensiklopedik edə bilər. Bu məqamlar bu xəbərdə də təkrarlanıb. samralmüzakirə22:57, 21 yanvar 2024 (UTC)[cavabla]