![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Mənbə axtar: Google (xəbər • kitab • akademik • azad şəkillər) • JSTOR Sintszyan-Uyğur Muxtar Rayonu məqaləsinin şablonunda "çinlilər - 40.48%", üzərindən bu məqaləyə link verilir. Deyəsən, əslində Xan (xalq) məqaləsinə keçid olmalı idi. Nə isə... Bu məqaləni oxudum, doğru bir şey gözümə dəymədi, orijinal tədqiqatdır, hamısı yalan-palana oxşayır. Ona görə məqalə silinməlidir ki, bir də heç kim "çin xalqı", yaxud Xan (xalq) linkini tıklaytanda belə qeyri-ensiklopedik məqalələr açılmasın. Bir də ki tək Rəşid Qeybullayevin yazdığını əsas götürərək azərbaycan xalqının etnogenizində cinli adlı hansısa tayfanın iştirak etdiyini vikipediyada göstərmək doğru deyil. Aranızda indiyə qədər biləniniz vardımı ki bəs azərbaycan xalqı cinli tayfasından törəyib? Gülməlidir, eləmi?! : Silinsin: Hörmətlə, --Afrasiyab (talk) 13:10, 17 noyabr 2014 (UTC)
Qərar: Müzakirələrdə istifadəçilərin əksər hissəsi müəyyən dəlillərlə məqalənin Vikipediyada qalmasını dəstəklədikləri üçün məqalə saxlanılmışdır. --İrada (talk) 10:47, 24 fevral 2015 (UTC)
Mənbə axtar: Google (xəbər • kitab • akademik • azad şəkillər) • JSTOR Bu şəxsi şəxsən tanımıram. Ümumiyyətlə nə tv-də nədə ki, hər hansısa bir ədəiyyat dərgisində bu şəxslə bağlı bir yazı görməmişəm. İnternetdə öz yazılarını paylaşdığı nejatkazimov.wordpress.com adlı bir bloqu var. Bir sözlə ensiklopedik-şəxs deyil. Yəni bu adam barədə məqalə varsa niyə mən də özüm barədə bir məqalə yaratmayım ? :) İnanın yazmağa qalsa bundan 10 dəfə yaxşı yazaram. --Baskervill (talk) 06:57, 20 noyabr 2014 (UTC)
Silinsin:--Şeyx Şamil Danış! 16:25, 6 dekabr 2014 (UTC)
Qalsın: Mənbələr var. Gənc yazardı. Silmək düz olmaz. Tembol artıq 1 romanın müəllifidir.--samral müzakirə 21:05, 7 yanvar 2015 (UTC)
Qərar: Müzakirələrdə istifadəçilərin əksər hissəsi müəyyən dəlillərlə məqalənin Vikipediyada qalmasını dəstəklədikləri üçün məqalə saxlanılmışdır. --İrada (talk) 10:47, 24 fevral 2015 (UTC)
Bürokrat və idarəçi cənab İstifadəçi:Sortilegus artıq 2-ci dəfədir ki 1-ci şablonu heç bir müzakirə aparmadan, xəlvəti silir. 1-ci dəfə şablonun əhəmiyyətini izah etdim, bərpa etdim, heç nə demədi, üstündən 1 həftə keçəndən sonra yenə də şablonu sildi. Özü də bilir ki şablon 2 məqalədə (biri Azərbaycanlılar məqaləsidir) istifadə olunur. Bunu bilə-bilə, xəlvətcə şablonu silir, heç kimin xəbəri olmasın deyə Azərbaycanlılar məqaləsini də 1 ay əvvəlki vəziyyətinə gətirir və mühafizə edir. Üzr istəyirəm, mənim sıçan-pişik oynayan vaxtım deyil, şablonu bir daha bərpa edirəm və özüm də burada silinməyə namizəd göstərirəm. Gəlsin izahat versin, əsaslandırsın görək şablonu hansı əsaslarla silir? Axı mən ona izah etdim ki, bu şablon rusca snoskaların göstərilməsi üçün məhdud şəkildə istifadə ediləcək və bizim işimizi xeyli asanlaşdıracaq? Əlavə olaraq həm də nəzərinə çatdırdım ki, az vikidə və digər vikilərdə xeyli sayda ingilis dilində şablonlar var və bu heç kimi narahat etmir. Üstəlik, azvikidəki kitab şablonu qüsurludur, snoskalarda onu tətbiq etmək olmur. Hələ bir Kniqa şablonuna uyğun, Kitab2 şablonu yaratsın, sınaqdan keçirək, görək nə qədər effektlidir. Sonra baxarıq. Yox, ortada əvəz etmək üçün heç nə yoxdur, kniqa şablonu məqalələrdə istifadə olunduğu halda, şablonu xəlvəti silir?! Odur ki bu məsələni ümumi müzakirəyə çıxarıram, silinməsi lazımdırsa, silinsin, məsləhətdirsə saxlanılsın. Əvvəlcədən təşəkkür edirəm. İndi görürəm bu şablonları da silib: [[Şablon:М.]], [[Şablon:Указание места в библиоссылке]], [[Şablon:Из БСЭ]], [[Şablon:Mənbə:]], [[Şablon:СПб.]], [[Şablon:ВТ-ЭСБЕ]], [[Şablon:Статья]], mümkünsə bunlara da münasibət bildirin. Nə isə nə bezirəm, insanlar başqasına mane olmaq üçün paxıllıqdan desən edə bilərlərmiş? Nə Millət, nə Vətən? Hamı özü üşü çalışır, başqasına badalaq vurum, işini pozum, özü də kim edir bunu? İDARƏÇİ! Bu şablonların üzərində hələ nə boyda işləmişdim, uyğunlaşdırmışdım...
Afrasiyab (talk) 19:37, 5 dekabr 2014 (UTC)
Afrasiyab, əlbətdəki öz dilimizə tərcümə etsəz, qala bilər. Hörmətlə: --Kim Yushin (talk) 14:53, 6 dekabr 2014 (UTC)
Hörmətli həmkarlar. Bu səhifədə müzakirədə iştirak etdiyinizə görə və səs verdiyinizə görə hamınıza təşəkkür edirəm. Siz mənim yazdıqlarımı heç oxumasanız da, mən sizin yazdıqlarınızı diqqətlə oxudum və sizin arzunuza uyğun olaraq hərəkət etdim:
Aranızda məndən sonra yenə həmin şablonlardan birini, yaxud bir neçəsinin silinməsini istəyən varsa, buyura bilər, mən necə müraciət etmişəmsə, o da elə müraciət etsin, viki-ictimaiyyətin rəyinə uyğun bir qərar qəbul edilsin. Biz artıq XXI əsrdə yaşayırıq, şablonları xəlvəti, yaxud zorla silməyə çalışmaq bizə yaraşmaz, ümidvaram ki, yəqin bundan sonra bir daha belə xoşagəlməz hallar baş veməyəcəkdir. Kim hansı vikipedik səhifənin silinməsini istəyirsə, buyursun bura.
Yadınızdadırsa, yuxarıda yazmışdım ki, sizə yalandan deyirlər ki, guya azvikidə rus dilində şablon olanmaz. O adamlar bunu deyirlər ki, onlar azvikinin inkişafına tormuzdular, istifadəçilərin işinin asanlaşmasını istəmirlər, xatırlayırsınızmı? Dünən bütün günü sizə izah etməyə çalışdım flan-flan şablonların rus dilində olması bizim işimizi asanlaşdırır. Məni başa düşmədiniz, ya başa düşmək istəmədiniz, dediniz bizdə rus dilində şablon ola bilməz, guya ki rus dili erməni dili kimi, zəif, cılız bir dildir, o dildə vikipediyada şablon olsa, bizim qürurumuza xələl gələr?! Книга şablonuna görə az qaldı məni vurub öldürəsiniz, yaxşı ki yanınızda olmamışam, bəlkə də öldürərdiniz. Səhər elə-belə en vikini açdım, gördüm envikidə rusca книга şablonu var. Baxın, bu da ingilis vikipediyası, sizin azvikiyə qoymadığınız şablon, ingilis vikipediyasında var: en:Template:Книга. İndi başa dişürsünüzmü ki ingilislər niyə qabaqdadırlar, biz isə dalda qalmışıq? Bir-birimizə badalaq vurmaqdan, bir birimizin ayağının altını qazmaqdan, belə də heç vaxt qabağa da gedə bilməyəcəyik. Mən deyirəm bu olsa işimiz xeyli asanlaşacaq, deyirsiniz yox, olmaz! Deyirəm, nəyə görə olmaz, hansı qaydaya görə? Deyirsiniz, qayda-zad yoxdur, amma olmaz?! Belə hara gedirik?
Hamıya uğurlar və sabahınız da xeyir olsun. Hörmətlə, Afrasiyab (talk) 2:39, 7 dekabr 2014 (UTC)
Az-vikidə 3 dildə şablonun [[Şablon:Kitab]], [[Şablon:Книга]], [[Şablon:Book]] olmasının tərəfdarıyam. --İrada (talk) 11:41, 9 dekabr 2014 (UTC)
Təəssüflər olsun ki, əksər istifadəçilər şablonun adının rus dilində olmasına qarşı çıxdılar. Rus dilində kitablar üçün yaradılan şablona Kitab3 və ya Kitab33 adı qoymaq heç bir məntiqə uyğun gəlmir. Bizim yaponlara çatmağımıza hələ xeyli zaman lazımdır. --İrada (talk) 18:55, 9 dekabr 2014 (UTC)
Qərar: İstifadəçilərin fikirlərini nəzərə alaraq şablonların silinməsinə qərar verildi.--İrada (talk) 10:53, 24 fevral 2015 (UTC)
Vikipediya nə deyil qaydalarının Vikipediya keçidlər, media fayllar və ya şəkillər üçün kolleksiya deyil maddəsinin tələblərinə və Vikipediya:Səhifə silmə kriteriyalarına görə bu səhifə ensiklopedik deyil və müzakirəsiz də silinə bilər. Çünki səhifə siyahı səhifəsi hesab olunmur, ona görə ki, səhifənin məqsədi Vikipediya daxilindəki digər məqalələrə deyil, kənar veb-sayta keçidlərin verilməsidir. Bu da heç bir halda siyahı səhifəsi sayılmır.--Wertuose (talk) 06:56, 7 yanvar 2015 (UTC)
Yekunlaşdırma: