![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Azvikidə son 2 il ərzində onlarla və hətta demək olar ki, 100-lərlə qeyri-ensiklopedik məqalələr yaradılıb. Özünü reklam və google axtarış sistemində axtarılarkən rahat aşkar edilmək üçün hazırlanan bu sifarişli və yaxud qeyri sifarişli məqalələri bir-bir tapıb aradan qaldırmağı özümə bir vəzifə hesab edirəm. Həmin məqalələrdən biri isə özünü gənc yazar adlandıran Orxan Bahadırsoy haqqında yaradılıb. Bu şəxsi tanımıram və heç bir əlaqəm yoxdur. Onun adı ilə bağlı yaradılmış məqalənin silinməsində isə heç bir şəxsi qərəzim yoxdur. Səbəbim sadədir, bu şəxs qeyri-ensiklopedik bir şəxsdir. Sadəcə, sadəcə və sadəcə axtarış edən zaman gördüm ki, bizim aktiv istifadəçilərimzdən olan bəzi şəxslər bu şəxsin əsəri barədə belə bir məqalə yaradıblar (Günahdır səni sevmək). Sefer azeri və Keete 37-dən rica edirəm ki, bu şəxsin ensiklopedikliyi barədə əsaslı məlumatlar versinlər. Qızıl qələm mükafatı almaqla ensiklopedik şəxs olmaq olsaydı, nəsə əşi..--Baskervill müzakirə 18:38, 20 yanvar 2015 (UTC)
Məqalənin müəllifi mənəm. Bilmirəm sizi narahat edən nədir. Mən eyni zamanda sözü gedən şəxsin tanışıyam. Bura haqqında məqalə yazmağı da özüm ona təklif etdim, razılıq verdi və mən də yazdım. Onun ensiklopedik olmadığını deyən şəxs onun qədər nə edib ki? O ölkədə ən gənc yaşda iki kitabı nəşr olunan, bir şeir albomu yayımlanan, həm aktyor, həm jurnalist, həm yazıçı kimi fəaliyyət göstərən yeganə şəxsdir. 19 yaşda "Qızıl qələm" media mükafatı almış və bu mükafatın da ən gənc sahibi olmuşdur. Bundan başqa məqalə və köşə yazıları ilə ən nüfuzlu portallarda çıxış edir. Qarabağ müharibəsinə həsr olunmuş əsərləri hətta xarici ölkədə tamaşaya qoyulur. Siz onun ensiklopedik şəxs olmasına necə şübhə edə bilərsiz ki? Sizin aqressiyanızın səbəbini mən sizə deyim - çox güman ki, yazdığı açıq-saçıq mövzular sizi narahat edib. Ya mentalitetçisiz ya da homofob!? Hər iki halda sizin bu aqressiyanız heç nəyi dəyişmir. Məqaləni də kim istəyir silə bilər. Mən özüm ixtisarlar edib kiçik bir hissə də saxlaya bilərəm. Amma bunu belə qabartmaq, problemə çevirmək və şəxsi eqolarınızı, aqressiyalarınızı bu üsulla biruzə vermək doğru addım deyil! Istifadəçi: ceyhun9292
Mən xahiş edirəm, məqaləni ya silin, ya da silinməyə namizədlər siyahısından çıxarın. Bir aydan çoxdur kİ, bu siyahıda qalıb. Amma qaydalarda ən uzun müddət 15 gün göstərilir. Hər halda kifayət qədər müzakirə etdik. Müzakirədə Baskervill başqa heç kəs məqalənin silinməsini istəmədi. Hamı "Qalsın" deyir. İndi isə artıq konkret bir qərar vermək lazımdır məncə. Ya silin, ya da bu siyahıdan çıxarın. istifadəçi: Ceyhun9292
Cənab Baskervill silinməyə namizəd olan başqa bir məqalənin müzakirəsində qeyd edir ki, "sosial şəbəkələrdə geniş müzakirələr gedirsə niyədə olmasın. Və yaxud sizdən müsahibələr alınırsa, sizi geniş bir çevrə tanıyırsa" sizin haqqınızda məqalə yaratmaq olar. Qeyd edim ki, Orxan Bahadırsoy sosial şəbəkələrdə müzakirə olunan biridir (yazdığı hər əsər və məqalə ilə). Bundan başqa ölkənin ən nüfuzlu KİV ondan müsahibə alıb. Burda ANS telekanalını, Azadlıq Radiosunu qeyd edə bilərəm. Təbii ki, geniş bir çevrədə tanınır da. Üstəlik, Baskervill Orxan Bahadırsoyu yazıçı hesab etmədiyi halda bu KİV onu məhz gənc yazıçı kimi təqdim etmişdir. Yəni, qeyd olunan şərtlərin hamısı bu məqalə sahibində var. Mənə hələ də silinməyə namizəd məqalələr siyahısına daxil edilməkdə məqsədi anlamıram.
Mən cavanfəşanlıq etmirəm. Daha əvvəl qeyd etdim ki, silinirsə, silinsin. Qalırsa, bu siyahıdan çıxarılsın. 15 gün bitib hələ müzakirə gedir. İkincisi "qalsın" deyən tək mən deyiləm. Sizdən başqa hamı qalsın deyir. Üçüncüsü isə bu məqaləni mən tərtib etmişəm. Siz isə mənim tərtib etdiyim məqaləni əsassız olaraq silinməyə namizəd edirsiz. Bu etdiyinizin əsassız olduğunu da bundan əvvəldə qeyd etmişəm. Canfəşanlıq etməyimə bir səbəb yoxdur. Amma sizin belə əsassız iddia irəli sürməyə məlum səbəbləriniz var yəqin. Nəsə. Bu müzakirəyə qoşulmuram daha. Siz silmirsiz. Özüm silirəm bu məqaləni də. Baskervill
Qərar: Müzakirələrdə istifadəçilərin əksər hissəsi müəyyən dəlillərlə məqalənin Vikipediyada qalmasını dəstəklədikləri üçün məqalənin saxlanılmasına qərar verildi. --Araz Yaquboglu (talk) 19:36, 9 mart 2015 (UTC)
Əslində bəzi məqalələrin statusunu itirməsi yaxşı olardı. Çünki həmin məqalələr azvikinin xam vaxtında status alıb. Ancaq əgər bu ediləcəksə, bu işin qaydaları hazırlanmalı və səsverməyə qoyulmalıdır. Ona görə də bu səhifənin silinməsini təklif edirəm.--Yuşin (münazirə) 20:39, 7 mart 2015 (UTC)
Ensklopedik şəxs deyil, silinməsini təklif edirəm. -- ■ Sultan mesaj 18:44, 26 fevral 2015 (UTC)
Silinsin: Ensiklopedik şəxs deyil.-- Pərviz 02:30, 6 mart 2015 (UTC)
Məqaləni dərhal silmə meyarlarına uyğun olaraq sildim. Bu cür məqalələrin müzakirəyə çıxarılmasına ehtiyac yoxdur, çünki məqalədə haqqında söhbət gedən şəxsin ensiklopedikliyini göstərən hər hansı məlumat yoxdur. Azad ensiklopediyanın öz daxili qaydaları var. etmək və məqalə yazmaq azaddır, özünü reklam etmək isə qadağandır.--Wertuose (talk) 14:33, 6 mart 2015 (UTC)
Yekunlaşdırma:
Zəhmət olmasa bu şəkli də bərpa edin, özüm çəkmişəm, çəkiliş üçün pul da ödəmişəm, hansı müəllif hüquqlarının pozulmasından danışırlar? Bu adamlar imkan verməyəcəklər ki. vikipediyada normal fəaliyyət göstərək. Artıq onların hərəkətləri dözülməz həddə gəlib çatıbdır, onların müddətsiz bloklanması və idarəçilik vəzifələrinə xitam verilməsi üçün vəsatət qaldırmaq haqqında düşünməkdəyən. --Hörmətlə, Aydın Məmmədov (talk) 12:08, 8 mart 2015 (UTC)
Qərar: Müzakirələrdə istifadəçilərin əksər hissəsi müəyyən dəlillərlə şəkilin Vikipediyada qalmasını dəstəklədikləri üçün faylın saxlanılmasına qərar verildi. --Baskervill müzakirə 15:58, 12 mart 2015 (UTC)
Qeyri-ensiklopedik şəxsdir. Fotoqraf olmasına baxmayaraq fəaliyyət göstərdiyi sahədə hansısa nüfuzlu mükafata layiq görülməyib, fəaliyyət göstərdiyi sahədə mühüm kəşf və ya sıçrayış hesab ediləcək uğura imza atmayıb, fəaliyyət göstərdiyi sahə mütəxəssisləri və tədqiqatçıları tərəfindən bu sənətin nüfuzlu nümayəndələrindən və təbliğatçılarından biri kimi qiymətləndirilməyib. Adı heç bir ensiklopedik nəşrdə və ya elmi ədəbiyyatda hallanmır. Yalnız müxalif yönümlü bəzi media orqanlarında adı çəkilir. Silinməsini təklif edirəm. --sefer azeri 06:12, 7 mart 2015 (UTC)
Səsverməylə eləmək də çıxış yolu deyil. Əvvəlcə səsvermədə lehdə ya əleyhdə səstoplama da həqiqətən bir insanın ensiklopedik adam olub olmasını müəyyənləşdirməli deyil. Bunun üçün hansısa bir kriteriya olmalıdır. Ensiklopedik şəxs kriteriyaları nədir? Ondan sonra, başqa dilli vikipediyada, ancaq şəxslərin yox, hansısa ifadənin də məqaləsi ola bilir. Sadəcə tarixi ədəbi, siyasi axımların yox. Günlük. Yaşı elə də çox olmayan ifadələrin də.
Ensikopediyaya düşmək üçün bütün Azərbaycanda, ya da bütün dünyada tanınmaq şərti yoxdur ki. azviki Azərbaycanın vikipediyasi deyil. Azərbaycandilli viki-ensiklopediyadir. Yəni orda hansısa kəndin, 15-20 nəfərlik qrupun da fikrinə görə önəmli şəxsdirsə, aça bilsin başlığı. Yetər ki, onun yazım şəkli vikipediya standardina uyğun olsun. Bu baxımdan, bu məqalənin də, ölmüş kiminsə nənəsinin də, yazımı viki-standarda uyğundursa, qalmasına tərəfdaram. Çünki, səsvermə sadəcə nisbət çoxluğunu göstərəcək. Layiq olub olmadigini ortaya cixarda bilmeyecek. Səs verənlərin, ensiklopedik şəxs seçmə qərarının düz olub olmadığını, onun bilgi bazasının yeterli olub olmadigini hardan bileceyik? sirf geli silinsin ya da qalsin demesiyle hansisa maraqli bir meqale siline biler. )) -- bunlara görə. Qalsın. HulaguKaan (talk) 09:15, 7 mart 2015 (UTC)
Qərar: Müzakirələrdə istifadəçilərin əksər hissəsi müəyyən dəlillərlə məqalənin Vikipediyada qalmasını dəstəklədikləri üçün məqalənin saxlanılmasına qərar verildi. --Baskervill müzakirə 16:05, 21 mart 2015 (UTC)
Elmi obyektivli kdən uzaq, belə bir terminin yoxluğu və qərəzli olması, iddia edilən arqumentlərin yer yer tamamilə səhv olması və sairə. ArazZeynili
Yekunlaşdırma:
Əziz həmkarlarım razısınızsa bu səhifəni silək. --Araz Yaquboglu (talk) 16:48, 16 mart 2015 (UTC) Yekunlaşdırma:
Salam Şeyx Qəni Axund Badkubeyi məqaləsini güya qeyri-ensiklopedik olması səbəbilə silmisiz. Bu şəxs əvvəla ayətullahdır. EnViki başda olmaqla bütün vikilərə baxıb görə bilərsiz ki, bütün ayətullah və ayətullah-üzmalar ensiklopedikdir. 2-cisi də bu şəxs tarixi Azərbaycan alimidir. Zəhmət olmasa məqaləni bərpa edin.--samral müzakirə 19:48, 6 mart 2015 (UTC)
Qərar: Müzakirələrdə istifadəçilərin əksər hissəsi müəyyən dəlillərlə məqalənin Vikipediyada qalmasını dəstəklədikləri üçün məqalənin saxlanılmasına qərar verildi. --Baskervill müzakirə 16:19, 21 mart 2015 (UTC)
Sefer azeri daha bir ayətullah haqqında olan məqaləmi silib. Halbuki yuxarıda da qeyd etdiyim kimi bütün vikilərdə bütün ayətullah və ayətullah əl-üzmalar ensiklopedik qəbul edilir. Bu şəxslər barədə azərbaycanca məlumata zlığı o demək deyil ki, bu şey qeyri-ensiklopedikdir.--samral müzakirə 13:11, 7 mart 2015 (UTC)
Qərar: Müzakirələrdə istifadəçilərin əksər hissəsi müəyyən dəlillərlə məqalənin Vikipediyada qalmasını dəstəklədikləri üçün məqalənin saxlanılmasına qərar verildi. --Baskervill müzakirə 16:25, 21 mart 2015 (UTC)
Sefer azeri intervikisi olmayan istənilən məqaləni silir. Bu isə qətiyyən düzgün deyil. Bu əsər məşhur şiə alimi Şeyx Abbas Quminin Xanım Fatimənin həyatından bəhs edən məşhur əsəridir. Düzdür interviki tapa bilmədim. Lakin bu o demək deyil ki, bu məqalə qeyri-ensiklopedikdir. Siz farsca və ingiliscə vikiyə baxsanız görərsiz ki, elə məhz Şeyx Abbas Quminin orada kifayət qədər intervikisi olmayan kitabları haqqında məqalələr var. İntervikisi ona görə yoxdur ki, çünki məlumat azdır bu mövzular barədə. Lakin yenə təkrar edirəm ki, bu qeyri-ensiklopedikliyə və silinməyə əsas deyil. Misal üçün elə məhz bu müəllifin kitabları haqqında intervikisiz məqaləni qeyd edirəm: [7]. Cəmi 2 intervikisi olan digər bir kitabı haqqında məqalə: [8]. Digər kitabları haqqında isə hələlik ümumiyyətlə məqalə yoxdur: [9].--samral müzakirə 13:14, 7 mart 2015 (UTC)
Qərar: Müzakirələrdə istifadəçilərin əksər hissəsi müəyyən dəlillərlə məqalənin Vikipediyada qalmasını dəstəklədikləri üçün məqalənin saxlanılmasına qərar verildi. --Baskervill müzakirə 16:28, 21 mart 2015 (UTC)
Ensiklopediyadır. Həzrət Əli haqqında yazılmış ilk və yeganə ensiklopediyadır. 12 cilddə (+1 cild mündəricat) yazılıb. Yazılarkən 100-dən artıq İslami (İstər sünni, istərsə də şiə) mənbələrindən istifadə olunmuşdur. Ərəb dilində yazılıb və fars dilinə də tərcümə olunub. Sefer azeri müzakirəsiz, güya qeyri-ensiklopedik olmasını əsas gətirərək silib. Ensiklopediyalar ensiklopedikdir. Və buna görə də qaydalara uyğun olaraq da vikipediyada qalmalıdır. Müəllifi də şiəlikdə ən ali dini titul olan Ayətullah titullu Məhəmməd Reyşəhridir.--samral müzakirə 14:53, 6 mart 2015 (UTC)
Qərar: Müzakirələrdə istifadəçilərin əksər hissəsi müəyyən dəlillərlə məqalənin Vikipediyada qalmasını dəstəklədikləri üçün məqalənin saxlanılmasına qərar verildi. --Baskervill müzakirə 16:34, 21 mart 2015 (UTC)
Məqalənin silinməli olduğunu düşünürəm. Sadəcə bu məsələ də tək qərar vermək düzgün olmazdı. Serk@nl@nd, Yuşin (münazirə), Araz Yaquboglu, Emin • ismarış, Keete 37 (Farid Aliev), samral müzakirə və Aydın Məmmədov yoldaşların məsələyə münasibət bildirməsini rica edərdim. Belə şəxslər barədə məqalələr Azvikiyə lazımdırmı ?--Baskervill müzakirə 16:42, 21 mart 2015 (UTC)
Yekunlaşdırma:
Məqalənin nə başı var nə də ki, ayağı. Sadəcə olaraq belə tip məqalələr viki üçün deyil. Belə məqalələri biz ən yaxşı halda qəzet və ya jurnal səhifələrində görə bilərik. Məqalə üzərində digər dil keçidlərinin olmamasıda dediklərimə bir başqa sübutdur. Hörmətlə:--Baskervill müzakirə 16:03, 21 mart 2015 (UTC)
Yekunlaşdırma:
Zaur Ustac adlı yoldaş vikidə Ustacli adı ilə fəaliyyət göstərir. Yeni işə başlamasına baxmayaraq insafən yaxşı işləməyə səy göstərir. Sadəcə özü barədə məqalə yaratmasını düzgün hesab etmirəm. Şəxsin özü ilə sosial şəbəkə üzərində söhbətimiz olsa da görünən odur ki, bir faydası olması. Məncə silinməlidir məqalə. --Baskervill müzakirə 12:02, 23 mart 2015 (UTC)
Yekunlaşdırma: