![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Yekun: Buradakı qaydaya və müzakirənin nəticəsinə əsasən silindi.--Serka@nl@nd 12:51, 17 yanvar 2016 (UTC)
Salam! Hörmətli vikimedia qrupunun istifadəçi üzvləri diqqətinizə çatdırım ki, mənim burada “Mustafa Abbasbəyli” adına yaratdığım məqalə qrupun üzvü Serkanland tərəfindən silinib. Səbəb kimi isə Mustafa Abbasbəylinin “Qeyri-ensiklopedik” şəxs olduğu göstərilib. Sizə bildirmək istəyirəm ki, bu bizim tərəfimizdən normal qarşılanmayıb..Hesab edirik ki, bu qərar yanlış və ədalətsizdir. https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Ensiklopedik_%C9%99h%C9%99miyy%C9%99tlilik_(%C5%9F%C9%99xsl%C9%99r)#Aliml.C9.99r - Ensiklopedik əhəmiyyətlilik ` kateqoriyasının “Alimlər” bölməsində belə bir Punkt var: “Elm üzrə fəlsəfə doktorları (elmlər namizədləri) yalnız o halda ensiklopedik şəxs hesab edilə bilərlər ki, onların elmi fəaliyyətləri barədə, həmçinin, 10-dan artıq elmi məqaləsi və minimum 2 kitabı haqqında məlumat verilsin. Daxil edilən məlumatlar mötəbər mənbələrə söykənmirsə məqalənin silinməsi labüddür”. Mustafa Abbasbəyli Hüquq üzrə Fəlsəfə doktorudur. 3 Universitet bitirib. Onun tanınmış jurnallarda müxtəlif vaxtlarda çap olunmuş 30-dan çox elmi məqaləsi var. 32 məqalənin sübutu olan skan versiyaları da təqdim edə bilərik. “İzahlı sığorta terminləri lüğəti” və “Yol Hərəkəti qaydaları və inzibati xətalar” adlı kitabların hazırlanmasında bilavasitə iştirak etmişdir. http://www.maliyye.gov.az/sites/default/files/Izah2011.pdf Və qeyd etdiyim kimi bir çox məqalələri müxtəlif vaxtlarda bir çox ölkələrdə çap edilmişdir. Məsələn, 2009-cu ilin avqust ayında Rusiyanın «Юрист» jurnalında, 2015-ci ilin aprel ayında “Audit” jurnalında, Maliyyə xidmətləri bazarında nəzarət işinin təşkilində yeni meyillər (meqatənzimləyici sistem) , Keçid dövründə Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri elmi məqalələr məcmuəsi, Sığorta müqaviləsinin bağlanması qaydası və forması və yaratdığımız məqalədə yerləşdirilmiş cədvəldə qeyd olunan bir çox əsərlərin və məqalələrin müəllifidir. AR Təhsil Nazirliyi və Az. Dövlət İqtisad Universitetinin Magistratura mərkəzi “Bank işi” kafedrasında müəllim işləməklə yanaşı, həmin kafedrada tədris proqramının tərtibatçısıdır. Qanunvericilikdə dəfələrlə iştirak etmiş və bir çox layihələrin icraçısıdır.Yaratdığımız məqalədəki cədvəldə və digər bölmələrdə Mustafa Abbasbəylinin elmi fəaliyyəti geniş şəkildə əks olunmuşdur. Sonda sizdən xahiş edirəm ki, məqaləyə yenidən nəzər salıb təkrar səsvermə keçirəsiniz. Öncədən təşəkkürlər. — Bu imzasız yazı Mustafa Abbasbəyli (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Qalsın: Çünki, bunun üçün bir çox səbəblər var. Mən media işçisi olduğum üçün Mustafa Abbasbəylini uzun illərdir ki, tanıyıram. 2009-cu ildə Lider TV-də, 2010-2014-cü illərdə ANS TV-də, 2014-cü ildən indiyədək isə CBC TV-də çalışıram və televiziya sahəsində çalışdığım bu illər ərzində tez-tez onunla maraqlı proqram çəkilişlərimiz olduğunu deyə bilərəm. O, hər zaman maraqlı bir hüquqşünas, ekspert, iqtisadçı, mütəxəssis qismində bizim bir çox proqramların qonağı olub və mən, həmçinin mənim kolleqalarım çəkilişlər edərkən biz öz işimizi görməkdən əlavə, daima onun fikirlərinə diqqətlə qulaq asmışıq. Mustafa bəy bir çox ictimai, sosial problemlərin müzakirə və həllində daima canla-başla iştirak edən və bu problemlərin azalmasında, hətta qismən yoxa çıxmasında böyük təsiri olan bir insan kimi həmişə bizim TV rəhbərlərinin də marağında olan qonaqlardan olub. Azərbaycanın sosial-ictimai həyatında bu qədər önəmli yer tutan insanlar az olduğundan, düşünürəm ki, Mustafa Abbasbəylinin lazımi bir şəxsiyyət olduğunu anlamaq çətin olmaz. Ən azından onun aldığı təhsilin səviyyəsini, saysız-hesabsız elmi məqalələrini, bir sıra xarici ölkələrdə keçirilən konfranslarda etdiyi çıxışları, layiq görüldüyü diplom və sertifikatları görməzdən gəlmək mümkün deyil. Uzun sözün qısası, bir jurnalist kimi, onun vikipediya məqaləsinin olmasını vacib sayıram və səsvermədə lehinə qərar vermənizi istəyirəm. Təşəkkürlər... Konul Necefova
Hörmətli üzvlər siz qeyd etdiyiniz kimi Mustafa Abbasbəylinin elmi məqalələrinə keçid-link yerləşdirirk. Buyurub tanış ola bilərsiniz Hörmətlə Əlibəyli N.
Mustafa Abbasbəyli ilə şəxsi tanışlığım olmasa da, onu xeyriyyəçiliklə məşğul olan bir insan kimi tanıyıram və dəfələrlə onun təşkil etdiyi xeyriyyəçilik layihələrində iştirak etmişəm. Hətta donorluqla bağlı təşkil etdiyi son tədbirlərdən sonra, onun cəmiyyət üçün lazımlı bir şəxs olduğuna bir daha əmin oldum. Mən özüm də elmi işlərlə məşğul olan bir şəxs olduğumdan daima əhatəmdə bu cür insanlar var, lakin onların arasında çox az adam tanıyıram ki, cavan yaşda olmasına baxmayaraq, bu qədər dolğun həyat və yaradıcılıq fəaliyyəti olsun. Rəsmən adamın həyatı elmi işlərlə məşğul olmaqla, durmadan yazıb-yaratmaqla, fasiləsiz araşdırmalar aparmaqla keçib. Bu gedişlə onun daha yüksək mərtəbələrə çatacağına inanıram və belə zəngin yaradıcılıq fəaliyyəti olan bir şəxsin vikipediyasının olmasını dəstəkləyirəm.
qalsin. Mən Rəşad Muradov Azrbaycan Dövlət İqtisad Universitetinin professoruyam və Mustafa Abbasbəylini şəxsən tanıyıram. o universitetimizdə Bank işi kafedrasında leksiyalar oxuyur. savadına bələdəm, qeyd olunan məqalələrinin də bir çoxu universitetimizin nəşriyyatında çap olunub, həqiqiliyini təsdiq edirəm.
Hormətli üzvlər.. |Asparux Xan Bulqar] Serkanland| və digər yoldaşlar. Cədvələ nəzər salsanız elmi məqalələrə 4-5 istinad üçün link yerləşdirmişik.. və bu istiqamətdə davam edirik. Xarici keçidlərə nəzər salsanız, rəsmi youtube səhifəsində Mustafa Abbasbəylinin müsahibələrini, aktual problemlərin həlli istiqamətində bir çox verilişlərdə iştirakını görmüş olarsız. Qeyd etdiyimi kimi Mustafa Abbasbəyli Hüquq üzrə fəlsəfə doktorudur və yenə də təkarar edirəm ki (mükündürsə bura yerləşdirədə bilərik) 32 məqalənin skan versiyasını sübut üçün sizə təqdim edə bilərik. Əlibəyli N.
Mustafa Abbasbəylinin İqtisad universitetinin müəllim heyətində olduğunu təsdiq edən link http://unec.edu.az/tedqiqat/kafedralar/iqtisadiyyat-ve-isletme/ Mustafa Abbasbəylinin İqtisad Universitetində maqistr tələbələrinə elmi rəhbərlik etməsini təsdiq edən link http://unec.edu.az/magistr-dissertasiyalarinin-elektron-versiyalari/ http://unec.edu.az/application/uploads/2015/05/kazimova_nigar.pdf
Aabdullayev851 - bu şəxs kimdirsə həm də bizi ilk şikayət edəndir. Şikayət etmisdiki ` səhifə silinməyə namizəddir` cümləsini silmişik. Biz isə bunu qəsdən etməmişdik.. Dəfələrlə bunu sizə bildirmişik.. Hörmətli Aabdullayev851 bizi şikayət emək əvəzinə kömək edə bilərdi bizə və biz də səhvlərimizi təkrarlamazdıq. İndi, yenə də çox hörmətli Aabdullayev851 araşdırmadan, diqqət etmədən kənd meydanında qeyri-dəqiq məlumat paylaşır. Bu şəxs niyə belə edir? Diqqətli olaq zəhmət olmasa. Hörmətlə Əlibəyli Nicat.
Hörmətli |Asparux Xan Bulqar] sizin təbirinizcə fərdi keyfiyyət anlayışı nə deməkdir? Ölkənin ictimai-sosial problemlərinin müzakirə və həllində iştirak etmək sizcə fərdi keyfiyyətdir? Sizin belə bir fərdi keyfiyyətiniz varmı? Şəsxən mənim yoxdur, çünki şəxsi problemlərdən dolayı əksər insanların heç ölkənin problemlərindən xəbəri yoxdur, qaldı ki, onun müzakirə və həllində iştirak edələr. Əgər mən onun xasiyyəti haqda, davranışı haqda (hansı ki, bilmirəm) nəsə yazmış olsaydım, məni onun fərdi xüsusiyyətlərini tərifləməkdə günahlandırmış ola bilərdiniz. Qaldı ki, bu şəxsin elmi fəaliyyətinə: bu qədər elmi məqalələr yazan, ölkənin önəmli universitetlərindən birində elmi rəhbərliklə məşğul olan, xarici ölkələrdə keçirilən elmi konfranslarda dəyərli fikirləri ilə çıxış edən, bir neçə önəmli kitabların və hətta sığorta üzrə qanunların qəbulunda və təşkilatların, komitələrin yaradılmasında iştirak edən birinin elmi fəaliyyətinin nədən ibarət olduğunu soruşmaq gülüncdür. Bütün bunlar elmi fəaliyyət deyilsə nədir? Deyin, biz də bilək. Həm bu qədər qısa zamanda bu qədər işlər görmüş və vikipediyası olmayan biri varsa, göstərin, tanıyaq! MUSTAFA ABBASBƏYLİNİN BU GÖSTƏRİCİLƏRİ VARSA, VİKİPEDİYA MƏQALƏSİ DƏ OLMALIDIR.Ümid edirəm, qərar ədalətli olacaq! Könül Nəcəfova
hörmətli |Asparux Xan Bulqar]] atdığınız link ingiliscədir, mən ingilis dilini bilmirəm, azərbaycan dilində atın, görüm ki, bu şəxs hansı kriteriyalara cavab vermir. Bəlkə əslində cavab verir, sadəcə səhifəni yaradan onu göstərməyib. Könül Nəcəfova
hörmətli |Asparux Xan Bulqar]] şəxsin yuxarıda qeyri-ensiklopedik olduğunu əsas gətiriblər. ensiklopedik olmanın şərtləri:
1. 10dan artıq məqaləsi olmalıdır (32 elmi məqaləsi var)
2. 2-dən artıq kitabda müəllif olmalıdır (2 kitabda həmmüəllifdir)
3. Elmlər namizədi olmalıdır (hüquq üzrə fəsəfə doktorudur)
başqa nə lazım?
Könül Nəcəfova
Bəli, mən də hesab edirəm ki, qeyd olunan göstəricilər Mustafa Abbasbəyli məqaləsində öz təsdiqin tapıb. N. Əlibəyli
Semral, Minnətdaram. İnşallah bu səsvermə ədalətli keçsə fikrim var ki, burada yarımçıq qalmış bir-iki məqaləni kənd meydanında istifadəçilərin müzakirəsinə çıxarım. Əgər lehinə qərar olsa zənginləşdirmə işin aparım. Xeyirlisi.. --Nijat Alibayli (müzakirə) 21:18, 20 yanvar 2016 (UTC)
Samral, təşəkkür.Sabah ilk işim sizin qeyd elədiyiniz tapşırıqları yerinə yetirmək olacaq --Nijat Alibayli (müzakirə) 21:25, 20 yanvar 2016 (UTC)
Samral bəy indi alınmır çünki tərslikdən işıqlar sönür yanır. Kompda zaryatka yox. Teldən isə alınmır :( --Nijat Alibayli (müzakirə) 21:28, 20 yanvar 2016 (UTC)
Samral bəy inşallah sabah tezdən, günün birinci yarısına kimi sizin tapşırıqları yerinə yetirəcəm. Biz də nə qədər əziyyət çəkmişik istəmərk məqalənin silinməyini. --Nijat Alibayli (müzakirə) 21:33, 20 yanvar 2016 (UTC)
Hörmətli -Asparux Xan Bulqar sanki təkidlə ,israrla bu şəxs ensiklopedik deyil deyirsiz.. Axı siz necə belə əminliklə deyə bilərsiniz? Axır hər şey göz qabağındadır. və məni sevindirən digər tərəf, artıq vikimediya üzvlərinin də bu istiqamətdə bizə kömək etməsidi.. Tanımadan, bilmədən kömək olunur bizə burada bu dəq. Baxıram ki, məqaləmizi redaktə edir insanlar.. Nəticədən asılı olmayaraq hər birinə öz adımdam və bu məqalənin yaranmasında mənə köməklik edən digər şəxslərin adlndan hər kəsə,hər birinizə,hətta sizə belə təşəkkürümü bildirirəm.. Amma bu şəxs ensiklopedik deyil deyən hər bir kəslə sonuna qədər mübarizəmi davam etdirəcəm.Uğur olsun hər kəsə. Hörmətlə--Nijat Alibayli (müzakirə) 12:09, 21 yanvar 2016 (UTC)
--Konul necefova (müzakirə) 20:16, 21 yanvar 2016 (UTC)
Təsəvvür edin siz Azərbaycanda sürücüsüz amma Yaponiyanın yol hərəkət qaydalarına riayət edirsiz. Bu azmış kimi mənə də yolun sağı ilə deyil soli ilə hərəkət etməmi tövsiyyə edirsiz .. HÖRMƏTLƏ--Nijat Alibayli (müzakirə) 20:25, 21 yanvar 2016 (UTC)
Axır ki neçə vaxtdır söyləmək istədiyiniz,lakin birtürlü söyləyə bilmədiyiniz fikri söylədiniz. Siz ilk başdan elə bilirsiz ki biz kimdənsə kömək istəmişik və ya kimisə şəxsi tanıyırıq?! Qətiyyən!!! Həqiqətəndə burada bizə kömək edənlər tapıldı.. Mən şahid oldim ki sizdən fərqli olaraq çox hörmətli Araz bəy, Samral bəy hətta Abdullayev belə bizə kömək etdi. Və bir dəfə də olsun mən və ya bizdən kimsə bu insanlardan kömək istəmədi.. Özləri yardım elədi. Saq olsunlar. Sağ olun sizdə!--Nijat Alibayli (müzakirə) 21:11, 21 yanvar 2016 (UTC)
Alimlər bölümündəki punkta əsaəsn bir daha bildirmək istəyirəm ki, Mustafa Abbasbəyli hüquq üzrə fəlsəfə doktorudur. 32 elmi məqaləsi və 2 kitabı var.. Bu qayda Mustafa Abbasbəyli adına məqalənin olmasını təsdiqləyir. Bu məsələni diqqətinizdə saxlamağınızı bir daha sizdən xahiş edirəm! --Konul necefova (müzakirə) 21:29, 21 yanvar 2016 (UTC)
Qalsın: Fikrimcə bu qədər müzakirə yetər. Son səsvermələr olsun. --Araz Yaquboglu (müzakirə) 07:01, 22 yanvar 2016 (UTC)
Salam Asparux Xan Bulqar. Axı Mustafa Abbasbəylinin məqaləsində istinadlar çoxdur, 2 kitab və elmi məqalələri də yerləşdirilib. Bir də ki, bağışlayın, sizcə, məsələn bu məqalə [[1]] ensiklopedikdir?
33 yaşım var heç vaxt bu qədər həyəcanverici günlərim olmamışdı. Ən azından xatırlamıram..Təsəvvür belə etməzsiniz ki axşamlar telefon əlimdə hansı hissləri keçirirəm.. İnsanfınız olsun a bəy. Mustafa Abbasbəyli burada göstəricilərə əsaəsn ensiklopedik şəxs sayılır. Hörmətlə Nicat Əlibəyli
Mən də Araz bəylə həmfikirəm və son olaraq, fikrimi yazıram. Onsuz da belə görürəm ki, Mustafa Abbasbəylinin vikipediyasına nə qədər önəmli fəaliyyətləri əlavə edilsə belə, Asparux Xan, fikrindən çətin dönə. Çünki dəfələrlə, ensiklopedik olmanın şərtlərini soruşdum və dəfələrlə saydığı kriteriyalara (elmi doktorlug, elmi məqalə yazması, kitab müəllifi olması) cavab verdiyini anlatmağa çalışdım, amma yenə də bu insan qeyri-ensiklopedik ifadəsini işlətməkdən əl çəkmədi))) Mənə maraqlıdır ki, heç bir elmi məqaləsi, kitabı olmayan hüquq elmləri üzrə fəlsəfə doktorluğu yoxe, fəlsəfə müəllimi belə olmayan)) və haqlı olaraq, vikipediyası olmayan həqiqi qeyri-ensiklopedik şəxslərlə, Mustafa Abbasbəyli necə bir tutula bilər??? Sizin gözünüzdə heç bir elmi məqaləsi olmayanla 32 elmi məqaləsi olan insan eyni statusdadırsa, bu artıq sizin baxış probleminizdir, Asparux xan. Nə isə, yenə də səhifənin saxlanmasına ümidim var, çünki inanıram ki, ölkənin önəmli vikipediyası bir nəfərin fikri ilə idarə olunmur, hər halda qalsın deyən bu qədər insanın fikirləri heçə sayılmayacaq. Bir də onu da qeyd edim ki, Mustafa bəy hər halda yaradıcılıq və fəaliyyətinə stop deməyib)) Hər halda yaradıcılığını zənginləşdirməyə davam edir və Asparux Xan təsəvvür edin ki, səhifənin saxlanmasına qalsın olaraq səs versəz, 5-6 aydan sonra bu vikisəhifə nə qədər zənginləşmiş olacaq. Hər birimizin onun qədər yüksək nəaliyyətlərə çatması və vikipediyasının olması ümidilə... Konul necefova
Təxmini 30 dəqdir ki, vikipediada arashdirma aparıram.. Mustafa Abbasbəylinin göstöricilərində çox çox az olan hətta vobşe heç bir xidməti olmayan nə qədər məqaləvar.. Öncə istədim linkləri götürüb burada paylaşam.. Sonraisə bir anlıq bu hərəkəti özümə yaraşdırmadım.. Bu dəq bura linkləri atsam azı 40 məqaləyə `slinməyə namizəddir` linki qoyacaqsız.. Amma hansi ki o insanlar tanınır.. Buarada hətta göstəriciləri məndən az olan məqalələrdə varmış ki )) Belə..--185.43.188.201 11:21, 22 yanvar 2016 (UTC)
( Qalsın: Hesab edirem ki bu meqale buradaki sertlere uyqun hazirlanib ve davam edir.. Qerar edaletli olar insallah. Imza Adil
Qalsın: Elmi məqalələri, həmmüəllifi olduğu kitablar, elmi-təhsili-iqtisadi fəaliyyəti və s. ensiklopedik olması üçün kifayət edir. Lakin məqalə daha da təkmilləşdirilsə yaxşı olar.--samral müzakirə 20:49, 22 yanvar 2016 (UTC)
Asparux xan "inci tək saflığı varsa da su da..." fikri tamamlayın çox xahiş edirəm... — Bu imzasız yazı İstifadəçi:Nijat Alibayli (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
linklər yerləşdirməkdə davam edirik. məqalələlərdəki PDF fayıllarımız deyəsən silinib.. --Nijat Alibayli (müzakirə) 13:40, 25 yanvar 2016 (UTC)
Wertuose sizə 80 ədəd link (məqalə) göstərərəm hansıki nəinki qeyri-p hətta bilinmir kimdir. VƏ BU AYRI MÖVZUNUN MÜZAKİRƏSİDİR DEMƏYİN.. O zaman belə çıxır ki o məqalələr yalandamı açılıb, say-rəqəm göstərmək üçün? Mustafa Abbasbəyli' məqaləsi bu vikipediada olan məqalələrin bir çoxundan heç də zəif deyil.. Başa düşmürəm gərək bizim Asparux Xan kimi tanışımız olsun ki bu istiqamətdə bizə kömək etsin?? (DİGƏR MƏQALƏYƏ ÖNCƏ SİLİNSİN DEYƏRƏK QƏRARLI OLAN BU ŞƏXS-ASPARUX, SONRADAN NƏ MƏSƏLƏDİRSƏ ÖZÜ MARAQLI OLDU MƏQALƏNİN HAZIRLANMASINDA) Və konkret iki dəfə sual olundu heç bir sualımıza cavab vermədi.VİKİPEDİA NƏDİR??? TƏBİİ Kİ 'GÖSTƏRİCİDİR.'. bu göstərici bizim məqalədə öz təsdiqin tapmaqdadır. Mustafa bəy fəaliyyətini davam etdirən bir şəxsdir. Çox məşhurdur. Tanımıyanlar deməli ən azı həftənin 2-3 gününü tv yə baxmır. Çünki Mustafa müəllim 2-3 gündən bir İqtisadçı ekspert və ya Hüquqşünas kimi efirlərə dəvət olunur. Ölkəmiz üçün bir çox fəaliyyətli olmuş bir şəxsdir və qeyd etdiyim ki fəaliyyəti bu istiqamətdə davam edir. Hesab edirəm ki bizim ölkəmizin, millətimizin tanınması üçün Mustafa Abbasbəyli kimi gənc və fəal şəxslərin vikiməqaləsi olmalıdır. Və xahiş edirəm hər kəsdən, fikir bildirmək istərkən və qərar verərkən öncə Mustafa Abbasbəyli'məqaləsini oxuyun. Hörmətlə --Nijat Alibayli (müzakirə) 06:38, 2 fevral 2016 (UTC)
Hörmətli Wertuose xahiş edirəm bu fikrinizi əsaslandırın
": Şərh: Nijat Alibayli, xahiş edirəm Vikipediyada müzakirələrinizi Vikipediya:Etiket və Vikipediya:Nəzakət qaydaları çərçivəsində aparın. Bu qaydalara riayət etmədiyiniz halda Vikipediyadakı fəaliyyətiniz idarəçilər tərəfindən məhdudlaşdırıla bilər " Etiket və Nəzakət qaydaların nə zaman pozmuşam? Xahiş edirəm cavab verin.. telefondan girmişəm deyə fikrlərinizə tam cavab yaza bilmirəm.. Az sonra mütləq davam edəcəm. Amma siz cavab yazın zəhmət olmasa.. Hörmətlə --Nijat Alibayli (müzakirə) 20:04, 2 fevral 2016 (UTC)
Wertuose siz elə bilirsiz ki hər yerindən duran qanundan çıxarışları kop edib kitab çıxara bilər? Hörmətli Wertuose nəzərinizə çatdırım ki bu özü böyük bir iş, məsuliyyət deməkdir.. Heç də sizin düşündüyünüz kimi sadə deyil..Bu kitabın əsas məzmunu qanunlardan sitat olsada təbii ki burada fərdi yanşma və məqsəd var..Bu kitabın hazırlanmasına neçə müddət, ən azı 3-4 ay vaxt gedib.. Və bunun məsuliyyətinin nə dərəcədə olduğunu zatən söyləməyə gərək yox.. Digər qeyd etdiyiniz kitaba gəlincə isə bu normal haldır.. Bir kitabda bir neçə həmmüəlliflər ola bilər.. Ən azı vikipediadakı məqalələrin 90 faizi belədir..Nicat Əlibəyli
Asparux Xan vikidə təcrübəmiz az olsa da fikrimcə məntiqsiz bir söz danışmırıq. Sizə gəlincə isə sizin bu fikrinizdən sonra " Qubad Bayramov adlı məqalədə bir dənə belə istinad yoxdur. Zənn edək ki, bütün istinadları var: " ... ümumiyyətlə fikrləriniz mənə maraqlı olmadı.. Sizin zənn edərək danışmanız artıq konkret nə demək istədiyinizi demişdi..Xahiş edirəm ki bi fikrimi heç də sizə qarşı kobudluq kimi qəbul etmiyəsiz.. Çünki siz bir neçə dəfə fikrinizdən yayındız və sizə sual olunduğu halda cavab vermədiz.. Hesab edirəm ki tam şəffaf olmadı fikrləriniz...
Dəfələrələ qeyd etmişəm, bir daha deyim ki Mustafa müəllim hələ də fəaliyyətin davam etdirir. İnşallah tezliklə digər kitabları da işıq üzü görəcək. Biz məqaləni yaradanda yuxarıda qeyd olunduğu kimi "gözəlliyi" deyil, Mustafa bəyin elmi əsərlərin , peşəkar fəaliyyətin və digər müsbət cəhətlərin paylaşımışıq. Hörmətlə Nicat
Hörmətli Səfər Azəri əvvəla heç bir səbəb-sübut gətirmədən girib bura silinsin yazmağınızla bu səhifə silinməyəcək hər halda. Arqumentiniz varsa, buyurun, yoxdursa, minlərlə vikiməqalə var ki, redaktəyə ehtiyacı var, onların redaktəsi ilə məşğul olmaq daha yararlı olardı. Elə biri bu sözügedən Mustafa Abbasbəyli məqaləsi. Cüzi redaktə olunsa kriteriyalarınıza tam uyğun səhifədir, zənnimcə. Silib yox etməkdənsə yaratmaq istəyən insanlara kömək etmək bizim millətin nümayəndələrinə daha çox yaraşar, məncə. Hər belə yaradılan səhifəyə girib silinsin yazmaq asandı, bəs bu qədər vaxt və əmək sərf edib bu məqaləni yaradan insanların əziyyətini görməzdən gəlmək sizin kriteriyalarınıza uyğundurmu? bir jurnalist olaraq, tez-tez müxtəlif şəxslərin vikipediyasına müraciət etməli oluram. rusca kiminsə haqda vikiməlumat axtaranda təpədən dırnağa istədiyim məlumatı tapıram. Amma azərbaycanca vikipeediyada ya axtarışım sıfır nəticə ilə bitir, ya istədiyim məlumatı tam olaraq əldə edə bilmirəm, ya da boş və mənasız məlumatlarla rastlaşıram. bu o deməkdir ki, elə hər məqaləyə girib silinsin yazmaqla olmaz, əksinə lazımlı şəxslərin vikiməqalələrinə düzəlişlər edib saxlayın ki, biz də vikipediyadan yararlana bilək. niyə başqa ölkələrin vikiməqalələri milyondan çox olduğu halda, azərbaycanca məqalələr yuz mindən az olmalıdır? onların da 50mini 3-4 cümləlik məlumatdan ibarət? məncə bura dəvə-cücə oyunu oynamaq üçün yer deyil ki, bir kəlmə qalsın ya silinsin yazıb gedəsiz. əgər bu işlə məşğul olursuzsa, təcrübəsizlərə yardımınız dəysə daha yaxşı olar. Konul Necefova
( Qalsın: shexs kifayət qədər məshhurdur yoldashlar!
( Qalsın: Dostlar, burada hal-hazırda Azərbaycanda sahibkarlığın inkişafı üçün maksimum səy göstərən, bəlkə də yegənə şəxsdən söhbət gedir.
Dəfələrlə əməkdaşlıq etdiyim kanalın (anstv) prodüseri olduğum verilişlərinin qonağı olmuş, qanunları mükəmməl bilən və məlumatları dolğun şəkildə bizə çatdırmağı bacaran, ölkəmiz üçün lazımlı iqtisadçı ekspert və hüquqşünasdır Mustafa bəy! hörmətlə Nazim Xəliloğlu
Serka@n bəy, elə bir fikrimiz var. Öncə burada yaradaq, daha sonar da orada davam edəcəyik inşallah.. Ümumiyyətlə yaxın gələcəkdə vikipediada siznlə əməkdaşlıq edərək maraqlı məqlələr yaratmaq fikrndəyəm --Nijat Alibayli (müzakirə) 11:25, 3 fevral 2016 (UTC)
Qəbul edildi--Silinmə müzakirələri davam etdiyi son 15 gün müddətində şəxsin ensiklopedik əhəmiyyətini təsdiq edən heç bir etibarlı mənbə təqdim olunmadı. Şəxsin diplomları və mükafatları onun ensiklopedik əhəmiyyətinin yox, öz üzərində aktiv işlədiyinin göstəricisidir. Şəxsin əsərləri kimi təqdim edilən nəşrlər qanunlardan çıxarışlar və terminlərin izahından ibarətdir. Bütün qeyd olunanlar onu deməyə əsas verir ki, şəxs ensiklopedik şəxs deyil.--Wertuose (müzakirə) 12:05, 3 fevral 2016 (UTC)
Özünüzü təqdim edin zəhmət olmasa.. Bilmək istəyirəm görüm bu qərarı verən şəxs kimidir.. Yaşı, fəaliyyəti , savadı və s..
Wertuose təqdim edin özünüzü zəhmət olmasa.. Mənim yaratdığım məqaləni silən şəxsin yaşını bilmək və ümumuyəətlə fəaliyyəti barədə məlumat almaq haqqım var. Bu məqaləni silən şəxs sıradan biri ola bilməz! Onun çox yüksək göstəriciləri ağlı və elmi olmalıdır..Özünüzü təqdim edin ki bilim kimilə danışıram.. və danışmaqda davam edəcəm!--Nijat Alibayli (müzakirə) 12:24, 3 fevral 2016 (UTC)
bəs yekun səsvermə hanı? elə bir nəfər istədi və götürdü sildi? konul necefova
Bu özbaşınalığln pik həddidir! Yekun, nəticəyə görə bəlli olur. Nəticədə göz qabağında. Bu haqsızlıqdır. Çox yaxında qayıdacam bu məsələyə. Zatən kifayət qədər dəlil varımdı. Üzvlərin istifadəçilərlə münasibəti və onlara göstərdiyi "mədəniyyət" , rəfatar.. bəlkə də siz haqlısız. Lakin qaranlıq tərəfləriniz heç də az deyil.. Qayıdacam mövzuya. Tezliklə Nicat Əlibəyli
Wertuose siz sanki qarşınızdakın uşaq sayırsız.. Elə düşnməyin. Mənə elə gəldiki hədələmək istəyirsiz məni??? :):) İnşallah ki mən yanlış anlamışam. Yoxsa sizin sözlərinizdən ehtiyat edəcək qədər biri olduğumu düşünmənizi istəmərəm... Nəysə dediyim ki bu istiqamətdə davam edirəm. Araşdırma aparıram. Bu məqalə ilə bağlı yox. Ümumiyyətlə Vikipediadakı qaranlıq məqamlarla baqğlı. VƏ SİZDƏN BİR DAHA XAHİŞ EDİRƏM Kİ MƏNƏ ETİK QAYDALARI POZDUĞUM BARƏDƏ YALANDAN ŞƏR ATMAYIN. QARDAŞ NƏ ZAMAN BURADA KİMİ İSƏ TƏHQİR ETSƏM (HANSI Kİ MÜMÜKÜN DEYİL,TƏRBİYƏM BUNA İMKAN VERMƏZ) O ZAMAN DEYƏRSİZ.. ARTIQ BU FİKİRİNİZ İKİNCİ DƏFƏDİR Kİ SANKİ "ŞƏR ATMA" XARAKTERİ DAŞIYŞR...
İdarəçilərdən və üzvlərdən xahiş edirəm ki birimizə hörmət edək və çalışaq qaranlıq məqamlara aydınlıq gətirək..
Vikipediyanın öz qanunlarına görə, vikiməqalələrin silinməsi prosesi yalnız və yalnız ensiklopedik biliyə və təcrübəyə malik adamlar tərəfindən aparılmalıdır. Günlərdir davam edən müzakirələr nəticəsiz qaldı və bu səhifə silindi. İndi məni maraqlandıran bir şey var ki, səhifəni silən şəxs özü nə dərəcədə ensiklopedik biliyə malikdir?. Ümumiyyətlə məndə artıq bir həvəs yaranıb. Mən də vikipediyada məqalələri silmək hüququna malik olmaq istəyirəm. Bunun üçün hansı kriteriyalara cavab verməliyəm? Hər halda hər yerindən duran burda önəmli insanların səhifələrini silib özləri demişkən vandalizmlə məşğul olmurlar?!. Yəni mən hansısa elmlər namizədinin səhifəsini silmək üçün yəqin ki, ondan artıq insan olmalıyam, ondan çox biliyə sahib olmalı və yüksək elmi göstəricilərə malik olmalıyam. Xahiş edirəm, elə səhifəni silən nickin sahibi "Wertuose" mənə cavab versin, zəhmət olmazsa.
İstifadəçi səhifəmə baxın, deməyin, çünki baxmışam və orada heç bir təhsil göstəriciniz, hansı universiteti bitirməniz barədə belə məlumat yoxdur. Sizin haqqınızda ancaq aşağıdakı məlumatlar var: Yaşınız 32-dir, azərbaycanlısız, türk dilini yaxşı bilirsiz, Azərbaycanda yaşayırsız, mifologiya, astronomiya ilə maraqlanırsız. Əlavələr varsa buyurun, Wertuose. Hörmətlə Nicat Əlibəyli
QƏBUL EDİLƏN NƏDİR??? KİM TƏKLİF ETDİ NƏ QƏBUL EDİLDİ.. KİM DEDİ.. NƏ ETDİ, NECƏ ETDİİ???
1. Qalsın: Çünki, bunun üçün bir çox səbəblər var. Mən media işçisi olduğum üçün Mustafa Abbasbəylini uzun illərdir ki, tanıyıram. 2009-cu ildə Lider TV-də, 2010-2014-cü illərdə ANS TV-də, 2014-cü ildən indiyədək isə CBC TV-də çalışıram və televiziya sahəsində çalışdığım bu illər ərzində tez-tez onunla maraqlı proqram çəkilişlərimiz olduğunu deyə bilərəm. O, hər zaman maraqlı bir hüquqşünas, ekspert, iqtisadçı, mütəxəssis qismində bizim bir çox proqramların qonağı olub və mən, həmçinin mənim kolleqalarım çəkilişlər edərkən biz öz işimizi görməkdən əlavə, daima onun fikirlərinə diqqətlə qulaq asmışıq. Mustafa bəy bir çox ictimai, sosial problemlərin müzakirə və həllində daima canla-başla iştirak edən və bu problemlərin azalmasında, hətta qismən yoxa çıxmasında böyük təsiri olan bir insan kimi həmişə bizim TV rəhbərlərinin də marağında olan qonaqlardan olub. Azərbaycanın sosial-ictimai həyatında bu qədər önəmli yer tutan insanlar az olduğundan, düşünürəm ki, Mustafa Abbasbəylinin lazımi bir şəxsiyyət olduğunu anlamaq çətin olmaz. Ən azından onun aldığı təhsilin səviyyəsini, saysız-hesabsız elmi məqalələrini, bir sıra xarici ölkələrdə keçirilən konfranslarda etdiyi çıxışları, layiq görüldüyü diplom və sertifikatları görməzdən gəlmək mümkün deyil. Uzun sözün qısası, bir jurnalist kimi, onun vikipediya məqaləsinin olmasını vacib sayıram və səsvermədə lehinə qərar vermənizi istəyirəm. Təşəkkürlər... Konul Necefova
2. Qalsın: Fikrimcə bu qədər müzakirə yetər. Son səsvermələr olsun. --Araz Yaquboglu (müzakirə) 07:01, 22 yanvar 2016 (UTC) Şərh: Səbuhi bəy mən sizi gözəl anlayıram. Digər bu tipli məqalələrlə müqayisədə qala bilər. Mən belə düşünürəm. İstifadəçilər necə istəyər elə də olsun. Onsuz da mənim səsim bir ədəddir. --Araz Yaquboglu (müzakirə) 08:18, 22 yanvar 2016 (UTC)
3. Qalsın: Hesab edirem ki bu meqale buradaki sertlere uyqun hazirlanib ve davam edir.. Qerar edaletli olar insallah. Imza Adil 4. Qalsın: Elmi məqalələri, həmmüəllifi olduğu kitablar, elmi-təhsili-iqtisadi fəaliyyəti və s. ensiklopedik olması üçün kifayət edir. Lakin məqalə daha da təkmilləşdirilsə yaxşı olar.--samral müzakirə 20:49, 22 yanvar 2016 (UTC) 5. Qalsın: shexs kifayət qədər məshhurdur yoldashlar! 6. Qalsın: Dostlar, burada hal-hazırda Azərbaycanda sahibkarlığın inkişafı üçün maksimum səy göstərən, bəlkə də yegənə şəxsdən söhbət gedir. Dəfələrlə əməkdaşlıq etdiyim kanalın (anstv) prodüseri olduğum verilişlərinin qonağı olmuş, qanunları mükəmməl bilən və məlumatları dolğun şəkildə bizə çatdırmağı bacaran, ölkəmiz üçün lazımlı iqtisadçı ekspert və hüquqşünasdır Mustafa bəy! hörmətlə Nazim Xəliloğlu
Qəbul edildi--Silinmə müzakirələri davam etdiyi son 15 gün müddətində şəxsin ensiklop…… BİR DƏQİQƏ AY QARDAŞ!!!! Qəbul edilən nədir??? Hardadır? kim nə yazdı qəbul etdiz??? Asparux və Sefer Azerinin yazdiqin??? Xeyirdi?? Deyin bizde bilək.. sizin təbrinizcə iki nəfərin sözü dahamı ağır gəldi ya necə??? Yuxarıda 6 nəfər fikr bildirib..Bəs onların fikri necə oldu ki sizin 3 nüzün fikrindən zəif oldu?? Aciqlama verin.. QEBUL EDİLDİ YAZMİSIZ—NƏ QƏBUL EDİLDİ DEYİN BİLƏK!
Burada bir şəxs varmı yuxarıda qeyd olunanlara cavab versin? İsətnilən halda cavab verilməlidir! Digər saytalarda sizin bəzi üzvlər haqda çox kobud ve qeyri-etik olduğu yazılır. Bu səbəbdən bizim suallara cavab verin bilim ki necə davam edək. Vikipedia Azərbaycanın sözün əsl mənasında simasıdı,güzgüsüdü. Burada dahi şəxslər haqqında fikrlər yazılır və bu məqalələr kimlər tərəfindən idarə olunur bunu bilmək tək mənim yox artıq məndə olan məlumata görə bir çox vətəndaşların marağındadır. Gəlin bir-birimizə hörmət edək. Qaranlıq məqamlara burada da aydınlıq gətirək, xahiş edirəm. Serkanland bir defe mene demişdi ki bizim sizdən heç bir fərqimiz yoxdur. Sizin kimi biz də adi istifadəçilərik. Əgər elədirsə həqiqətən gəlin hörmət edək bir birimizə..
səsvermə -- nəticə nəzərə alınmadan yekun oldu.. YEKUN NƏTİCƏYƏ GÖRƏ YOX, BİR NƏFƏRİN İSTƏYİNƏ GÖRƏ OLDU..BUDURMU SİZİN HAQQ ƏDALƏT?!
Belə çıxır ki, bir nəfər olmadı da burada mənə cavab versin.. Tamam siz necə davam edirsiz mən dəelə davam edəcəm.. İnşallah tezliklə görüşmək ümüdi ilə..--Nijat Alibayli (müzakirə) 22:53, 21 fevral 2016 (UTC)
: Silinsin: Bəzi elektron resurslarda haqqında bəhs edilən şəxsin Azərbaycandan kənarda 15 kitabının müxtəlif dillərdə nəşr edildiyi iddia olunur. Məqalədə istinad problemi var idi: çalışdım bir balaca aradan qaldırım. Ukrayna və Rusiya müəlliflərinin Azərbaycan və Qafqazla əlaqəli iqtisadi mövzuda kitablarda Q.İ.-nun bəzi bir neçə məqaləsinə etibarlı mənbə olaraq istinad edilib. Ancaq belə hallar olduqca azdır. Məqalə elm xadimi haqqında imiş kimi yazılmışdır. Xaricdə nəşr edilmiş kitabları haqqında məlumatların təsdiqi üçün resurslar tapa bilmədim: bir-ikisi xaric. Ya məqalənin məzmunu onun ictimai fəaliyyətinə vurğu edilməklə genişləndirilərək yazılmalı ya da silinməlidir və ya əgər iddia doğrudursa kitabları haqqında məlumatlar əlavə olunmalıdır.--Asparux Xan Bulqar (müzakirə) 11:04, 22 yanvar 2016 (UTC)
Mən artıq Asparux Xanin yanaşma tərzinə mat qalmışam. Və təəssüf ki susmuşam :( — Bu imzasız yazı Nijat Alibayli (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Sortilegus tam haqlısız!--Nijat Alibayli (müzakirə) 05:53, 25 yanvar 2016 (UTC)
Qalsın:--Şəxs həm siyasi, həm elmi, həm də ictimai fəaliyyətinə görə cəmiyyətdə tanınır və şəxslərin məşhurluq şərtlərinə də cavab verir.--Wertuose (müzakirə) 13:49, 3 fevral 2016 (UTC)
Asparux Xan Bulqar hələ sizin kimi öz-özünü təkzib edən birini görməmişdim.. Belə çıxır ki idarəçilərdən dünya görüşü normal bir-ikisi olmasaydı sizin təbirinizcə bu məqalə silinməliydi?! Xahiş edirəm özünüz idarəcilikdən və ya üzvlükdən imtina edin, ən azından bir daha hər hansı bir məqaləni silinməyə namizəd üçün təklif etməyin! Sizin ucbatınızdan bu məsləyə dırnaqarası baxılsaydı silinəcəydi məqalə.. Siz kimsiz axı araşdırmadan, bilmədən etmədən nüfüzlü şəxslərin məqaləsinin silinməsini tələb edirsiz!!!! Böyük ehtimal bu faktla sizdən həm də idarəçilərdən (bu istiqamətdə sizə hər hansı xəbərdarlıq etməməsi səbəbindən) Metaya müraciət edəcəm! Qaydalar olsun, demirəm olmasın! Amma o qaydaları idarə edən gərək normal dünya görüşünə malik biri olsun, daha Asparux kimi hərdəm xəyal olan biri yox!!! Əminəm Asparux bu fikrlərimi normal qarshilar.. Çünki burada səhv etdiyi aciq ashkar ortada! Əgər mənim bu hərəkətim kobudluqdusa o zaman Asparux da kobudluq edib.. Tanımadığı şəxsin məqaləsinin silinməsində təşəbbüskar olub! Bu hərəkət həmin şəxsə qarşı nəinki kobudluq, hətta təhqirə bərabərdir --Nijat Alibayli (müzakirə) 14:52, 21 fevral 2016 (UTC)Qalın mətn
Hörmətli, Asparux Xan Bulqar olabilər ki qaydaları yaxşı bilirsiz. Amma bu hələ də hər şey demək deyil. Mənim fikrimcə siz, belə bir halda silinməyə namizəddir şablonunu qoymaqdansa {{iş gedir}} şablonunu qoyaraq qaydalara əməl etmiş olamalıydız. Və qaydalarda yazıldığı kimi 7 gün ərzində məqaləni yaradan şəxsi tapmalı və ona ünvanlanmalıydız. Dİgər qeyd elədiyiniz məsələlərlə tanış olacam! '--Nijat Alibayli (müzakirə) 09:09, 22 fevral 2016 (UTC)