![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Siyahıda hökumət başçılarının əvəzinə dövlət başçılarının, partiya rəhbərlərinin adları sıralanır. Azərbaycan SSR-nin birinci hökumət başçısı Nəriman Nərimanov olduğu halda, heç onun adı göstərilmir və s. Siyahının qalması ziyanlıdır. Başqalarını çaşdıracaq. Silinməsini təklif edirəm. Bir də bu hardan çıxdı "Üçüncü Respublika dövrü"? Vikipediyadan kənarda belə ifadəyə rast gələn olubmu? Belə şeylər Fransaya aiddir, Almaniyaya aiddir, məısələn 3-cü reyx və sair. Azərbaycanda Sovet dövrü var müstəqillik dövrü var. 1-ci.2-ci, 3-cü respublika dövrləri isə yoxdur. RMFTF (müzakirə) 10:52, 7 noyabr 2016 (UTC)
Sürətli qalsın: Məqalədə bir neçə problem ola bilər. Onları müzakirə edib, bəzi dəyişiklər etmək olar. Lakin, burada qeyd olunmuş heç bir problem, bu siyahını silmək üçün səbəb deyil. Bu söhbəti məqalənin müzakirə səhifəsində davam etməyə təklif edirəm. --Мурад 97 (müzakirə) 16:54, 7 noyabr 2016 (UTC)
Qalsın: --Araz Yaquboglu (müzakirə) 16:59, 7 noyabr 2016 (UTC)
Sürətli silinsin: -- adi bir şeyi bilmək lazımdır, Azərbaycan baş nazirlərinin siyahısı var və bu da "Azərbaycan hökumət başçılarının siyahısı"dır. Bəs bu siyahı nəyin siyahısıdır? Dövlət başçılarının siyahısı deyil, hökumət başçılarının siyahısı deyil, bəs nəyin siyahısıdır? Bəs nəyə görə qalmalıdır? Мурад 97, Araz Yaquboglu bu suala cavab verə bilərsinizmi? RMFTF (müzakirə) 20:15, 7 noyabr 2016 (UTC)
Sürətli qalsın: RMFTF, hökumət başçıları ölkəni tam idarə edənlərdir, baş nazir is baş nazir rolunu yerinə yetirənlərdir. Bundan əlavə bu istifadəçinin ancaq Vikipediya:Silinməyə namizəd səhifələr maraqlanması çox qəribə görünür. Bir onun fəaliyyətinə baxın https://az.wikipedia.org/wiki/?q=X%C3%BCsusi:F%C9%99aliyy%C9%99tl%C9%99r/RMFTF
Klassik en:WP:Duck nümunəsi və ona görə Araz Yaquboglu, Baskervill, Viki idarəçilərdən bu istifadəçinin yoxlanmasını təklif edirəm --Azerifactory (müzakirə) 07:04, 8 noyabr 2016 (UTC)
Salam. Bu mövzu indi diqqətimi çəkdi. Mövzu haqqında fikirlərimi bəzi məsələlərə aydınlıq gətirəndən sonra bildirəcəm. Amma əvvəl bir şeyi öyrənmək istədim. Hörmətli Azerifactory məni niyə troll adlandırmısınız? Xahiş edirəm izah edəsiniz. --Aabdullayev851 (müzakirə) 10:00, 6 dekabr 2016 (UTC)
Yekun: Aparılan müzakirələrdən vahid nəticə çıxmadığından məqalənin saxlanılmasına qərar verilmişdir.--Baskervill müzakirə 13:46, 16 dekabr 2016 (UTC)
Salam. Vikipediyada kiril əlifbalı məqalələrə rast gəlmişəm. Elələri hətta var ki, həm latın əlifbası ilə həmin məqalə var, həm də kiril əlifbası ilə, istifadə olunanı vardır. Məsələn: Cənubi Avropa və Cənubi Avropa, Odlu gəvən və Odlu gəvən . Bu məqalələrdə birincisində kiril əlifbası ilədir, ikincisində isə latın. Yəni, yalnız, məqalənin baş hərfidir, deyəsən kiril ilə. Həmçinin, Abismo Qay Kollet, Asnı piri, Ağzirət piri, Akaa, Okinoerabu, OT-54, Xudu Divanə xanəgahı, Xanağa abidəsi və s. Yəni belə məqalələr çoxdur. Axtarış zolağında müəyyən kiril hərflərini yazarkən belə nəticələr çıxır. --IBAnk (müzakirə) 13:46, 8 noyabr 2016 (UTC)
Yekun: Mövzu arxivləşdirilmişdir.--Baskervill müzakirə 13:46, 16 dekabr 2016 (UTC)