![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Silinsin: --Babək Akifoğlu (müzakirə) 19:40, 28 mart 2017 (UTC)
Silinsin:--Nicat49 (müzakirə) 23:33, 28 mart 2017 (UTC)
Silinsin: Reklam xarakterli məqalə. Kifayət qədər tanınmayan mərkəz. -- ■ Sultan mesaj 20:35, 15 aprel 2017 (UTC)
Sürətli silinsin: --eldarado ✉ 14:09, 21 mart 2017 (UTC)
( Sürətli qalsın:) --Azərbaycanda Dəri və Zöhrəvi Xəstəlikləri sahəsində modern səhiyyə xidmətini verən həkimlərin azlığını nəzərə alaraq bu sahədə özünü inkişaf etdirmiş, qərb ölkələri dermatovenerologiyasını mükəmməl səviyyədə mənimsəmiş, həm yerli dermatovenerologiyaya, həm də beynəlxalq dermatovenerologiya sahəsinə elmi işləri ilə öz tövhələrini vermiş gənc mütəxəssislərimizə önəm verməliyik. Onların tanınması və illərdir dəri xəstəliklərindən əziyyət cəkən lakin, müalicəsiz qalan pasiyentlərə əl çatan olması üçün sürətlə qalsın. Həm də bu şəxs dünyada tanınmış və beynəlxaql fəaliyyəti yüksək olan Azərbaycanlı nadir dermatoveneroloqlardandır. Təklif edərdim ki, bu mütəxəssisin profili saxlanılsın. Təbabətimizə və xalqımızın sağlığına tövhsəi dəyən birisi olaraq bu şəxsin profilini qoruyaq ==drdrmtlgst, 18:55, 21 mart 2017 (UTC)
Məqalənin mənbələr bölümü əlavə edildi və linklər daxil edildi. 19:39, 21 mart 2017 (UTC)
Qalsın:. Həkimin məqalələri Azərbaycan Tibb Asossiyasiyasının AMAJ adlı jurnalında dərc olunur və burdadan da dünyaya yayılır. Məsələn [1]. Ensiklopedik həkim başqa necə olmalı idi ki? Amma mən yalnız bir nümunə göstərdim, belə nümunələrin sayını bir qədər çox olarsa daha yaxşı təəssürat yaranardı. --Afrasiyab (müzakirə) 16:24, 21 mart 2017 (UTC)
--Bu hekim cox savadli hekimdir. Anamın dord ildir mualicesi muskul olan deri xesteliyinden qurtarib. Butun SNQ olkelerinde olduq hec kim yardim ede bilmedi. En son internetde tapdiq onu ve anamin 4 illik xesteliyini aradan qaldirdir. Yeri gelmisken coxlu elmi meqaleleri var. Anamda olan xestelik baresinde de meqaleleri var. puluu demirov. psoriaz ve s. 21:39, 21 mart 2017 (UTC)
Tutarlı mənbə nəyə deyirsiz ? Bütün məmbələrdə elmi fəaliyyətimiz və mükafatlarımız göstərilib. Sizin məntiqdən belə çıxır ki, karyerasına başlayan gənc birisi burada profil aça bilməz ? Gərək biz yaşlanaq və ya ölək ki, mənbələrimiz full olsun ?! Gənc olduğu üçün mənbələri də gəncdir, azdır. Xahiş olunur bunları da nəzərə alasınız. --drdrmtlgst, 22:16, 21 mart 2017 (UTC)
Bu adamin meqaleleri Thomson Reuthersde indekslenen impekt faktoru yüksek olan jurnalarda derc edilib. Bu menbe butun sullara cavab veriri. https://www.ncbi.nlm.nih.gov/pubmed/?term=iskandarli drguest
Bu səhifədə umumiyyətlə mənbə yoxdur. Nə edək siləkmi bu səhifəni. Məncə yox. Farman Feldsher (2F) https://az.wikipedia.org/wiki/?q=R%C9%99%C5%9Fad_Mahmudov
Nicat49 mən sizə istədiyiniz mənbəni göstərmişəm və sual vermişəm ki, göstərdiyim mənbə bu həkimi ensiklopedik ede bilir. Amma sualıma cavab vermediniz. Bir daha sual edirəm: Həkimin məqalələri Azərbaycan Tibb Asossiyasiyasının AMAJ adlı jurnalında dərc olunur və burdadan da dünyaya yayılır. Məsələn [2]. Ensiklopedik həkim başqa necə olmalı idi ki? AMAJ jurnalı beynəlxalq elmi tibb jurnalıdır. --Afrasiyab (müzakirə) 7:05, 22 mart 2017 (UTC)
Təşəkkür Afrasiyab. Ən son məqaləmiz Thomson Reuthersdə indekslənir. [3] --drdrmtlgst (müzakirə) 16:51, 22 mart 2017 (UTC)
Əlavə olaraq mövcud mənbələrdən istifadə edərək istinadlar da əlavə edildi. Hər göstərilən məqalənin linki əlavə edimişdir. --drdrmtlgst (müzakirə) 16:51, 22 mart 2017 (UTC)
Əziz istifadəcilər! Bu məqalənin saxlanılması üçün əlimizdən gəldiyi qədər bütün qaydalara müvafiq dəyişiklər, əlavələr və düzəlişlər edilmişdir. Xüsusəndə elmi məqalələrə istinadlar əlavə edilmişdir. Hər birnin linki vardır. Bundan əlavə mükaftların təqdimat mərasimindən və elmi tədbirlərdən çəkilmiş xatirə fotoları da əlavə edilmişdir. Qərarınızı verərkən bu faktorları da nəzərə almanızı xahiş edirik. Hörmətlə Drdrmtlgst (müzakirə) 18:08, 24 mart 2017 (UTC)
Maraqlıdır, məqalənin hansı hissəsi sizə reklam xarakterli gəldi? Şəkilləri nəzərdə tutursuza, onları biz həkimin beynəlxalq fəaliyyətlərinə və mükafatlarına istinad və sübut olsun deyə qoymuşuq. Drdrmtlgst (müzakirə) 14:05, 28 mart 2017 (UTC)
Şərh: Bu məqaləni ensiklopedik məqalədən çox yaxşı hazırlanmış CV adlandırmaq olar. CV-lər də adətən bir növ reklam xarakterli olur. Faktiki olaraq məqalədə ensiklopediklik kriteriyalarına uyğun heç bir məlumat yoxdur. Məsələn, "Scholarship" nə zamandan ensiklopedik əhəmiyyətli mükafatdır? Hər bir həkim hansısa sahə üzrə ixtisaslaşır. Mənim tanıdığım azı yüzdən çox həkim var ki, onlar da təhsil alıblar, iş təcrübəsinə malikdirlər, elmi məqalələri dərc olunub, konfranslarda iştirak və çıxış ediblər, "Scholarship" qazanıblar, müxtəlif təşkilatların üzvləridirlər. Amma heç biri haqqında Vikipediyada məqalə yoxdur. Elə çox uzağa getməyək, götürək elə özümüzü... Biz vikipediyaçıların da belə göstəriciləri az deyil. Elə özümün 20-dən çox elmi məqaləm, 1 kitabım çap olunub və s. Amma barəmdə Vikipediyada məqalə yoxdur. Çünki kriteriyalar tamamlanmayıb... --►Cekli səkkiz yüz iyirmi doqquz 05:22, 29 mart 2017 (UTC)
Qətiyyən razı deyiləm ki, CV reklam xarakterli bir bəlgədir. Hər şeyə reklam gözüylə baxa bilmərik. CV insanın özü haqqında qısa tanıtım bəlgəsidir. Wikipedia məqalələrinə də daha ətraflı, geniş CV gözüylə baxa bilərik. O ki, qaldı scholarship məsələsinə, beynəlxalq scholarshipləri qazanmaq üçün gərək laiqli namizəd olasan, elmi tövhələrinə görə verilir. One görə scholarshipi bu car aşağı dərəcəli bir şey kimi qəbul etməyin. Beynəlxalq scholarhipləri hər həkim əldə etməyib Azərbaycanda. Bunun adını dəyişə bilərsiniz təltif qoya bilərsiniz amma, scholarshipi nailiyyət kimi qəbul etməliyik. Məqalələrə gəldikdə bəli hər həkimin məqaləsi ola bilər amma, thomson reutorsda indekslənən impact factor yüksək olan jurnallarda çox az sayda Azərbaycan həkimlərinin məqaləsi dərc olunub, həm də birinci müaəllif olaraq. Əgər sizin məqalələr beynəlxaq nüfuzlu jurnallarda birinci müaəllif olaraq çap olunmuşdursa mən sizin haqqınızda məqaləni şəxsən wikipediada yerləşdirməyə hazıram. Ölkədaxili məqalə və elmi işlərlə beynəlxaql elmi fəaliyyəti bir-birinə qarışdırmamalıyıq. --Drdrmtlgst (müzakirə) 14:37, 29 mart 2017 (UTC)
Təşəkkürlər Aydın Məmmədov məqalənin şəkillənməsində verdiyiniz tövhəyə görə. Elmi məqalənin sayını altıya endirdik. --Drdrmtlgst (müzakirə) 17:36, 29 mart 2017 (UTC)
Şərh: - Mən məqalənin normal halda olmadığı üçün yox, şəxsin ensiklopedik olmadığı üçün silinməsinin tərəftarı idim. Buna görə də, məqalənin silinməyinin doğru addım olacağını düşünürəm. --eldarado ✉ 18:42, 29 mart 2017 (UTC)
Şəxs vacib adam hesab olunur və ya öz həmkarları və ya davamçıları tərəfindən geniş şəkildə istinad edilir. Şəxs yeni konsepsiya, nəzəriyyə, elmi yenilik və ya texniki üsulların yaradıcısı kimi tanınır.
İndi özünüz müəyyənləşdirin, Mehdi İsgəndərlinin məqaləsi beynəlxalq tibbi nəşrlərdə dərc olunursa, bu o demək deyilmi ki, o vacib adam hesab olunur və ya öz həmkarları və ya davamçıları tərəfindən geniş şəkildə istinad edilir? Həkimin müalicə üsulları haqqında beynəlxalq nəşrlər məlumat yayırsa, bu o demək deyilmi ki, o, yeni konsepsiya, nəzəriyyə, elmi yenilik və ya texniki üsulların yaradıcısı kimi tanınır? :) Xahiş edirəm bunları da nəzərə alasınız. Aydın Məmmədov (müzakirə) 19:43, 29 mart 2017 (UTC)
Əlbəttə dəri xəstəlikləri barəsində məqalələr daxil etmək olar. Niyə də olmasın. Wikipedia az da dəri və zöhrəvi xəstəlikləri barəsində məlumatlar azdır. Onlar artırmaq lazımdır. Əlimizdən gəldiyi qədər tövhəmizi verəcəyik, planımızda da vardı. --Drdrmtlgst (müzakirə) 21:21, 31 mart 2017 (UTC)
Şəkillər müəllif hüquqları səbəbindən silinib. İcazə almağı düşünürdük amma, tələsik davrandılar sildilər. Nə edək ?!--Drdrmtlgst (müzakirə) 06:39, 2 aprel 2017 (UTC)
Cənab Deutsch1988 tərəfindən BMW mövzusunda maraqlı məqalələr yaradılır, ancaq bəzi məqalələrin təyinatı Azviki ilə uyğunluq təşkil etmir. --Baskervill 10:14, 24 aprel 2017 (UTC)