![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Sürətli silinsin: Hörmətli könüllülər. İslamazeri adlı vikipediya səhifəsinin qətiliklə silinməsi gərəkdiyini düşünürəm. Bunun vikipediya qaydalarına uyğun olmadığını bilmək elə də çətin deyil. İslamazəri "xəbərlər" adı altında dini təbliğ edən radikal mövqe tutan bir saytdır.
Nəzərinizə çatdırım ki Azərbaycan da Big.az saytı kimi yüzminlərlə izləyici olan vəya Bizimyol.info saytı kimi milyonlarla izləyicisi olan KİV-lər ölkəmizdə kifayət qədər var. Bunların heç birinin vikipediya da səhifəsi olmadığı halda xeyir ola bir neçə yüz izləyici olan bir dini saytın vikipediya da səhifəsi olsun?
Əgər bu gün bu səhifə silinməzsə, sabah hansısa istifadəçi öz şəxsi saytı haqda vikipediya da məqalə yaradarsa ona güldən artıq heç kimin söz deməyə haqqı olmaz. Sonra qayıdıb deməz mi ki bəs belə islamazeri kimi bir saytın vikipediya səhifəsi olduğu halda xeyir ola mənim şəxsi saytım haqda məqalə yaratmağa qoymursunuz?
Vikipediya qaydalarına əsasən nəzərinizə çatdırıram ki;
1.1 Vikipediya kağız ensiklopediyası deyil 2.2 Vikipediya şəxsi tədqiqat yeri deyil 2.3 Vikipediya azad tribuna (küçə tribunası) deyil 2.4 Vikipediya keçidlər, media fayllar və ya şəkillər üçün kolleksiya deyil 2.5 Vikipediya bloq, pulsuz hostinq, sosial şəbəkə və xatirə saytı deyil 2.6 Vikipediya kataloq deyil 2.7 Vikipediya təlimat kitabçası, yol göstəricisi və ya dərslik deyil 3.5 Vikipediya səhifəniz şəxsi malınız deyil
Vikipediya həmçinin digər, bu siyahıya daxil edilməyən çox saylı dəhşətli ideyalar məkanı deyil. Biz gün ərzində milyonlarla redaktəçidən birinin ağlına gələ biləcək hər hansısa bir pis ideyanı əvvəldən görə, bilə və onu bu siyahıya daxil edə bilmərik. Onsuz da bu siyahı özü onun nəticəsində yaranıb ki, hansısa bir istifadəçi Vikipediya üçün belə pis ideyalar düşünmüşdür. Ümumiyyətlə, kifayət çoxlu əsas toplayaraq Vikipediyaya pis niyyətlə gəlmək "çox pis bir ideyadır". — Bu imzasız yazı Vahid Məmmədov (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
İstifadəçi yuxarıda göstərilən qaydalara məhəl qoymadan məqaləni silinməyə namizəd verirsə, binci halda xəbərdarlıq edilir. Xəbərdarlığa məhəl qoymayan istifadəçi müəyyən müddətə bloklanır. İslamazeri öz mövqeyi və dəsti-xətti olan KİV-dir. Qəzetlər, jurnallar haqqında vikipediyada məqalələr olduğu kimi saytlar haqqında da məqalələrin olması normaldır. Məsələn, mediaforum.az. Buna görə istifadəçi Azerifactorya xəbərdarlıq edilməli, xəbərdarlığı məhəl qoymadan vikipediyanın işini pozmaqda davam edərsə bloklanmalıdır. 08:29, 24 mart 2017 (UTC) — Bu imzasız yazı Aydinsalis (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Silinsin: - Qeyri-ensiklopedik --eldarado ✉ 10:32, 12 fevral 2017 (UTC)
Bitərəf: - Şəxsin hansı hərbi hissədə xidmət etməsi, hansı orta məktəbdə təhsil alması ensiklopedik məqalə üçün əhəmiyyətli deyil. Bunlar məqalədən çıxarılmalıdır. İndi keçək şəxsin hansı sahədə ensiklopedik olmasına: Hansı sahədə ensiklopedik hesab edilə bilər? Psixologiya sahəsində ensiklopedik olması üçün, onun fəaliyyəti haqqında bu sahə üzrə ekspertlərin rəyi olmalıdır. Ya da ki şəxsin psixologiya sahısi üzrə nüfuzlu mənbələrdə məqalələri çap olunmalıdır, yaxud başqalarının çap etdirdiyi məqalələrdə onun fəaliyyətinə istinad edilməlidir. Bunlar məqalədə göstərilmirsə, şəxsi psixologiya səhəsi üzrə ensiklopedik şəxs hesab etmək mümkün deyil. Amma Avropada Tələbə Psixoloqlar Assosiasiyaları Federasiyasının Azərbaycan üzrə nümayəndəsi olması, onun 2017 ci ildə Azərbaycanda keçiriləcək 31-ci EFPSA Konqresinin Təşkilat Komitəsinin həmsədri vəzifələrini icra etməsi onu ensiklopedik şəxs edə bilər. Bunun üçün Avropada Tələbə Psixoloqlar Assosiasiyaları Federasiyasının saytına istinad edilməlidir. Azərbaycanda keçiriləcək 31-ci EFPSA Konqresinin həmsədri vəzifələrini icra etməsi ilə bağlı da etibarlı mənbələrə istinad edilməlidir. Baxaq görək Azərbaycanın aparıcı KİV-ri, psixologiya sahəsi üzrə digər ölkələrin mediası, Azərbaycan səhiyyə Nazirliyinin saytı 31-ci EFPSA Konqresi barədə nə məlumat verir? Əgər bu əhəmiyyətli bir tədbirdirsə, təbii ki mötəbər mənbələr buna diqqət yetirməlidirlər və o zaman konqresin həmsədri də avtomatik olaraq ensiklopedik ola bilər. Aydın Məmmədov (müzakirə) 21:22, 14 fevral 2017 (UTC)
Silinsin: --Azerifactory (müzakirə) 07:12, 15 fevral 2017 (UTC)
Şəxsin qeyri-ensiklopedik olduğunu düşünürəm. Mən və Araz Yaquboglu məqaləni bir dəfə silsəkdə, istifadəçi tərəfindən yenidən yaradılmışdır.--BaskervillDe gəlsin ! 11:13, 12 mart 2017 (UTC)
Silinsin: -- ■ Sultan mesaj 17:06, 14 mart 2017 (UTC)
Adi bir atışma. 20 ildir ki, bu cür atışmalar hərdən birə baş verir. Hər bir atışmadan məqalə yazaq indi? Bu aprel döyüşləri deyildi ki. Hər hansı sa bir irəliyəş barədə söhbət getmir. Bir birinin pilotsuz aparatlarını da hər iki tərəf müntəzəm olaraq vurur, hər iki tərəfin tez tez itkiləri olur. Burda nə ensiklopedik şey var? --Мурад 97 (müzakirə) 20:53, 28 fevral 2017 (UTC)
Silinsin:- Şəxs haqqında kiçik axtarış etdim lakin odnoklassniki və facebook səhifələrindən başqa heç bir mənbə tapa bilmədim. Şəxsin qeyri-ensiklopedik şəxs olduğunu düşünürəm. --eldarado ✉ 09:03, 26 mart 2017 (UTC)
Əyləncə mərkəzləri haqqında məqalələrin yaradılmasına bir etirazım yoxdur, ancaq buradan göründüyü kimi mərkəzin reklamı aparılır. Yəni qiymət cədvəlinin məqaləyə əlavə edilməsinin nə kimi bir əhəmiyyəti var ? --BaskervillDe gəlsin ! 08:23, 4 aprel 2017 (UTC)
Qalsın: Reklam və sayt xarakterli qeyri-ensiklopedik hissələr çıxarılaraq saxlanması mümkündür. --Babək Akifoğlu (müzakirə) 21:25, 5 aprel 2017 (UTC)