![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Bildiyiniz kimi bu səhifə Nicat49 tərəfindən 14:04, 21 mart 2017-ci il tarixdə silinməyə namizəd göstərilmişdir. Müzakirənin gedişatında məqalənin a vəziyyətinə qarşı n qədər iradlar irəli sürülmüş və bu iradların hamısı aradan qaldırılmış, məqalə tam ensiklopedik vəziyyətə − b vəziyyətinə gətirilmişdir. Lakin buna baxmayaraq məqalə a vəziyyətinə olan iradlar əsasında silinmiş, daha sonra b vəziyyətində, yəni tam ensiklopedik vəziyyətdə bərpa edilmişdir. Məqalə ensiklopedik vəziyyətdə olduğu üçün, hal-hazırda müzakirə yalnız Mehdi İskəndərlinin ensiklopedik olub-olmamasından gedə bilər. VP:ŞEƏ qaydasının "Yaradıcı mütəxəssislər" bölməsinə (Şəxs vacib adam hesab olunur və ya öz həmkarları və ya davamçıları tərəfindən geniş şəkildə istinad edilir; Şəxs yeni konsepsiya, nəzəriyyə, elmi yenilik və ya texniki üsulların yaradıcısı kimi tanınır. ) görə bu həkim ensiklopedikdir. Çünki Mehdi İskəndərlinin məqalələri beynəlxalq tibbi nəşrlərdə dərc olunursa, bu o deməkdir ki, o vacib adam hesab olunur və ya öz həmkarları və ya davamçıları tərəfindən geniş şəkildə istinad edilir. Və onun müalicə üsulları haqqında beynəlxalq nəşrlər məlumat yayırsa, bu o deməkdir ki, o, yeni konsepsiya, nəzəriyyə, elmi yenilik və ya texniki üsulların yaradıcısı kimi tanınır. Qaydalar belə tələb edir. Mehdi İskəndərlinin qeyri-ensiklopedik şəxs olduğunu iddia edən istifadəçilər, öz iddialarının doğru olduğunu ciddi arqumentlərlə əsaslandırmalıdır və ən azından bu suala cavab verməlidirlər: VP:ŞEƏ qaydasının "Şəxs yeni konsepsiya, nəzəriyyə, elmi yenilik və ya texniki üsulların yaradıcısı kimi tanınır" bəndi niyə bu həkimə şamil oluna bilməz? Axı onun müalicə üsulları haqqında nüfuzlu beynəlxalq nəşrlərdə məlumatlar gedir? Bu sualın cavabı yoxdursa, Mehdi İskəndərlinin qeyri-ensiklopedik şəxs olması barədə iddialar sübuta yetirilməmiş hesab ediləcək və məqalə silinməyə namizəd məqalələr siyahısından çıxarılacaqdır. “Məncə silinməlidir”, “məncə ensiklopedik deyil”, “silinməlidir” və s. bu kimi ifadələr Mehdi İskəndərlini qeyri-ensiklopedik etmir.
VP:ŞEƏ qaydasının “Şəxs yeni konsepsiya, nəzəriyyə, elmi yenilik və ya texniki üsulların yaradıcısı kimi tanınır” bəndi niyə bu həkimə şamil oluna bilməz? Axı onun müalicə üsulları haqqında nüfuzlu beynəlxalq nəşrlərdə məlumatlar gedir? – sualına ciddi arqumetlərlə cavab vermək istəyən yoxdursa, yaxşı olar ki, Nicat49 məqaləni silinməyə namizəd göstərdiyi kimi, silinməyə namizəd səhifələr siyahısından çıxartsın. Aydın Məmmədov (müzakirə) 15:41, 8 may 2017 (UTC)
Çünki elm sahəsində ölçü meyarları bunlardır, tibb də elm sahəsidir və əgər kimsə hesab edirsə ki, Mehdi bəy alim deyil, sadəcə həkimdir, o zaman məqalənin qeyri-ensiklopedik olması fikrini dəstəkləmiş olur, çünki burda məqalənin silinməsinə səs verənlər də onun sadəcə adi həkim olduğunu və buna görə də ensiklopedik şəxs olmadığını hesab edirlər
Yuxarıda Mehdi İskəndərlinin ensiklopedik olmaması ilə bağlı irəli sürülən bütün iddialar təkzib olunub. Kim həmin iddialardan hansınısa davam etdirmək, yaxud yeni bir iddia irəli sürmək istəyirsə buyura bilər. Xatırladıram ki, oppenent tərəf təhqir və hədəyə keçməzdən əvvəl, son olaraq Mehdi İsgəndərlinin müalicə üsulları ilə bağlı məqalələrin dərc olunduğu beynəlxalq elmi-tibbi nəşrlərin reytinqinin az olduğunu vurğulayırdı. Lakin bununla yanaşı həm də həmin nəşrlərin beynəlxalq səviyyədə elmi-tibbi nəşr kimi qəbul edildiyini təsdiq etmiş oldu. Vikipediyada etibarlı mənbə üçün əsas şərt də elə bu idi. Mənbənin reytinqinin az olması, mənbəni etibarsız etmir. Necə ki ASE, AME, "Elm" qəzeti, AMEA-nın müxtəlif seriyalar üzrə nəşrləri üçün indiyə qədər reytinq axtaran olmayıb, eləcə də Mehdi iskəndərlinin müalicə üsulları ilə bağlı məqalələrin dərc olunduğu beynəlxalq elmi-tibbi nəşrlərin reytinqi də burada müzakirə subyekti ola bilməz. -- Aydın Məmmədov (müzakirə) 16:11, 11 may 2017 (UTC)
Aydinsalis Qatılıram sizə. Dr.Mehdi İskəndərlinin məqalələri dermatovenerologiya sahəsinin nüfuzlu jurnallarında dərc olunub. Məsələn, Pemphigoid Diseases as a Sign of Active Psoriasis: A Case Report and Brief Review məqaləsi İsveçrə dermatologiya cəmiyyətinin rəsmi jurnalı olan Dermatology jurnalında dərc edilmişdir. Bu jurnal 1893-cü ildən çap edilir impact factor 1.4. İrisi xəstəlikdə ilk dəfə yeni kliniki əlamət təsvir etdiyi A case of Bannayan–Riley–Ruvalcaba syndrome. A new clinical finding and brief review məqaləsi isə ABŞ-nin nüfuzlu dermatologiya cəmiyyəti olan International society of dermatology cəmiyyətinin rəsmi jurnalında dərc edilmişdir. İmpact factoru 1.4. Tuberculosis Cutis Orificialis in Adalimumab Related Immunosupressive Patient adlı məqalə isə Koreya Dermatologiya Cəmiyyətinin rəsmi jurnalı sayılan Annals of Dermatology jurnalında dərc edilmişdir. İki yeni məqaləsi İtaliyanın Dermatovenerologiya cəmiyyətinin rəsmi jurnalı olan GIORNALE ITALIANO DI DERMATOLOGIA E VENEREOLOGIA dərc edilmişdir. Impact factoru 1-dir. Daha iki məqaləsi Avropa birliyinin 1 nömrəli Dermatovenerologiya cəmiyyəti sayılan və özünün də üzvü olduğu EADV cəmiyyətinin rəsmi jurnalı sayıla Journal of the European Academy of Dermatology and Venereology jurnalında dərc edilmişdir. Hazırki impact factoru 3-dür. Görsəndiyi kimi impact faktoru az görsənən bu jurnallar mütərəqqi dövlətlərin 1 nömrəli dermatologiya cəmiyyətlərinin rəsmi jurnallarıdır. Impact factorun tək rəqəməli olması önəmli deyil. Önəmli olan bu məqalələr dermatovenerologiya sahəsinin hansı nüfuza malik cəmiyyətlərinin jurnallarında dərc edilməsidir. Nə edək ki, dermatovenerologiya sahəsinin ən böyük jurnalının impact factoru 6.9-dur. Deməli bu ixtisasın spesifikasıdır bu. Onu 30 və digər yüksək indeksə malik jurnallarla müqayisə etmək doğru deyildir. Ən son aldığım məlumata görə Dr.Mehdi İskənədərlinin daha bir məqaləsi thomson reutersde indekslənən TURKDERM jurnalında çap olunacaq. http://journal.turkderm.org.tr/jvi.aspx?pdir=turkderm&plng=tur&un=TURKDERM-69008 .Görsənidiyi kimi Dr.Mehdi İskəndərli öz üzərində işləyən və elmi işlərini davam etdirən və dünya elminə öz tövhələrini verən Azərbaycanlı nadir dermatoveneroloqlardandır. Onun haqqı yeyilməməlidir. --Drdrmtlgst 07:55, 12 may 2017 (UTC)
Sürətli silinsin: Məqalənin müzakirə səhifəsində də dəfələrlə qeyd etmişəm, və başqa istifadəçi və idarəçilər də qeyd edib ki, məqalə başdan ayağa mənbəsiz, əlaqəsi olmayan mənbəli, təhrif edilmiş mənbəli, əlaqəsiz, dəxlisiz, yanlış, dəyişdirilmiş-təhrif edilmiş məlumatlarla doludur. Hətta mən deyərdim ki, uğursuz bir orginal tədqiqat işidir.
Məqalənin müzakirə səhifəsinə baxsaz görərsiz ki, demək olar ki, məqalənin hər bölməsinə dair arqumentlərlə iradlar bildirmişəm. Bu iradlarımın əksəriyyəti nəticəsində məqalədən xeyli məlumat və şəkil çıxarılıb. Nə qədər açdığım müzakirə cavabsız və reaksiyasız qalıb. Məndən əlavə başqa istifadəçilər də həm məqalənin müzakirə səhifəsində, həm də başqa səhifələrdə bu məqalədə yuxarıda qeyd etdiyim tip məlumatların olması barədə ciddi arqumentli iddialar qaldırılıb.
Bütün bu qeyd etdiyim səbəblərin ardınca bildirmək istəyirəm ki, məqalə vikiqaydalara uyğun olaraq silinməlidir.--samral müzakirə 06:42, 10 may 2017 (UTC)
Sürətli silinsin: İstinadların əksəriyyəti etibarlı mənbədən deyil. Bu, məqalənin başdan-ayağa birtərəfli yazıldığını göstərir. --Vüsal Ağayev (müzakirə) 07:18, 10 may 2017 (UTC)
Sürətli silinsin: ! Mənbələr təhrif edilib, sanki yazan bir mənbədə yazılan cümlələri oxuyucuya olduğu kimi yox, başqa formada -istədiyi kimi çatdırmaq niyyətindədir. --Rufet Turkmen (müzakirə) 07:58, 10 may 2017 (UTC)
Sürətli silinsin:. Məqalə qərəzlilik prinsipi ilə yaradılıb və mənbələrdə qeyri-ciddilik çoxdur. Namikilisu 09:54, 10 may 2017 (UTC)
Sürətli silinsin: Məqalədə uydurma faktlar çoxdur.--Azerifactory (müzakirə) 17:49, 10 may 2017 (UTC)
Sürətli silinsin: Elməddin ər-Rafizi (müzakirə) 09:55, 11 may 2017 (UTC)
Qalsın: Cidanı çuvalda gizlətməyin tərəfdarı deyiləm. Azərbaycanda homoseksuallıq dünən olub, bu gün də var. Silinməsini təklif edənlər isə çox güman ki, öz şəxsi "ideallarını" Vikipediya zəmininə uyğunlaşdırmağa cəhd edirlər. --Eks-istifadəçi (müzakirə) 07:44, 15 may 2017 (UTC)