Silinsin: Fəaliyyəti mənbələrin diqqətində olmayıb. Məqalənin özündəki faktlar istinadsızdır və məqalə cv formatında yazılıb. Mənbə kimi göstərilən keçidlər sadəcə avroviziya təmsilçiliyi üçün seçmələrdə iştirak etdiyi haqqındadır. Şəxsin fəaliyətini əhatə edən mənbə mövcud deyil və məqalədəki faktlara əsaslanaraq faəliyyətini dəyərləndirsək, şəxsi birbaşa ensiklopedik edə biləcək əhəmiyyətdə bir fakt mövcud deyil. "Onun şəkilləri şəhərin bir çox bilbordlarında asılıb" cümləsindən məqalənin PR məqsədli yazıldığı hiss olunur. Sura Shukurlu (müzakirə) 12:34, 9 sentyabr 2024 (UTC)[cavabla]
@Sura Shukurlu, məqaləni 2010-cu ildə mən yaratmışam. Həmin vaxt mən Avroviziya fanatı idim, Azad Şabanov da namizəd idi. Ona görə yaratmışdım. Sonrakı məzmun mənim tərəfimdən əlavə olunmayıb. Eminn (müzakirə) 08:31, 10 sentyabr 2024 (UTC)[cavabla]