@Nemoralis, Elmlər doktoru ən yüksək elmi dərəcədir və şəxs həm də professordur. Bunları nəzərə alsaq, şəxs bəlkə də ensiklopedik ola bilər. Amma, məncə, heç bir elmi dərəcə və elmi ad şəxsi birbaşa ensiklopedik etmir. Bunu sadəcə onun elmi fəaliyyəti edə bilər, ki, bu da mənbələrdə yoxlanılabilən və təsdiqlənən olmalıdır. Mən ümumiyyətlə elmi fəaliyyəti ilə bağlı ətraflı məlumat olmayan heç bir alimin məqaləsinin olmamasından yanayam. İndiki halda məqalə qala bilməz. Mənbə olaraq da sadəcə Naxçıvan ensiklopediyasında məlumat olduğu qeyd edilib. Mənbələrin əhəmiyyətli diqqətində də olmayıb. Sura Shukurlu (müzakirə) 18:29, 29 iyul 2024 (UTC)[cavabla]